Məhkəmə qərarları › İş №2(039)-710/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-710/2025

14.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-710/2025 14.03.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Ərizəçi vəkili X1 iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 04 dekabr 1986-cı il tarixdə anadan olmuş qızı X3 20 aprel 2002-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, X5 onun övladıdır və 04 dekabr 1986-cı ildə doğulmuşdur. Qızı 15 yaşında olan zaman, yəni 20 aprel 2002-ci ildə uzun sürən xəstəlikdən vəfat etmişdir. Qızının ölümündən sonra onu Yevlax rayon Dəvəçi qəbirstanlığında dəfn etmişlər və adət-ənənəyə uyğun olaraq yas mərasimi vermişlər. Qızının ölümünü aidiyyəti qurumda, yəni xəstəxanada qeydiyyatdan keçirtmədiklərindən ilkin tibbi sənəd əldə edə bilməmişlər. Bu səbəbdən də ölüm haqqında şəhadətnamə ala bilməmişdirlər. Ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin imtina edildiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsinə dir qətnamə çıxarılmasnı xahiş etmişdir. Marqlı şəxs Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, işə həmin şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi onun bacısıdır. Bacısının qızı X5 04 dekabr 1986-cı ildə doğulmuş və 20 aprel 2002-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Bacısının qızını Yevlax rayon Dəvəçi qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi onun bacısıdır. Bacısının qızı X5 04 dekabr 1986-cı ildə doğulmuş və 20 aprel 2002-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Bacısının qızını Yevlax rayon Dəvəçi qəbirstanlığında dəfn etmişlər. İşdə olan Salyan rayonu Xalac kənd soveti tərəfindən verilmiş xx.xx.1986-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 04 dekabr 1986-cı ildə doğulmuşdur, atası X9, anası Ərizəçidır. İşdə olan Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi «Yevlax rayon Mərkəzi Xəstəxanası» X16 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X4 barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X4 ölümünü təsdiq edən tibbi şəhadətnamə olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin qızı X5 20 aprel 2002-ci ildə xəstəlik səbəbindən Yevlax rayonunda vəfat etmiş və Yevlax rayon Dəvəçi qəbirstanlığında dəfn edilmişdir. Müvafiq icra hakimiyyəti orqanına müraciət edilmədiyindən ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamışdır. Faktın müəyyən edilməsi ərzəçiyə mərhum bacısına ölüm haqqında şəhadətnamə almaq üçün zəruridir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 04 dekabr 1986-cı il təvəllüdlü X3 20 aprel 2002-ci ildə Yevlax rayonunda xəstəlik səbəbindən vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar