Məhkəmə qərarları › İş №2(039)-717/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-717/2022

05.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-717/2022 05.04.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «şəxsin vəfat etməsi faktının müəyyən edilməsi» haqqında ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «şəxsin vəfat etməsi faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 13 yanvar 1973-cü il təvəllüdlü mərhum qardaşı X3 23 mart 1973-cü ildə Yevlax rayonu Qaramanlı kəndində vəfat etməsi faktının təstiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, mərhum qardaşı X8 13 yanvar 1973-cü il tarixdə dünyaya gəlmişdir. Xəstə doğulduğundan cəmi 2 ay 10 gün yaşamışdır. 23 mart 1973-cü il tarixdə mərhum qardaşı X8 dünyasını dəyişmişdir. Ancaq mərhum qardaşının ölüm haqqında şəhadətnaməsini almaq üçün müəyyən olunmuş qaydada müvafiq orqanlara müraciət edə bilməmişdir. Hazırda da Maraqlı şəxsnə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Qardaşının ölümü haqqında şəhadətnamə ona sosial hüquqlarını həyata keçirmək üçün lazımdır. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək göstərdi ki, ərizəçi onun həmkəndlisidir. Ərizəçinin qardaşı Fərman 23 mart 1973-cü ildə vəfat etmişdir. Yas və dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək göstərdi ki, ərizəçi onun həmkəndlisidir. Ərizəçinin qardaşı 23 mart 1973-cü il tarixdə vəfat etmişdir. Yas mərasimində iştirak etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs tərəfindən 24 fevral 2022-ci il tarixdə verilmiş, 592 saylı məktubundan məlum olur ki, Ərizəçi ölümü haqqında şəhadətnamə mərhumun ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edildikdən sonra verilə bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, 24 fevral 2022-ci il tarixli 555 saylı doğum akt qeydinin görünür ki, X8 13 yanvar 1973-cü il tarixdə anadan olmuş, atası X4, anası X2r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, 21 noyabr 1966-cı il tarixli İ-ИE 497957 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən məlum olur ki, X4 ilə X5 arasında 21 noyabr 1966-cı il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, 28 oktyabr 2002-ci il tarixli AZ-l 035246 saylı ölüm haqqında şəhadətnamədən məlum olur ki, X4 26 oktyabr 2002-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, 17 fevral 2017-ci il tarixli AZ-l 864716 saylı ölüm haqqında şəhadətnamədən məlum olur ki, X5 29 yanvar 2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialı tərəfindən 24 fevral 2022-ci il tarixdə verilmiş 66/10 saylı arayışdan görünür ki, Dövlət Arxivində mühafizə olunan Yevlax rayonu Qaramanlı kənd sovetliyinin (Dəlləklər kəndi üzrə) 1972-1974-cü illərə dair 7 saylı təşərrüfatbaşına kitabının 33-cü səhfəsinin 255 saylı qeydində X3 doğum tarixi 13 yanvar 1973-ci ildə və ölüm tarixi 28 yanvar 1973-cü il yazılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax ŞİHB-nın Qaramanlı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən 01 aprel 2022-ci il tarixdə verilmiş 110 saylı arayışdan görünür ki, Yevlax rayonu Qaramanlı kəndi sovetliyinin Dəlləklər kənd üzrə 1972-1974-cü illərə dair 7 saylı təşərrüfatbaşına kitabının 33-cü səhfəsinin 255 saylı qeydində X3 doğum tarixi 13 yanvar 1973-ci ildə və ölüm tarixi 28 yanvar 1973-cü il yazılmışdır. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, şəxsin ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçinin qardaşı X8 23 mart 1973-cü il tarixdə vəfat etmişdir. Onun ölüm haqqında şəhadətnaməsi alınmamışdır. Hazırda ərizəçinin sosial hüquqlarının həyata keçirməsi üçün qardaşının ölümü barədə şəhadətnamə tələb olunur. Ölümün başqa qaydada təsdiq edilməsi mümkün deyil. Məhkəmə belə hesab edir ki, X8 23 mart 1973-cü il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X8 23 mart 1973-cü il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X1 Qeydiyyat orqanlarında ölüm faktının qeydi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar