Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-790/2021 05.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi oğlunun iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» haqqında ərizəsi üzrə mülki işə xx xxxxx 2021-ci il tarixdə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi oğlu maraqlı orqan Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 xx xxxxxxx 2001-ci il tarixdə Yevlax rayonu Yuxarı Qarxun kəndində vəfat etməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, mərhum anası X3 xx xxxxxxx 2001-ci il tarixdə ürəyində olan xəstəlik səbəbi ilə dünyasını dəyişmiş, ancaq mərhum anası X2 ölüm haqqında tibbi şəhadətnaməsini almaq üçün müəyyən olunmuş qaydada və müddətdə müvafiq orqanlara müraciət edə bilməmişdir. Qeyd olunan faktla bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan ölüm haqqında şəhadətnamə təqdim edilmədiyindən qeyd olunan faktın yalnız məhkəmə qaydasında həll oluna biləcəyini və aidiyyəti üzrə məhkəməyə müraciət etməsini bildirmişlər. Qeyd olunan faktın məhkəmə qaydasında müəyyən edilməsi ona sosial müdafiə hüquqlarının həyata keçirilməsi ilə əlaqədar lazımdır. Ölüm qeydinin başqa formada bərpası mümkün olmadığından hazır ki, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, ərizəçi onun qonşusudur. Onun anası X4 xx xxxxxxx 2001-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs tərəfindən xx xxxxxx 2021-ci il tarixdə verilmiş, 355 saylı məktubundan məlum olur ki, Ərizəçi X2 ölümü haqqında şəhadətnamə mərhumun ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edildikdən sonra verilə bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax Rayon Polis Şöbəsi tərəfindən xx xxxxxx 2012-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqənin surətindən məlum olur ki, Ərizəçi xx xxxxxx 1977-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Yevlax rayonu Yuxarı Qarxun kəndində qeydiyyatındadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, xx xxxxxxx 1977-ci il tarixli, V ЖГ 327623 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, Ərizəçi xx xxxxxx 1977-ci ildə Yevlax rayonunda anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının Yuxarı Qarxun kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2021-ci il tarixli, 233 saylı arayışından məlum olur ki, Ərizəçi həqiqətən Yevlax rayonu Yuxarı Qarxun kəndində yaşayır. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, şəxsin ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X4 xx xxxxxxx 2001-ci il tarixdə vəfat etmişdir. Məhkəmə belə hesab edir ki, X4 xx xxxxxxx 2001-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X1 xx xxxxxxx 2001-ci ölməsi faktı müəyyən edilsin. Bu qətnamə Maraqlı şəxs tərəfindən müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-790/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-790/2021
05.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver