Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-689/2020 15.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi Vəliyyəddin qızının iştirakı ilə, Ərizəçi Vəliyyəddin qızının “şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə” dair ərizəsinə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Vəliyyəddin qızı şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxxxx 1960-ci il təvəllüdlü mərhum həyat yoldaşıX3xx xxxx 2019-cu il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. (ərizə dəqiqləşdirilmişdir). Ərizəçi ərizəsində göstərmişdir ki, mərhum həyat yoldaşı X7 ilə xx xxxxxx 1989-cu il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənib ailə həyatı qurmuşlar. xx.xx.2019-cu il tarixdə mərhum həyat yoldaşı X6 Bakı şəhərində ürək çatışmamazlığı səbəbi ilə dünyasını dəyişmiş, mərhum həyat yoldaşı Musa Yunusovun ölümü haqqında şəhadətnaməni əldə etmək üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. Mərhum həyat yoldaşının ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi ona sosial müdafiə hüquqlarını həyata keçirmək üçün lazımdır. Qeyd olunan faktı başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxır. Məhkəmə iclasında iştirak edən Ərizəçi Vəliyyəddin qızı ərizəsinə uyğun izahat verərək, məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi Vəliyyəddin qızına ünvanlanmış xx.xx.2020-ci il tarixli 489 №li məktubda X3 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edildikdən sonra ona ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olduğu bildirilmişdir. İş materiallarında olan xx xxxxxx 1989-cu il tarixdə verilmiş İİ-CИ seriyalı 499638 №li nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X6 ilə X1 arasında bağlanmış nikah 1989-cu ilin avqust ayının 05-ci günündə akt qeydləri kitabında 10 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Yunusov, arvada isə Yunusova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə -Tibbi Ek spertiza və X5-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışından görünür ki, həqiqətən xx.xx.2019-cu il tarixdə mərhum X3 meyiti birliyin Suraxanı rayon şöbəsində məhkəmə-tibbi müayinədən keçirilmiş və meyit dəfin olunması üçün mərhumun qohumlarına təhvil veilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində ərizəçinin qohumu olduğunu, X3 xx xxxx 2019-cu ildə Bakı şəhərində vəfat etdiyini bildirdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktınınmüəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd edilənlərə qiymət verən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxxxx 1960-cı ildə Yevlax şəhərində, doğulmuş X3 xx xxxx 2019-cu il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün müvafiq icra orqanında qeydə alınması üçün əsasdır. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-689/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-689/2020
15.05.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver