Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-80/2021 02.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə” dair ərizəsinə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qeyd etməklə, şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, qızı-xx.xx.1960-ci il təvəllüdlü X1 xx.xx.1960-ci il tarixdə vəfat etməsi, oğlu-xx.xx.1966-cı il təvəllüdlü X4 xx.xx.1966-ci il tarixdə vəfat etməsi və oğlu- xx.xx.1969-cu il təvəllüdlü oğlu X5 xx.xx.1969-cu il tarixdə vəfat etməsi faktlarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. (iddia tələbinin həcmi azaldılmışdır) Ərizəçi ərizəsində göstərmişdir ki, o, 1934-cü il tarixdə Yevlax şəhərində anadan olmuşdur. Hazırda isə Yevlax şəhəri Aeroport qəsəbəsi ev 7 mənzil 5 ünvanda yaşayır. Özü şəhid ailəsidir. xx.xx.1960-ci il təvəllüdlü X7, xx.xx.1966-cı il təvəllüdlü X11, xx.xx.1969-cu il təvəllüdlü X12 adlı uşaqları anadan olmuşdur. Lakin o, uşaqların hamısı çox qısa bir müddət yaşamış və vəfat etmişlər. Uşaqlar ölənə kimi onunla birlikdə yaşamış, vəfat etdikdən sonra da onun və ailə üzvləri tərəfindən dəfn edilmişlər. Hazırda o, həmin uşaqların ölüm haqqında şəhadətnamələrini alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. Qeyd olunan faktı başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X9 bildirmişdir ki, ərizəçinin qızıdır və xx xxxxxx 1962-ci ildə anadan olmuşdur. Ailədə səkkiz uşaq olublar. Ərizədə qeyd olunan Validə, Elmar və Eldar onun bacı və qardaşlarıdır. Onlar doğulduqdan sonra çox qısa müddət ərzində yaşamış və vəfat etmişlər. Bacısı Validəni görməsə də, onun barəsində atasından və mərhum anası Xədicə Hüseynovadan eşitmişdir. Qardaşları Elman və Eldarı isə xatırlayır. Bacı və qardaşları Yevlax rayonunda yerləşən Dəvəçi qəbirstanlığında dəfn olunublar. Uşaq olaraq dəfn edildikləri üçün onlara qəbirdaşı qoyulmamışdır. Hazırda mərhum anasına məxsus pul vəsaiti məhkəmənin qətnaməsinə əsasən depozitə qoyulmuşdur. Həmin pulu depozitdən götürmək üçün anasının vərəsələri barədə sənəd tələb olunur. Qeyd olunan bacı və qardaşlarının ölümü haqqında şəhadətnamə olmadığından anasına məxsus pul vəsaitini vərəsələri olaraq depozitdən götürə bilmirlər. Odur ki, ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli, 802 №li məktubda X1, X4 və X5 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edildikdən sonra onlara ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olduğu bildirilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx xxxxxxxx 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 954235 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2018-ci ildə vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, xx.xx.1960-ci il təvəllüdlü X1 atası Ərizəçi, anası isə X3r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü X4 atası Ərizəçi, anası isə X3r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü X5 atası Ərizəçi, anası isə X3r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 və Paşayev Nizami Şərif oğlu ifadələrində ərizəçinin qızı və baldızı oğlu olduqlarını, Validə, Eldar və Elmanın doğulduqdan sonra çox qısa müddət ərzində yaşadıqlarını və öldüklərini, Dəvəçi qəbirstanlığında dəfn olunduqlarını bildirdilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatı, şahid ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, xx.xx.1960-ci ildə Yevlax şəhərində doğulmuş X7 xx.xx.1960-cı il tarixdə, xx.xx.1960-ci ildə Yevlax şəhərində doğulmuş X14 xx xxxx 1966-ci ildə və xx.xx.1969-cu ildə Yevlax şəhərində doğulmuş X12 xx xxxxxx 1969-cu ildə Yevlax şəhərində ölmüşlər. Ərizəçi uşaqlarının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən düzgün olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1960-ci ildə Yevlax şəhərində doğulmuş X1 xx.xx.1960-cı ildə, xx.xx.1960-ci ildə Yevlax şəhərində doğulmuş X6 xx xxxx 1966-ci ildə və xx.xx.1969-cu ildə Yevlax şəhərində doğulmuş X5 xx xxxxxx 1969-cu ildə Yevlax şəhərində vəfat etmələri faktı müəyyən edilsin. Qətnamə ölümün müvafiq icra orqanında qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-80/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-80/2021
02.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver