Məhkəmə qərarları › İş №2(039)-730/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-730/2020

17.03.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-730/2020 17.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «şəxsin vəfat etməsi faktının müəyyən edilməsi» haqqında ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «şəxsin vəfat etməsi faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum övladları X4 xx xxxx 1981-ci ildə və X7 xx xxxxxx 1985-ci ildə Yevlax rayonu, Aran qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi X6 ərizəni müdafiə edərək izah etdi ki, ərizəçi onun atasıdır. X2 və X12 onun bacı və qardaşı olmuşlar. X8 xx xxxx 1981-ci ildə və X12 xx xxxxxx 1985-ci ildə vəfat etmişlər. Lakin ərizəçi, yəni atası X2nın və mərhum X7 ölümünü qeydiyyat orqanında qeyd etdirməmişdir. Bu barədə ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin tələbi təmin edilməmiş və ona məhkəməyə müraciət etməyini bildirmişlər. Ona görə də şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi nümayəndəsi X6 məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə verərək göstərdi ki, ərizəçi onun qonşusudur. Onun qızı 1981-ci ildə oğlu isə 1985-ci ildə vəfat etmişlər. Həmin uşaqlar cox yaşamamışlar. Doğulduqdan təxminən altı ay sonra vəfat etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadə verərək göstərdi ki, ərizəçi ilə qonşudur. Onun qızı 1981-ci ildə, oğlu isə 1985-ci ildə vəfat etmişlər. Hər ikisinin yas mərasimində iştirak etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş, 245 saylı məktubdan məlum olur ki, Ərizəçi məhkəməyə müraciət etməsi bildirilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs xx xxxxxx 2020-ci il tarixli 245 saylı arayışından məlum olur ki, X8 xx xxxxxx 1980-ci il tarixdə anadan olmuş, atası Ərizəçi, anası Nağıyeva Bənövşə Nağı qızıdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs xx xxxxxx 2020-ci il tarixli 245/1 saylı arayışından məlum olur ki, X12 xx xxxxxx 1984-cü il tarixdə anadan olmuş, atası Ərizəçi, anası Nağıyeva Bənövşə Nağı qızıdır. İş materiallarında olan və məhkəmə iclasında təqiq edilən xx xxxxxx 2020-ci il tarixli, 123 saylı Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Aran qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan məlum olur ki, Ərizəçi övladları X12 xx xxxxxx 1984-cü il tarixdə Yevlax rayonu, Aran qəsəbəsində anadan olub xx xxxxxx 1985-ci ildə yaşadığı ünvanda vəfat edib, həmçinin ikinci övladı X8 xx xxxxxx 1980-ci il tarixdə Yevlax rayonu, Aran qəsəbəsində anadan olub xx xxxx 1981-ci il tarixdə vəfat etmişdir və Yəldili kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax RPŞ-si tərəfindən xx xxxxxx 2010-cu il tarixdə verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1955-ci il tarixdə Yevlax rayonu, Aran qəsəbəsində anadan olmaqla, Yevlax rayonu, Aran qəsəbəsində qeydiyyatdadır. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, şəxsin ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin xx xxxxxx 1980-ci il tarixdə X8 və xx xxxxxx 1984-cü il tarixdə X12 adlı uşaqları olmuşdur.X1 xx xxxx 1981-ci ildə və X12 xx xxxxxx 1985-ci ildə vəfat etmişlər. Lakin onların ölümü haqqında şəhadətnamə alınmamışdır. Məhkəmə belə hesab edir ki, X4 xx xxxx 1981-ci il tarixdə və X7 xx xxxxxx 1985-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx xxxxxx 1980-ci ildə anadan olmuş X4 xx xxxx 1981-ci il tarixdə və xx xxxxxx 1984cü ildə anadan olmuş X7 xx xxxxxx 1985-ci il tarixdə vəfat etmələri faktı müəyyən edilsin. Bu qətnamə Maraqlı şəxs tərəfindən müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar