Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-67/2021 29.01.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı və digər iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi İddiaçı1, Cavabdeh1 iştirakı ilə, iddiaçılar İddiaçı2, İddiaçı1 və Nəcəfov İkram Nəsir oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı paylı mülkiyyətdə olan “əmlakın naturada ayrılması” tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı2 və qeyriləri Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli **********48 reyestr nömrəli çıxarışa əsasən Yevlax rayon Yuxarı Qarxun kəndində yerləşən paylı mülkiyyətdə olan, kənd təsərrüfatı məhsullar istehsalı üçün nəzərdə tutulan 1,84 ha torpaq sahəsində iddiaçılarının hər birinin 1/7 paylarının naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar tələbini belə əsaslandırmışdır ki, Yevlax rayonu X1 xx.xx.1997-ci il tarixli 22 nömrəli qərarına əsasən Yevlax rayonu Yuxarı Qarxun kəndində yerləşən 1,84 ha torpaq sahəsi X3, İddiaçı2, İddiaçı1, Cavabdeh2, İddiaçı3, Cavabdeh1, Cavabdeh3 ümumi birgə mülkiyyətində olmuşdur. Qeyd olunan mülkiyyətçilərdən X3 xx.xx.2013-ci il tarixində vəfat etmişdir. Ümumibirgə mülkiyyətdə olan əmlak 7 nəfər şəxsin daşınmaz əmlakı olmuşdur. Atası vəfat etdiyindən həmin torpaq sahəsini də atasının ölümündən sonra onlar iddiaçılar idarə etmişlər. Həmin əmlakı idarə etməklə bərabər həm də onun nemətindən istifadə etmişlər. Yəni bu əmlak atasının ölümündən sonra daim onların istifadəsində olubdur. Yevlax Rayon Məhkəməsinə müraciət edilərək ümumbirgə mülkiyyətdə olan əmlakın paylara münasibətdə bölünməsi ilə bağlı iddia qaldırılmış, Yevlax Rayon Məhkəməsi iddialarını təmin edərək, çıxarmış olduğu qətnamə ilə hər bir tərəfin onlara düşəcək payları ayrılmışdır. Bundan sonra onlar daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət edərək müvafiq çıxarış istəmişlər. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestirindən xx.xx.2020-ci il qeydiyyat tarixli, **********48 reyestr nömrəli çıxarışla 1,84 ha torpaq sahəsi 1/7 hissədə X2, İddiaçı2, Cavabdeh2, İddiaçı1, İddiaçı3, Cavabdeh1, Cavabdeh3 arasında paylara münasibətdə bölünmüşdür. Onlar 1.84 ha torpaq sahəsinin 1/7 hissəsinin mülkiyyətçiləri olsalar da, bu əmlakı idarə edə bilmir. Mülkiyyətinə münasibətdə onun üzərində sərəncam verə bilmir. Onlara aid olan torpaq sahəsini satmaq istəsələr də, digər mülkiyyətçilər bu hüquqlarını həyata keçirməyə mane olurlar. Məhkəmə iclasında iştirak edən iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etdiyini iddiaçıların payının naturada ayrılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat №-li çıxarışından görünür ki, Yevlax rayonu Yuxarı Qarxun kəndində 1.84 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/7 hissəsinə Nəcəfov Nəsir Hacı oğlunun, 1/7 hissəsinə İddiaçı2, 1/7 hissəsinə Cavabdeh2, 1/7 hissəsinə İddiaçı1, 1/7 hissəsinə isə Nəcəfov İkram Nəsir oğlunun, 1/7 hissəsinə isə Cavabdeh1 və 1/7 hissəsinə isə Nəcəfova Aidə Cəmil qızının mülkiyyət hüququ qeydiyyata alınmışdır. Məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, 1.84 ha torpaq sahəsinin **********48 reyestr nömrəli çıxarış və onun “AA” seriyalı 509483 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində əks olunan məkan göstəriciləri ilə (koordinatları ilə) naturadaki məkan göstəriciləri üst-üstə düşmür. Bu səbəbdən 1.84 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin iddiaçılara məxsus olan paylara münasibətdə bölgüsü xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış və onun “AA” seriyalı 509483 nömrəli plan-ölçü sənədinə əsasən aparılmışdır. Hər bir mülkiyyətçiyə düşən pay hissəsi 0.262 ha təşkil edir. Məhkəmə, torpaq iddiaçıların paylarının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Məhkəmə, mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, iddiaçılar özünə məxsus olan hissədə torpağının real ayrılmasını tələb edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə əldə edilmiş ekspertiza rəyində mübahisə predmeti olan torpaq sahəsinin real bölgüsünün mümkün olduğu qeyd olunmuşdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Yevlax rayonu Yuxarı Qarxun kəndində 1.84 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qətnaməyə əlavə edilmiş bölgü plan sxeminə uyğun olaraq, hər birinə 0,262 hektar olmaqla naturada ayrılaraq İddiaçı2, İddiaçı1 və Nəcəfov İkram Nəsir oğluna verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-67/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-67/2021
29.01.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver