Məhkəmə qərarları › İş №2(039)-708/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-708/2021

29.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-708/2021 29.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək əri X3 02 avqust 2020-ci il tarixdə vəfat etməsi ilə əlaqədar ölüm faktının müəyyən olunmasına dair qətnamə çıxarımasını xahiş etmişlər. Ərizə belə əsaslandırılmışdır ki, mərhum əri X5 02 avqust 2020-ci il tarixdə vəfat etmişdir. Mərhum ərinin ölüm kağızını əldə etmək üçün Yevlax qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölümü təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ona ölüm haqqında şəhadətnamə verilməmişdir. Qeyd olunan ölüm faktını başqa formada əldə edə bilmədiyindən, bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda qeyd etdiyi halları şahidlər də təsdiq edə bilər. Mərhum əri X3 02 avqust 2020-ci il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq bu faktın məhkəmə qaydasında müəyyən edilməsini qanuni və əsaslı hesab edir. Ərizəçi iclas zamanı ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. X4 bildirmişdir ki, Ərizəçi onun eltisidir. Mərhum qayını Məhəmməd Abdullayev 02 avqust 2020-ci il tarixdə Dağıstan Respublikasının Dərbənd şəhərində vəfat etmişdir. O, Yevlax rayonu ərazisində yerləşən “Dəvəçi” adlanan qəbirstanlıqda dəfn olunmuşdur. X2 bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Onun mərhum həyat yoldaşı Məhəmməd Abdullayev 02 avqust 2020-ci il tarixdə Dağıstan Respublikasının Dərbənd şəhərində vəfat etmiş, nəşi gətirilərək Yevlax şəhərində “Dəvəçi” adlanan qəbirstanlıqda dəfn omuşdur. AZE 15131851 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 20 may 1957ci il tarixdə Yevlax şəhərində doğulmuşdur. Nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Məhəmməd Abdullayev və Nazdı Rəşidovanın nikahları 01 noyabr 1977-ci il tarixdə Yevlax rayonu, Qarxun kənd İN-də, 27 nömrə ilə qeydə alınmışdır. Adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamənin surət ilə müəyyən olunur ki, X1 və adı dəyişdirilərək Abdullayev Məhəmməd kimi qeydə alınmışdır. Dərbənd rayonlararası X13 Stansiyası tərəfindən verilmiş 02 avqust 2020-ci il tarixli çıxarışda qeyd olunur ki, 1957-ci il təvəllüdlü Məhəmməd Abdullayevin meyiti aşkar edilərək Stansiyaya gətirilmişdir. Məhkəmə Tibbi Eksperti tərəfindən verilmiş 02 avqust 2020-ci il tarixli arayışda qeyd edilir ki, 02 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası Yevlax şəhərində yaşayan 1957-ci il təvəllüdlü X3 meyitinin müayinəsi zamanı heç bir infeksion yoluxucu xəstəlikləri aşkar edilməmişdir. Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubunda qeyd edilir ki, mərhum həyat yoldaşınızın ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edildikdən sonra ölüm haqqında şəhadətnamə verilə bilər. Mülki Prosesual Məcəllə Maddə 305.1.1 məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.11 qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxa bilər. Maddə 308 məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, həmin sübutlarla ərizəçinin əri X3 02 avqust 2020-ci il tarixdə ölməsi tam təsdiqini tapır, tibbi arayış verilmədiyindən ərizəçi həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməz, bu faktın müəyyən edilməsi ərizəçiyə ölüm haqqında şəhadətnamənin alınması üçün gərəkdir və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu faktı istisna edən hallar müəyyən edilmədiyindən ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 20 may 1957-ci il təvəllüdlü X3 02 avqust 2020-ci il tarixdə Rusiya Federasiyasının Dərbənd şəhərində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə Maraqlı şəxs tərəfindən müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar