Məhkəmə qərarları › İş №2(039)-69/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-69/2025

15.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-69/2025 15.09.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil1, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “əmlak, qızıl-zinət əşyası, habelə birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddiası üzrə işə 08 avqust 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlak, qızıl-zinət əşyası, habelə birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qiyməti 2680 manat olan, Rusiya istehsalı, 583 əyarlı, qızıl çəkisi 28 qram olan 1 ədəd “Mafioz” modelli qızıl boyunbağının və ya onun dəyərinin, qiyməti 650 manat olan, Türkiyə istehsalı, 585 əyarlı, qızıl çəkisi 4.2 qram olan 1 ədəd nazik qızıl boyunbağının və ya onun dəyərinin, qiyməti 4800 manat olan, Türkiyə istehsalı, 583 əyarlı, qızıl çəkisi 50 qram olan 1 ədəd qapaqlı qızıl saatın, qızıl qolbağın və ya onun dəyərinin, qiyməti 720 manat olan, İtaliya istehsalı, 750 əyarlı, qızıl çəkisi 4.5 qram olan brilliant qaşlarla bəzədilmiş, tək qaş formasında 1 ədəd qızıl üzüyün və ya onun dəyərinin, qiyməti 550 manat olan, Rusiya istehsalı, 583 əyarlı 5 qram olan 1 ədədbarmaqcıl qızıl üzüyün və ya onun dəyərinin, qiyməti 1120 manat olan, İtaliya istehsalı, 750 əyarlı 8.5 qram olan brilliant qaşlarla bəzədilmiş, gül formasında qızıl sırğa-üzük dəstinin və ya onun dəyərinin, qiyməti 390 manat olan, Rusiya istehsalı, 583 əyarlı 2.5 qram olan 1 ədəd qadın üçün qızıl üzüyün və ya onun dəyərinin, qiyməti 517 manat olan, Türkiyə istehsalı, 585 əyarlı 4.7 qram olan klonla birlikdə 1 ədəd boyunbağının və ya onun dəyərinin, qiyməti 260 manat olan, Türkiyə istehsalı, 585 əyarlı 2.5 qram olan klonla birlikdə 1 ədəd qızıl boyunbağının və ya onun dəyərinin, qiyməti 295 manat olan, Rusiya istehsalı, 583 əyarlı 2.8 qram olan 1 ədəd nazik qızıl boyunbağının və ya onun dəyərinin, qiyməti 600 manat olan, Türkiyə istehsalı, 1 ədəd qoşa çarpayının və ya onun dəyərinin, qiyməti 250 manat olan, Türkiyə istehsalı, 1 ədəd termonun və ya onun dəyərinin, habelə, qiyməti 150 manat olan, Türkiyə istehsalı 1 ədəd çilçırağın və yaxud da onun dəyərinin, qiyməti 650 manat olan, Türkiyə istehsalı 1 ədəd qaz sobasının və yaxud da onun dəyərinin, qiyməti 250 manat olan, Türkiyə istehsalı 1 ədəd mikrodalğalı sobanın və yaxud da onun dəyərinin, qiyməti 220 manat olan, Türkiyə istehsalı 1 ədəd aspiratorun və yaxud da onun dəyərinin, qiyməti 450 manat olan, Türkiyə istehsalı 5 gözlü 1 ədəd qaz sobasının və yaxud da onun dəyərinin, qiyməti 450 manat olan, Türkiyə istehsalı 1 dəst mətbəx üçün qab dəstinin və yaxud da onun dəyərinin, qiyməti 150 manat olan, Türkiyə istehsalı 1 ədəd elektrikli ət çəkən maşının və yaxud da onun dəyərinin, habelə ödənilmiş 135.46 manat dövlət rüsumunun və əmlakın qiymətləndirilməsi üçün mütəxəssisə ödənilən 300 manat rüsumun cavabdehdən alınaraq ona verilməsinə dair məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini müdafiə edərək izah etdi ki, o, Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə rəsmi ailə quraraq evlənmişlər. Bu nikahdan X4 adında övladları dünyaya gəlmişdir. 9 ay birlikdə Bakı şəhəri, Əmircan kəndində kirayə evdə yaşamışlar, ilk 2 ay cavabdehin anası onlarla birlikdə yaşamışdır. Cavabdeh onu atasıgilə imkanı olmadığına görə aparmış, sonradan geri götürəcəyini bildirmişdir. Ona görə də Bakı şəhərindən Yevlax şəhərində yerləşən atası evinə gələrkən heç bir əşyasını götürməmiş, ev geyimində, tək şəxsiyyət vəsiqəsini götürüb atası evinə gəlmişdir. Cavabdeh onu aldadaraq bir daha iddiaçının atası evinə gəlməmiş, əşyalarını və qızıl-zinət əşyalarını geri verməmişdir. Hazırki tələbi qızıl-zinət və cehiz əşyaları tələbi təşkil edir ki, həmin zinət əşyası indi cavabdehdədir. Verilmiş suala cavab olaraq bildirdi ki, Bakı şəhərindən Yevlax şəhərinə gələrkən ona hər hansı təsir və təzyiq olmamışdır. İddiaçı vəkili Vəkil1 iddia tələblərini müdafiə edərək izah etdi ki, İddiaçı və Cavabdeh ilə pandemiya dövründə ailə həyatı qurduğuna görə toy edə bilməmiş, ailə arasında yığıncaq təşkil olunmuşdur. Bu müddətdə iddiaçıya verilən qızıl-zinət əşyaları və apardığı cehiz hal-hazırda cavabdehdədir. Həmin və qızıl-zinət əşyalarını və cehizin cavabdehdən alınıb İddiaçı verilməsi tələb olunur. Cavabdeh iddia ərizəsinə etirazını bildirərək, iddianı qismən qəbul edir. Belə ki, iddiaçı 1 ədəd qoşa çarpayı, 1 ədəd termo, 1 ədəd çılçıraq, 1 ədəd Evrolux mikrodalğalı soba, 1dəst mətbəx üçün qab dəsti, 1 ədəd Evrolux ətçəkən maşın cehiz gətirmişdir. Həmin əşyalar da mövcuddur. Digər əşyaşar olmamışdır. İddiaçı aldatmamış, ailə münasibətlərində ziddiyyətlər olduğuna və imkanı olmadığına görə atasının evinə, Yevlax rayonuna gətirmişdir. Yevlaxda onları iddiaçının valideynləri qarşılamışdır. Verilmiş suala cavab olaraq bildirdi ki, onlar az müddət Yevlax şəhərində yaşamış, sonra isə Bakı şəhərinə getmişlər. Qızıl-zinət əşyaları iddiaçının özündə olmuşdur. Əvvəlki məhkəmə iclasından onunla telefonla əlaqə saxlanan zaman qızıl-zinət əşyalarının mövcudluğu ilə bağlı sual-cavab veriləndə Türkiyə istehsallı, 585 əyarlı çəkisi 50 qram olan 1 ədəd qapaqlı qızıl qolbağının icarə olmasını və toyun sabahısı geri qaytarılmasını desə də, ona nə dərəcədə ciddi sual verilməsinin fərqində olmamışdır. Həmin qızıl əşyaları icarə olmamış toy vaxtı iddiaçıya 3 ədəd qızıl-zinət əşyası verilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında izah etdi ki, iddianı qismən qəbul edirlər. Belə ki, iddiaçı 1 ədəd qoşa çarpayı, 1 ədəd termo, 1 ədəd çılçıraq, 1 ədəd Evrolux mikrodalğalı soba, 1dəst mətbəx üçün qab dəsti, 1 ədəd Evrolux ətçəkən maşın cehiz gətirmişdir. Həmin əşyalar da mövcuddur. Digər əşyaşar olmamışdır. Məhkəməyə təqdim etdikləri etirazda da göstərdiyi faktlar öz əksini tapmışdır. İddiaçı qeyd etdiyi qızıl-zinət əşyaları onun özündə olmuş və cavabdeh tərəfindən atası evinə aparılarkən qızıl-zinət əşyalarını da özü ilə birlikdə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək göstərdi ki, cavabdeh onun oğludur. 2020-ci iddiaçı və cavabdeh ailə həyatı qurmuşdur. Toy olmamış, evdə yığıncaq etmişlər. iddiaçı 1 ədəd qoşa çarpayı, 1 ədəd termo, 1 ədəd çılçıraq, 1 ədəd Evrolux mikrodalğalı soba, 1dəst mətbəx üçün qab dəsti, 1 ədəd Evrolux ətçəkən maşın cehiz gətirmişdir. Həmin əşyalar da mövcuddur. Qızıl-zinət əşyaları iddiaçının tərəfindən götürülmüşdür. Onlarda hər-hansı qızıl-zinət əşyası yoxdur. Verilmiş suala cavab olaraq bildirdi ki, onlar toy zamanı hər hansı qızıl əşyasını icarə götürməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək göstərdi ki, o, iddiaçının bibisidir. 2020-ci iddiaçı və cavabdeh ailə həyatı qurmuşdur. Toy olmamış, evdə yığıncaq etmişlər, orda iştirak etmişdir. İddiaçıya nişanda cavabdeh tərəfindən təkqaş formasında qızıl üzük taxmışdılar. Toydan sonra iddiaçıya üzük, 28 qram olan “mafioz” modelli qızıl boyunbağı, nazik boyunbağı, qızıl sırğa-üzük dəsti vermişlər. İddiaçı cavabdehlə yaşadığı kirayə evə cehiz kimi mikrodalğalı soba, qaz sobası, aspirator aparmışdır. Verilmiş suala cavab olaraq bildirir ki, verilən zinət əşyaları bijuteriya deyildir, qızıl idi. Cavabdeh iddiaçını atası evinə gətirəndə iddiaçı yanında heçnə gətirməmişdir, əşyaları Bakı şəhərindəki kirayədə evlərində qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək göstərdi ki, o, iddiaçının atasının qonşudur. Cavabdeh İddiaçı atası evinə gətirəndə yanında heç nə yox idi. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək göstərdi ki, o, iddiaçının qapıbir qonşusudur. Qız toyunda iştirak etmişdir, ancaq oğlan toyuna getməmişdir. Qız toyunda cavabdeh və ailəsi də gəlmişdir. İddiaçıya 3 dənə üzük, 4 dənə boyunbağı və qızıl saat vermişlər. Verilmiş suala cavab olaraq bildirir ki, zinət əşyalarının hamısı qızıl idi, bijuteriya deyildir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadə verərək göstərir ki, o, cavabdehin xalasıdır. Nişanda onun anası, cavabdehin nənəsi, qalın boyunbağı, cavabdehin anası isə təkqaş formasında üzük taxmışdır, parçada isə iştirak etməmişdir. İddiaçı cehiz kimi təkcə termo, çılçıraq, qoşa çarpayı gətirmışdır, həmçinin iddiaçı tərəfindən qızıl verilməyib, hazırda zinət əşyaları cavabdehdə deyildir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərir ki, cavabdehin xalasıdır. Nişanda cavabdehin anası təkqaş formasında üzük, cavabdehin nənəsi, onun anası isə qalın boyunbağı vermişdir. Toyda isə cavabdehin ailəsi tərəfindən sırğa-üzük dəsti, üçgünlükdə isə gəlinə qızıl sırğa verilmişdir. İddiaçı termo, çılçıraq, qoşa çarpayından başqa heç nə gətirməmişdir. İddiaçının ailəsi toy müddətində heç bir qızılzinət əşyası taxmamışlar. Toydan sonra bütün qızıl-zinət əşyalarını iddiaçı götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək göstərir ki, o, cavabdehin dayısının yoldaşıdır. İddiaçı cehiz kimi yalnız termo, çılçıraq, qoşa çarpayı gətirmişdir. Qız toyu yığıncaq kimi olmuşdur, orda iştirak etmişdir. Nişan üzüyünü iddiaçı Cavabdeh ilə birlikdə seçmişdir. İddiaçıya cavabdehin ailəsi tərəfindən sırğa-üzük dəsti, qalın boyunbağı verilmişdir. O özü iddiaçıya üzük vermişdir, atasının yası olduğuna görə üçgünlükdə iştirak etməmişdir. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli qəbzdən məlum olur ki, İddiaçı "xxxx" MMC-yə daşınar əmlakın qiymətləndirilməsi üçün 300 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC-nin rəyindən məlum olur ki, Rusiya istehsalı, 583 əyarlı, qızıl çəkisi 28 qram olan 1 ədəd “Mafioz” modelli qızıl boyunbağı 2680 manat , Türkiyə istehsalı, 585 əyarlı, qızıl çəkisi 4.2 qram olan 1 ədəd nazik qızıl boyunbağı 650 manat, Türkiyə istehsalı, 583 əyarlı, qızıl çəkisi 50 qram olan 1 ədəd qapaqlı qızıl saat, qızıl qolbaq 4800 manat, İtaliya istehsalı, 750 əyarlı, qızıl çəkisi 4.5 qram olan brilliant qaşlarla bəzədilmiş, tək qaş formasında 1 ədəd qızıl üzük 720 manat, Rusiya istehsalı, 583 əyarlı 5 qram olan 1 ədədbarmaqcıl qızıl üzük 550 manat, İtaliya istehsalı, 750 əyarlı 8.5 qram olan brilliant qaşlarla bəzədilmiş, gül formasında qızıl sırğa-üzük dəsti 1120 manat, Rusiya istehsalı, 583 əyarlı 2.5 qram olan 1 ədəd qadın üçün qızıl üzük 390 manat, Türkiyə istehsalı, 585 əyarlı 4.7 qram olan klonla birlikdə 1 ədəd boyunbağı 517 manat, Türkiyə istehsalı, 585 əyarlı 2.5 qram olan klonla birlikdə 1 ədəd qızıl boyunbağı 260 manat, Rusiya istehsalı, 583 əyarlı 2.8 qram olan 1 ədəd nazik qızıl boyunbağı 295 manat, Türkiyə istehsalı, 1 ədəd qoşa çarpayı 600 manat, Türkiyə istehsalı, 1 ədəd termo 250 manat, Türkiyə istehsalı 1 ədəd çilçıraq 150 manat, Türkiyə istehsalı 1 ədəd qaz sobası 650 manat, Türkiyə istehsalı 1 ədəd mikrodalğalı soba 250 manat, Türkiyə istehsalı 1 ədəd aspirator 220 manat, Türkiyə istehsalı 5 gözlü 1 ədəd qaz sobası 450 manat , Türkiyə istehsalı 1 dəst mətbəx üçün qab dəsti 450 manat, Türkiyə istehsalı 1 ədəd elektrikli ət çəkən maşın 150 manat dəyərində qiymətləndirilmişdir. Real bazar dəyəri 15152 (on beş min bir yüz əlli iki) manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli qəbzdən məlum olur ki, İddiaçı Yevlax Rayon Məhkəməsinə 135.46 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 25 aprel 2025-ci il tarixli, 9/10155 nömrəli rəyindən məlum olur ki, qərardadda adları sadalanan qızıl-zinət əşyalarının nəzəri qaydada orta bazar dəyəri təxminən 11464,00 manat müəyyən edilir, həmin qızıl-zinət əşyalarının ayrı-ayrılıqda adları və qiyməti rəyin tədqiq hissəsində göstərilmişdir. Zərgərlik məmulatlarının üzərində olan dəyəri qaşların (almaz, brilyant, zümrüd və sair) qiymətini müəyyən etmək mümkün deyildir. Bu səbəbdən həmin dəyərli qaşlar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır (Aparılmış ekspertiza tədiqiqatının dəyəri 50 manat təşkil edir). Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh evlənmişlər. Evlilik zamanı iddiaçıya qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Həmçinin bir neçə adda cehiz əşyaları aparmışdır. Tərəflər bir müddət Yevlax şəhərində yaşamış, daha sonra Bakı şəhərinə köçmüşlər, aralarında müəyyən narazılıqlar olduğundan cavabdeh iddiaçını Bakı şəhərindən Yevlax şəhərinə iddiaçını atası evinə aparmışdır. İddiaçı əmlak tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə prosesi zamanı iddia tələbi ilə bağlı göstərilən bir ədəd qoşa çarpayının, bir ədəd termonun, bir ədəd çılçırağın, bir dəst mətbəx üçün qab dəstinin, bir ədəd ət çəkənin onun yaşadığı ünvanda olmasını etiraf etmişdir. Tələb olunan digər cehiz əşyalarının mövcudluğunu inkar etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh ilkin iddia tələbi ilə bağlı qızıllardan Türkiyə istehsallı, 585 əyarlı çəkisi 50 qram olan 1 ədəd qapaqlı qızıl qolbağının toy günü mövcud olduğunu, qızılın isə iddiaçının öz istifadəsində və öz sərəncamında olduğunu, məhkəmə prosesi zamanı iddiaçının vəkilinin verdiyi sual-cavab zamanı həmin əşyaların icarəyə götürüb sabahısı geriyə qaytarılmasını əsas tutuaraq və həmin qızılın icarəyə götürməsinə dair sübut təqdim etmədiyindən iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə, iddiaçının tələbin birinci hissəsi olan qızıl-zinət əşyalası olan 1 ədəd qızıl boyunbağının, 1 ədəd “Mafioz” modelli qızıl boyunbağının, 1 ədəd nazik qızıl boyunbağının, brilliant qaşlarla bəzədilmiş, tək qaş formasında 1 ədəd qızıl üzüyün, 1 ədədbarmaqcıl qızıl üzüyün, İtaliya istehsalı, brilliant qaşlarla bəzədilmiş, gül formasında qızıl sırğa-üzük dəstinin, klonla birlikdə 1 ədəd qızıl boyunbağının, 1 ədəd nazik qızıl boyunbağının cavabdehdə olmasını təsdiq edəcək sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddiaçı Bakı şəhərindən Yevlax şəhərinə gələrkən hər hansı təsir və təzyiqə məruz qalmadığından özü ilə aparmaq imkanı olmuşdur. Belə olan halda iddia həmin hissələrdə rədd edilməlidir. İddiaçı digər cehiz əşyalarına dair, yəni 1 ədəd qaz sobası, 1 ədəd mikrodalğalı soba, 1 ədəd aspirator, 5 gözlü 1 ədəd qaz sobasının cehiz əşyası kimi aparmasını təsdiq edəcək sübut təqdim etmədiyindən iddia həmin hissədə də rədd edilməlidir. Sübutetmə yükünün bölüşdürülməsi baxımından hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı qızıl-zinət əşyalarının cavabdehdə olması sübut etmək məhz iddiaçının üzərinə düşür. Hazırki halda isə, iddiaçı bu barədə sübut təqdim etməmişdir. Bu barədə sübutun yer almaması izahatının sübut edilməməsi anlamına gəlir. Məhkəmə ödənilmiş rüsumlarla bağlı qeyd edir ki, iddiaçı tərəfindən ödənilən dövlət rüsumu olaraq 135.46 manat və mediasiya üçün ödənilən 50 manat iddiaçının xeyrinə tutulmalıdır. Lakin iddia qismən təmin olunduğundan qiymətləndirilmə üçün mütəxəssis rəyinin alınması üçün ödənilən 300 manatın 150 manat hissəsi iddiaçının xeyrinə tutulmalıdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh qiyməti 4800 manat olan, Türkiyə istehsalı, 583 əyarlı, qızıl çəkisi 50 qram olan 1 ədəd qapaqlı qızıl saatın, qızıl qolbağın, qiyməti 517 manat olan, Türkiyə istehsalı, 585 əyarlı 4.7 qram olan klonla birlikdə 1 ədəd boyunbağının, qiyməti 600 manat olan, Türkiyə istehsalı, 1 ədəd qoşa çarpayının, qiyməti 250 manat olan, Türkiyə istehsalı, 1 ədəd termonun, qiyməti 150 manat olan, Türkiyə istehsalı 1 ədəd çilçırağın, qiyməti 250 manat olan, Türkiyə istehsalı 1 ədəd mikrodalğalı sobanın, qiyməti 450 manat olan, Türkiyə istehsalı 1 dəst mətbəx üçün qab dəsti qiyməti 150 manat olan, Türkiyə istehsalı 1 ədəd elektrikli ət çəkən maşının, naturada, əmlak naturada olmadıqda əmlakın dəyəri və ödənilmiş 135.46 manat dövlət rüsumu, iddia qismən təmin olunduğundan 150 manat qiymətləndirmə xərci və 50 manat mediasiya xərci alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq, işə obyektiv, qərəzsiz, hərtərəfli, tam baxdıqdan sonra, əldə edilən sübutlara hüquqi qiymət verərək iddiaçının iddia etdiyi tələblər üzrə nəticəyə gələrkən, Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş, bilavasitəlik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh qiyməti 4800 manat olan, Türkiyə istehsalı, 583 əyarlı, qızıl çəkisi 50 qram olan 1 ədəd qapaqlı qızıl saatın, qızıl qolbağın, qiyməti 600 manat olan, Türkiyə istehsalı, 1 ədəd qoşa çarpayının, qiyməti 250 manat olan, Türkiyə istehsalı, 1 ədəd termonun, qiyməti 150 manat olan, Türkiyə istehsalı 1 ədəd çilçırağın, qiyməti 250 manat olan, Türkiyə istehsalı 1 ədəd mikrodalğalı sobanın, qiyməti 450 manat olan, Türkiyə istehsalı 1 dəst mətbəx üçün qab dəsti qiyməti 150 manat olan, Türkiyə istehsalı 1 ədəd elektrikli ət çəkən maşının, naturada, əmlak naturada olmadıqda əmlakın dəyəri və ödənilmiş 135.46 manat dövlət rüsumu, 150 manat qiymətləndirmə xərci və 50 manat mediasiya xərci alınaraq iddiaçıya verilsin. Cavabdeh 50 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar