Məhkəmə qərarları › İş №2(039)-674/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-674/2020

17.03.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-674/2020 17.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə” dair ərizəsinə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, mərhum həyat yoldaşı X1 xx.xx.2020-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, X4 onun həyat yaldaşı olmuşdur. X4 xx xxxxxx 2020-ci il tarixdə yaşadığı Yevlax şəhəri A.ünvan 1 ünvanda vəfat etmiş və Bərdə rayonu Güloğlular kənd qəbristanlığında dəfn edilmişdir. Yevlax şəhərində yerləşən kredit evinə girov qoyulmuş qızıl əşyalarının götürülməsi üçün ondan mərhum həyat yoldaşı X1 ölüm şəhadətnaməsi tələb olunur. Qeyd olunan faktı başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxır. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, mərhum həyat yoldaşı Svetlana atası və qardaşı öldükdən sonra psixi sarsıntı keçirmiş və bir neçə dəfə özünü öldürməyə cəhd etmişdir. Əvvəlki cəhdlərində Svetlananın qarşısını ala bilmişlər. Lakin xx xxxxxx 2020-ci il tarixdə Yevlax şəhəri, ünvan 2 ünvanda yerləşən evin həyətindəki dəmir qurğudan ip ilə özünü asaraq öldürmüşdür. Ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilməməsi səbəbindən şəhadətnamə verilməsindən imtina edilmişdir. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli 409 №li məktubda X1 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edildikdən sonra onun adına ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olduğu bildirilmişdir. İş materiallarında olan Şəki şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxx 1990-cu il tarixdə verilmiş 321693 №li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X3 arasında bağlanmış nikah 1990-cı ilin oktyabr ayının 03-cü günündə Şəki şəhəri qeydiyyat şöbəsinin akt qeydləri kitabında 173 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əhmədov, arvada isə Əhmədova soyadı verilmişdir. İş materiallarında olan Yevlax şəhəri 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X4 xx.xx.2020-ci il tarixdə Yevlax şəhərində vəfat edilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, X2 özünü öldürmə həddinə çatdırılması, qəsdən və ya ehtiyatsızlıqdan öldürülməsi faktı təsdiq olunmadığından cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10, X5 və X11 ifadələrində ərizəçinin oğlu, gəlini və qonşusu olduqlarını, X1 xx xxxxxx 2020-ci ildə Yevlax şəhərində özünü asaraq öldürdüyünü və Bərdə rayonu Güloğlular kənd qəbristanlığında dəfn olunduğunu bildirdilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktınınmüəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1961-ciildə Rusiya Federasiyası, Saratov vilayətində doğulmuş X1 xx xxxxxx 2020-ci il tarixdə Yevlax şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün müvafiq icra orqanında qeydə alınması üçün əsasdır. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar