Məhkəmə qərarları › İş №2(039)-822/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-822/2024

29.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-822/2024 29.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı «barışıq sazişinin təsdiq edilməsi» haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı «barışıq sazişinin təsdiq edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 noyabr 2023-cü ildən başlayaraq uşağı 02 aprel 2021-ci il təvəllüdlü X1 üçün hər ay 250 manat alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, aralarında mediasiya prosesində bağlanmış barışıq sazişinin aliment hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı məhkəmə iclasında izah etdi ki, o, Cavabdeh ilə ailəli olmuşdur. Nikahın pozulması ilə bağlı da məhkəməyə müraciət etmişdir. Mediasiya prosesində bağlanmış barışıq sazişinin aliment hissəsinin təsdiq edilməsini istəyir. Aliment ödənilmir. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, o, məhkəmə iclаsınа gəlməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmiş və işə оnun iştirаkı оlmаdаn bахılmаsını хаhiş еtməmişlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı MPM-nin 185.5-ci mаddəsinə əsаsən, işə maraqlı şəxsin iştirаkı оlmаdаn bахılmаsını mümkün sayır. Məhkəmə ərizəçinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 03 noyabr 2023-cü il tarixli barışıq sazişindən məlum olur ki, tərəflər mediasiya prosesində aralarında bağlanmış 08 iyul 2020-ci il tarixli nikahın pozulması, birgə nikahlarından doğulmuş 02 aprel 2021-ci il təvəllüdlü X2 İddiaçı himayəsində qalması, uşağın saxlanılması üçün 250 manat alimentin müəyyən edilməsi və uşaqla ünsiyyət vaxtının müəyyən edilməsi barədə barışıq sazişini imzaladılar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.4-cü maddəsinə əsasən Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355.26.1-ci maddəsinə əsasən Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-26.2-ci maddəsinə əsasən Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər evlənmişlər. Birgə nikahlarından 02 aprel 2021-ci il təvəllüdlü X4 adlı bir uşaqları olmuşdur. Ailə münasibətləri baş tutmadığından ayrılıb ayrı yaşayırlar və uşaq anasının himayəsində saxlanılmışdır. Tərəflər mesiasiya prosesində barışıq sazişi bağlamışlar. Maraqlı şəxs barışıq sazişinin şərtlərini pozmuşdur. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 03 noyabr 2023-cü il tarixdə bağlanmış barışıq sazişi aliment hissəsində təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 03 noyabr 2023-cü il tarixdə bağlanmış barışıq sazişi aliment hissəsində təsdiq edilsin. 02 aprel 2021-ci il təvəllüdlü X2 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 250 manat aliment 30 noyabr 2023-cü il tarixdən başlayaraq, Cavabdeh alınaraq X3 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar