Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-874/2025 28.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 , Ərizəçi iştirakı ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, mediasiya prosesi nəticəsində onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təstiq edilməsinə və eyni zamanda cəmi 350 manat mediasiya xərcini Maraqlı şəxs tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: Ərizəsini belə əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2023-cü il tarixdə faktiki nikah münasibətlərinə girməklə evlənib ailə quraraq ər evinə küçmüşdür. Həmin nikahdan xx.xx.2024-cü il təvəllüdlü X3 adında bir övladları anadan olmuşdur. Sonradan cavabdehlə xasiyyətinin uyğun gəlmədiyi üçün ayrılmışlar. Azyaşlı övladları xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması ilə bağlı hər ay bir uşaq üçün 180 manat sabit pul məbləğində alimentin ödənilməsi üçün Maraqlı şəxs təstiq etdiyi sazişi icra etmir. Ona görə də o, barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edir. Tərəflərin izahatları: Ərizəçi məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Sübutlar: Mediasiya prosesi nəticəsində Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin ikinci tərəf Maraqlı şəxs öz üzərinə öhdəlik götürərək ki, birgə nikahdan olan azyaşlı uşağı xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək hər ay bir uşaq üçün 180 manat aliment birinci tərəf olan Ərizəçi kart vasitəsi ilə ödəyəcəkdir. AZ-V seriyalı 025429 №li doğum haqqında şəhadətnaməsin surətindən görünür ki, tərəflərin xx.xx.2024-cü il təvəllüdlü Melisa adlı uşaqları var. AZ-İ N 471292 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnaməsinin surətindən görünür ki, müvafiq olaraq xx.xx.2024-cü il təvəllüdlü X2 atası Maraqlı şəxs anası Ərizəçidır. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-25.4. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: Maddə 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; Maddə 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Maddə 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmənin hüquqi mövqeyi: Tərəflərin arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli barışıq sazişi qanunvericiliyin tələblərinə uyğundur, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmur və bu səbəbdən barışıq sazişi təsdiq edilməlidir. Eyni zamanda maraqlı şəxs olaraq Maraqlı şəxs mediasiya xərci üçün ödənilmiş 350 manat pul alınıb Ərizəçi verilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 355-25.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi ilə maraqlı şəxs olaraq Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay bir uşaq üçün 180 manat (bir yüz səksən) manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə tutulsun. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. Maraqlı şəxs olaraq Maraqlı şəxs mediasiya xərci olan 350 manat pulun alınıb Ərizəçi verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev:
Məhkəmə qərarları › İş №2(039)-874/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-874/2025
28.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver