Məhkəmə qərarları › İş №2(039)-690/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-690/2021

12.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-690/2021 12.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, mərhum övladı X5 xx xxxxxx 2013-cü il tarixdə Yevlax rayonu Aran qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni belə əsaslandırmışdır ki, X7 onun dogma övladı olmuşdur, 2013-cü ilin avqust ayının 13-də Yevlax rayonu Aran qəsəbəsində vəfat etmiş və Aran qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Mərhum övladı X5 ölümü qeydiyyat orqanında qeyd edilməmişdir. Bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin tələbi təmin edilməmiş və ona məhkəməyə müraciət etməsini bildirmişlər. Hazırda oğlunun şəhid olması ilə əlaqədar pensiya düzəldilməsi üçün mərhum övladı X5 ölüm şəhadətnaməsi tələb olunur. Mərhum övladı X5 xx xxxxxx 2013-cü il tarixdə Yevlax rayonu Aran qəsəbəsində vəfat etməsini Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Aran qəsəbə X8 üzrə nümayəndəliyinin 388 №-li, xx xxxxxx 2021-ci il tarixli arayışı və şahidlər də təsdiq edə bilər. Ona görə də şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edir. Ərizəçi məhkəmə iclası zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. X2 bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Ərizəçi qızı Vəfa xx xxxxxx 2013-cü il tarixdə Yevlax rayonu Aran qəsəbəsində yerləşən evlərində vəfat etmişdir. Onun da iştirakı ilə Yevlax rayonu Aran qəsəbəsi qəvirstanlığında dəfn edilmişdir. X1 bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Onun, Vəfa adlı qızı həqiqətən xx xxxxxx 2013-cü il tarixdə Yevlax rayonu Aran qəsəbəsində yerləşən evlərində vəfat etmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubda qeyd edilir ki, övladının ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edildikdən sonra ölüm haqqında şəhadətnamə verilə bilər. AZ-İ 551941 №-li, xx xxxxxx 2004-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünürü ki, X7 xx xxxx 1996-cı il tarixdə Yevlax rayonu Aran qəsəbəsində doğulmuşdur. Aran qəsəbə İnzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2021-ci il tarixdə verilmiş 288 №li arayışda qeyd edilir ki, xx xxxx 1996-cı il təvəllüdlü X7 2013-cü ilin avqust ayının 13-də vəfat etmiş və kənd qəbirstalığında dəfn olunmuşdur. Mülki-Prosesual Məcəllə Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.11 qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxa bilər. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, həmin sübutlarla ərizəçinin qızı X5 xx xxxxxx 2013-cü il tarixdə ölməsi tam təsdiqini tapır, tibbi arayış verilmədiyindən ərizəçi həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməz, bu faktın müəyyən edilməsi ərizəçiyə digər övladının şəhid olması ilə əlaqədar pensiyanın sənədləşdirilməsi ilə bağlı gərəkdir və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu faktı istisna edən hallar müəyyən edilmədiyindən ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxx 1996-cı il təvəllüdlü X5 xx xxxxxx 2013-cü il tarixdə Yevlax rayonu Aran qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə Maraqlı şəxs tərəfindən müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev Düzdür: Hakim: Toğrul Əliyev Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar