Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-684/2020 13.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» haqqında ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X3 xx xxxxx 2017ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, mərhum həyat yoldaşı X6 xx xxxxxx 1945-ci il tarixdə anadan olmuş xx xxxxx 2017-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşının ölümünə səbəb şəkərli diyabet olmuşdur. Lakin səhlənkarlıq ucbatından həyat yoldaşının ölüm şəhadətnaməsi almamışdır. Hazırda da Maraqlı şəxsnə müraciət etsə də, ona məhəkəməyə müraciət etməsi bildirilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək göstərdi ki, ərizəçi onun anasıdır. X2 xx xxxxx 2017-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumudur. Onun həyat yoldaşı vəfat etmişdir. Onun yas mərasimində bir qonşu kimi iştirak etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş, 326 saylı məktubundan məlum olur ki, X3 ölümü haqqında şəhadətnamə mərhumun ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edildikdən sonra verilə bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax RPŞ-si tərəfindən xx xxxxxxxx 2005-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1950-ci il tarixdə Ağdaş rayonu, Qaradeyin kəndində anadan olmaqla, Yevlax şəhəri, Azərbaycan küçəsi mənzil 8-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Təcili və X5 Stansiyası Xəbərdarlıq vərəqəsindən məlum olur ki, X6 xx xxxxx 2017-ci il tarixdə həkimin gəlməsinə qədər ölmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, xx xxx 1975-ci il tarixli l- JQ 335778 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X4 xx xxx 1975-ci il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, şəxsin ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçi X6 ilə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. X6 xx xxxxx 2017-ci il tarixdə vəfat etmişdir. Onun ölüm haqqında şəhadətnaməsi alınmamışdır. Məhkəmə belə hesab edir ki, X3 xx xxxxx 2017-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X3 xx xxxxx 2017-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X1 Qeydiyyat orqanlarında ölüm faktının qeydi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-684/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-684/2020
13.05.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver