Məhkəmə qərarları › İş №2(039)-722/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-722/2023

10.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-722/2023 10.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə” dair ərizəsinə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, mərhum övladı xx.xx.1999-cu il təvəllüdlü X1 xx.xx.2022ci il tarixdə Yevlax rayonu Quşçu kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, ərizəçinin oğlu X5 xx.xx.1999-cu ildə Yevlax rayonu, Quşçu kəndində anadan olmuşdur. X12 “Vətən Müharibəsinin” iştirakçısı olaraq müharibə veteranı statusunu əldə etmişdir. O, xx.xx.2022-ci il tarixdə özünü asaraq vəfat etmişdir. Bununla bağlı Yevlax Rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarı ilə fakta əsasən cinayət işinin başlanması rədd edilmişdir. X12 vəfat etdikdən sonra ailə üzvləri tərəfindən Yevlax rayonu, Quşçu kənd ərazisində yerləşən kənd qəbirstanlığında dəfn edilmişdir. Oğluna tərəfindən yas mərasimi keçirilmiş və baş daşı qoyulmuşdur. Hazırda X12a ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. Qeyd olunan faktı başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 141 №li məktubda X2 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edildikdən sonra ona ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olduğu bildirilmişdir. Maraqlı şəxs tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-T № 105225 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1999-cu il təvəllüdlü X1 atası X4 anası Ərizəçidır. AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsindən görünür ki, X5 xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikası, Yevlax rayonu, Quşçu kəndində anadan olmuşdur. SX seriyalı ******* №-li hərbi biletin surətindən görünür ki, X5 xx.xx.2017-ci il tarixdə hərbi xidmətdə olmuşdur. Mİ № 007731 saylı xx.xx.2021-ci il tarixli Azərbaycan Qarabağı Müharibəsi Əlilləri, Veteranları və X9 Birliyinin Vəsiqələrinin surətindən müəyyən olunur ki, X5 müharibə veterandır. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X1 intihar etməsi faktında cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 və X3 ifadələrində ərizəçinin xalası nəvəsi və qohumu olduğunu, onun oğlu X1 xx.xx.2022-ci ildə öldüyünü və Yevlax rayonu Quşçu kəndində qəbirsanlığında dəfn olduğunu bildirmiş və müvafiq fotoşəkilləri təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı, şahid ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, X5 xx.xx.2022ci il tarixdə Yevlax rayonu Quşçu kəndində ölmüşdür. Ərizəçi övladının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən düzgün olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə təmin edilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 xx.xx.2022-ci il tarixdə Yevlax rayonu Quşçu kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün müvafiq icra orqanında qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar