Məhkəmə qərarları › İş №2(039)-831/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-831/2020

12.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-831/2020 12.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Varşabova Nubar Böyükkişi qızının iştirakı ilə, Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə” dair ərizəsinə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, mərhum həyat yoldaşı Varşabov Böyükkişi Hüseyn oğlunun xx.xx.1971-ci il tarixdə Ağdam şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, mərhum həyat yoldaşı Varşabov Böyükkişi Hüseyn oğlu xx xxxxxxx 1971-ci il tarixdə Ağdam şəhərində vəfat etmişdir. Mərhum həyat yoldaşı Böyükkişi Varşabovun ölüm haqqında şəhadətnaməsinin olmaması ona bir sıra mülkü hüquqlarını həyata keçirməyə imkan vermir. Hazırkı tələbi ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Qeyd olunan faktı başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Varşabova Nubar Böyükkişi qızı ərizəyə uyğun izahat verərək bildirmişdir ki, ərizəçinin adına yaşayış evi var və həmin yaşayış evini ərizəçi, yəni anası ona bağışlamaq istəyir. Lakin atasının adına olüm haqqında şəhadətnamə mövcud olmadığından ərizəçi bu hüququnu həyata keçirə bilmir. Qeyd etdiklərini nəzərə alaraq, məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Varşabova Nubar Böyükkişi qızına ünvanlanmış xx.xx.2020-ci il tarixli 712 №li məktubda Varşabov Böyükkişi Hüseyn oğlunun ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edildikdən sonra onun adına ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olduğu bildirilmişdir. İş materiallarında olan xx xxxxxx 1955-ci il tarixdə verilmiş İİТЯ seriyalı 703305№li pasportdan görünür ki, Varşabov Böyükkişi Hüseyn 1910-cu ildə Şuşa şəhərində anadan olmuşdur. İş materiallarında olan xx xxxx 1957-ci il tarixdə verilmiş ИE seriyalı 272064№li nikah haqqında şəhadətnamədən görünür ki, Varşabov Böyükkişi Hüseyn oğlu ilə Ərizəçi arasında bağlanmış nikah 1947-ci ilin noyabr ayının 06-cı günündə Şuşa rayonu Qeydiyyat Şöbəsinin akt qeydləri kitabında 06 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Varşabov, arvada isə Varşabova soyadı verilmişdir. İş materiallarında olan xx xxxxxx 1966-ci il tarixdə verilmiş AЗ seriyalı 280433 №li doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 1949-cu il tarixdə anadan olmuş Varşabova Nubar Böyükkişi qızının atası Varşabov Böyükkişi Hüseyn oğlu, anası X1r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 və X3 ifadələrində ərizəçinin qaynı oğlanları olduqlarını, mərhum Varşabov Böyükkişi Hüseyn oğlunun onların əmiləri olduğunu, əmiləri Varşabov Böyükkişi Hüseyn oğlunun xx xxxxxxx 1971-ci ildə Ağdam şəhərində vəfat etdiyini və orada dəfn edildiyini bildirmişdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktınınmüəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1910-cuildə Şuşa şəhərində doğulmuş Varşabov Böyükkişi Hüseyn oğlunun xx xxxxxxx 1971-ci il tarixdə Ağdam şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün müvafiq icra orqanında qeydə alınması üçün əsasdır. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar