Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-823/2024 14.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs X1 iştirakları ilə, Ərizəçi maraqlı şəxs X2 qarşı barışıq sazişinin 6-cı bəndinin şərtlərinin təstiq edilməsinə dair ərizəsi üzrə mülki işin məhkəmədə baxılmağa hazırlanması üzrə keçirilən məhkəmə iclasında, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs X2 qarşı barışıq sazişinin 6-cı bəndinin şərtlərinin təstiq edilməsinə dair ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin ərizəsi üzrə işin məhkəmədə baxılmağa hazırlanması üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Ərizəçi xx.xx.2024-cü il tarixli ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin və dövlət rüsumunu baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Maraqlı şəxs X3 işin baxılmamış saxlanılmasına etiraz etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizəsi baxılmamş saxlanılmalı və bu səbəbdən xx.xx.2024-cü il tarixli ********** saylı qəbzlə ödənilmiş dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa. Ərizəsi baxılmamış saxlanlanıldığından ödənilmiş dövlət rüsumu olaraq ərizəçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5 və 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs X2 qarşı barışıq sazişinin 6-cı bəndinin şərtlərinin təstiq edilməsinə dair ərizəsinə əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. xx.xx.2024-cü il tarixli ********** saylı qəbzlə ödənilmiş dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-823/2024
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-823/2024
14.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver