Məhkəmə qərarları › İş №2(039)-736/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-736/2020

17.03.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-736/2020 17.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» haqqında ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 1983-cü il tarixdə anadan olmuş mərhum qızı X3 və 1915-ci il tarixdə anadan olmuş mərhum qaynanası X4 ölüm faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi X5 məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, X3 xx xxxxxxx 1983-cü il tarixdə və X4 xx xxxxxx 1986-cı il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi X5 ərizəni müdafiə edərək izah etdi ki, ərizəçi xx xxxxxx 1982ci il tarixdə X6 ilə evlənmişdir. Onların birgə nikahlarından xx xxxxxxx 1983-cü il tarixdə X9 adlı övladları olmuşdur. Uşaq xəstə olduğundan 10 gün sonra, yəni xx xxxxxxx 1983-cü il tarixdə ölmüşdür. Həmçinin ərizəçinin qaynanası X10 xx xxxxxx 1986-cı il tarixdə vəfat etmişdir. Ərizəçinin həyat yoldaşı da vəfat etmişdir. Lakin ərizəçinin mərhum qızı X3 və mərhum qaynanası X4 ölümünü qeydiyyat orqanında qeyd etdirməmişdir. Bu barədə ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin tələbi təmin edilməmiş və ona məhkəməyə müraciət etməyini bildirmişlər. Ona görə də şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi nümayəndəsi X5 məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadə verərək göstərdi ki, ərizəçi onun bacısıdır. Onun bacısı ailə qurduqdan sonra 1983-cü ildə qızı olmuşdur. Lakin uşaq xəstə olduğundan təxminən 10 gün sonra ölmüşdür. Həmçinin ondan təxminən 3 il sonra onun qaynanası da vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək göstərdi ki, ərizəçi qohumudur. Onun qızı 1983-cü ildə, qaynanası isə 1986-cı ildə vəfat etmişlər. Hər ikisinin yas mərasimində iştirak etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, ASAN-BƏRDƏ tərəfindən xx xxxx 2015-ci il tarixdə verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1962-ci il tarixdə Ağdaş rayonu, Yuxarı Ləki kəndində anadan olmaqla, Yevlax şəhəri, Q.Əşrəfbəy küçəsi ev 4, mənzil 12də qeydiyyatdadır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 1982-ci il tarixli lll- JQ 272497 saylı nikah bağlaması haqqında şəhadətnamədən məlum olur ki, X6 ilə X1 arasında xx xxxxxx 1982-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş, 532 saylı məktubdan məlum olur ki, Ərizəçi məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş, 480 saylı məktubdan məlum olur ki, Ərizəçi məhkəməyə müraciət etməsi bildirilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs xx xxxxxx 2020ci il tarixli 05/Q-479/70 saylı arayışından məlum olur ki, X9 xx xxxxxxx 1983-cü il tarixdə anadan olmuş, atası X6 ilə Ərizəçidır. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, şəxsin ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi mərhum X6 ilə rəsmi nikah qeydindən keçməklə ailə qurmuşdur. Onların birgə nikahından xx xxxxxxx 1983-cü il tarixdə X9 adlı uşaqları olmuş, lakin uşaq xəstə olduğundən xx xxxxxxx 1983-cü il tarixdə vəfat etmişdir. Həmçinin ərizəçinin qaynanası X10 xx xxxxxx 1986-cı il tarixdə vəfat etmişdir. Lakin onların ölümü haqqında şəhadətnamə alınmamışdır. Məhkəmə belə hesab edir ki, X3 xx xxxxxxx 1983-cü il tarixdə və X4 xx xxxxxx 1986-cı il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx xxxxxxx 1983-cü ildə anadan olmuş X3 xx xxxxxxx 1983-cü il tarixdə və 1915-ci ildə anadan olmuş X4 xx xxxxxx 1986-cı il tarixdə vəfat etmələri faktı müəyyən edilsin. Bu qətnamə Maraqlı şəxs tərəfindən müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar