Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-860/2021 19.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «şəxsin vəfat etməsi faktının müəyyən edilməsi» haqqında ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «şəxsin vəfat etməsi faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum övladları X2 15 sentyabr 2004-cü ildə və X3 31 may 2008-ci ildə Yevlax rayonu, Aran qəsəbəsində vəfat etmələri faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, mərhum övladı X4 15 sentyabr 2004-cü il tarixdə, X5 isə 31 may 2008-ci il tarixdə vəfat etmişlər. Lakin səhlənkarlıq ucbatından övladlarına ölüm şəhadətnaməsi almamışdır. Hazırda da Maraqlı şəxsnə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Övladlarının ölümü haqqında şəhadətnamə ona sosial hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumudur. Onun qızı Nərgiz 2004-cü ildə, Fatimə isə 2008-ci ildə vəfat etmişdir. Yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək göstərdi ki, ərizəçi qohumudur. Onun qızı Nərgiz 2004-cü ildə, Fatimə isə 2008-ci ildə vəfat etmişlər. Hər ikisinin yas mərasimində iştirak etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs tərəfindən 10 mart 2021-ci il tarixdə verilmiş, 521 saylı məktubdan məlum olur ki, Ərizəçi məhkəməyə müraciət etməsi bildirilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 15 may 2004-cü il tarixli AZ-l 482530 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X4 26 fevral 2004-cü il tarixdə anadan olmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 07 fevral 2008-ci il tarixli AZ-ll 050270 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X5 15 yanvar 2008-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1978-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax ŞİHB-nın Aran qəsəbə ƏİD üzrə nümayəndəliyi tərəfindən 11 sentyabr 2021-cü il tarixdə verilmiş 484 saylı arayışdan görünür ki, mərhum X8 və onun arvadı Ərizəçi 2009-cu ilədək Yevlax rayon Aran qəsəbəsində yaşamışdır. Onların birgə nikah dövründə 2 qız övladı 26 fevral 2004-c il tarixdə X4 və 15 yanvar 2008-ci il tarixdə X5 anadan olmuşdur. Lakin 15 sentyabr 2004-cü il tarixdə X4 31 may 2008-ci il tarixdə X1 rayonu, Aran qəsəbəsində yaşadıqları evdə vəfat etmişdir və kənd qəbiristanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin 26 fevral 2004-cü il tarixdə X4 və 15 yanvar 2008-ci il tarixdə X5 adlı uşaqları olmuşdur. X4 15 sentyabr 2004cü il tarixdə, X5 isə 31 may 2008-ci il tarixdə vəfat etmişlər. Lakin onların ölümü haqqında şəhadətnamə alınmamışdır. Məhkəmə belə hesab edir ki, X2 15 sentyabr 2004-cü il tarixdə və X3 31 may 2008-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 26 fevral 2004-cü ildə anadan olmuş X2 15 sentyabr 2004-cü il tarixdə və 15 yanvar 2008-ci ildə anadan olmuş X3 31 may 2008-ci il tarixdə vəfat etmələri faktı müəyyən edilsin. Bu qətnamə Maraqlı şəxs tərəfindən müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-860/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-860/2021
19.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver