Məhkəmə qərarları › İş №2(039)-840/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-840/2022

10.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-840/2022 10.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı, onun vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak (əmlakdan olmadıqda onun dəyəri) və dövlət rüsumunun cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cəmi qiyməti 2,870 manat olan, cəmi çəkisi 41.4 qam olan 6 adda qızıl zinət əşyasının özünün, olmadıqda onların dəyərinin və dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehi Yevlax şəhər sakini kimi tanıyır və aralarında səmimi münasibətlər var idi. Cavabdeh təxminən 2 il bundan öncə, qısa bir zaman üçün qızıl zinət əşyalarını istəyərək bildirdi ki, həmin qızılları girov qoyaraq pul götürəcək, problemlərini həll edəcəkdir və cavabdeh əmin etmişdir ki, ən uzağı 3 aydan sonra qızıllarını qaytaracaqdır. Lakin cavabdeh ötən müddət ərzində qızıllarını qaytarmamış, üstəlik hər dəfə qızıllarını ondan tələb etdikdə müxtəlif bəhanələr gətirmiş və günü-günə sataraq yeni vədlər vermişdir. Son zamanlar isə cavabdehin qızları bildirir ki, onlara yenidən vaxt versin, onlar Rusiya Federasiyasına gedərək pul qazanacaq və qızıllarını qaytaracaqlar. Artıq cavabdehin nə özünün, nə də ki, ailə üzvlərinin verdikləri vədlərə inanmır. İddiaçı iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək cavabdehlə razılığa gəldiklərini, təqdim edilmiş barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Cavabdeh iclas zamanı iddiaçılarla razılığa gəldiklərini bildirmiş və təqdim etdikləri barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Barışıq sazişinin şərtlərinə görə, tərəflər razılaşır ki, Cavabdeh İddiaçı tələb edilən qızılların əvəzi olaraq 1,500 (bir min beş yüz) manat pul ödəyəcəkdir. Cavabdeh İddiaçı 1,500 manat pul vəsaitini iki ay müddətində ödəyəcəyinə dair öhdəlik götürür və 2022-ci ilin iyul ayının sonunadək həmin məbləğ ödənilib qurtaracaqdır. İddiaçılar və cavabdeh ərizə təqdim edərək barışıq sazişinin təsdiq edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə: Maddə 191.1. tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Maddə 191.2. hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Maddə 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 191.1, 191.2, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı ilə Cavabdeh tərəfindən təqdim edilmiş barışıq sazişi təsdiq edilsin. Cavabdeh 1,500 (bir min beş yüz) manat İddiaçı xerinə tutulsun. Cavabdeh həmin məbləği 2022-ci ilin iyul ayının sonunadək ödəsin. Hazırkı iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar