Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-892/2021 23.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı Ləğv Prosesində Olan (LPO) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6 Qulu oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək 12,505.51 manat, bundan 5,086.81 manat əsas, 379.88 manat faiz, 6,453.78 manat cərimə və AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 585.04 manat faiz borcunun və ödənilmiş 30.40 manat dövlət rüsumunun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, paylı mülkiyyət hüququ üzrə digər cavabdehlərə məxsus Yevlax şəhəri, Rüstəmli kəndində yerləşən 0,3063 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinə yönəlməsi yuxarıda əmlakın ilkin satış qiymətinin 20,000 manat müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra digər cavabdehlərin həmin fərdi yaşayış evdən çıxarılaraq ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 18 iyun 2015-ci il tarixli 115.LN.2004.180615.00002 saylı Kredit Müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 36 ay müddətinə illik 6 % ödəmək şərti ilə 10,000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış 18.06.2015-ci il tarixli, 112.LN.2004.180615.00002 saylı Sonrakı ipoteka müqaviləsinə əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 19.06.2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən paylı mülkiyyət hüququ üzrə Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3 məxsus Yevlax şəhəri, Rüstəmli kəndində yerləşən 0.3063 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Kredit müqaviləsinin 5-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 8.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********582 saylı 30.10.2020-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh1 həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh1 tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 02.10.2020-ci il tarixə Cavabdeh1 kredit üzrə 5,086.81 manat əsas, 379.88 manat faiz, 6,453.78 manat cərimə və AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 585.04 manat faiz borcu təşkil edir. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Elmar Əliyev teleqram göndərərək işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18 iyun 2015-ci il tarixli 115.LN.2004.180615.00002 saylı kredit müqaviləsindən müəyyən olunur ki, sonuncuya 36 ay müddətinə illik 6 % ödəmək şərti ilə 10,000 manat kredit verilmişdir. Maliyyə arayışlarına əsasən İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında bağlanmış 18 iyun 2015-ci il tarixli, 115.LN.2004.180615.00002 saylı kredit müqaviləsi üzrə əsas borc 5,086 manat, kredit müqavilə müddəti üçün 379.88 manat faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanan illik 5 % üzrə 584.04 manat borc var, 6,453.78 manat cərimə hesablanmışdır. 18.06.2015-ci il tarixli, 115.CLN.180615.00002/a saylı ipoteka müqaviləsinə əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 19.06.2015-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışına əsasən birgə mülkiyyət hüququ üzrə Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3 məxsus Yevlax şəhəri, Rüstəmli kəndində yerləşən 0.3063 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi Bankın xeyrinə yüklü edilmişdir. Qeyd edilən ipoteka müqavilələri barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeyd aparılmış və həmin qeyddən çıxarışlar verilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş 03 sentyabr 2021-ci il tarixli mütəxəssis rəylərində qeyd olunur ki, Yevlax şəhəri, Rüstəmli kəndində yerləşən 0.3063 ha torpaq sahəsi üzərində tikilmiş 2 mərtəbəli 6 otaqlı, fərdi yaşayış evinin 03.09.2021-ci il tarixdə bazar satış qiyməti 32,000 manat , likvid qiyməti 22,000 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 319.1. Borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 34. ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması anında yarana bilər. Maddə 41. ipotekasaxlayanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti predmeti açıq bazarda satıla bilər. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi əsasında ona 36 ay müddətinə illik 6 % ödəmək şərti ilə 10,000 manat kredit verilmiş və həmin kreditin təminatı olaraq birgə mülkiyyət hüququ üzrə Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3 məxsus Yevlax şəhəri, Rüstəmli kəndində yerləşən 0.3063 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi Bankın xeyrinə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi nəticəsində borc yaranmışdır və mülki qanunvericiliyin istinad edilən normalarının tələbləri baxımından iddiaçının cavabdehdən yaranmış borcu tələb etmək və tutmanın ipoteka predmetinə yönəltməsini tələb etmək hüququ vardır. İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında bağlanmış 18 iyun 2015-ci il tarixli 115.LN.2004.180615.00002 saylı kredit müqaviləsi üzrə əsas, faiz borcunun, habelə gecikdirilmiş vaxt üçün hesablanan illik 5 % üzrə 584.04 manat borcun düzgün hesablanmadığına dair hər hansı dəlil müəyyən edilməmişdir. Lakin, məhkəmə hesab edir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. Kredit müqaviləsi üzrə borc yarandığından tutma ipoteka predmeti olan, birgə mülkiyyət hüququ üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh3 məxsus Yevlax şəhəri, Rüstəmli kəndində yerləşən 0.3063 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinə yönəldilməli və ipoteka haqqında qanunvericiliyin istinad edilən normalarının tələbləri baxımından ipoteka predmeti açıq hərracdan satılmalı, satışdan sonra bir ay müddətində birgə mülkiyyətçi olan həmin cavabdehlər evi tərk etməzlərsə məcburi çıxarılmalıdırlar. Məhkəmə xərcləri hissəsində iddia əsaslıdır və təmin edilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı qeyd olunmalıdır ki, ipoteka predmetinin ilkin satış qiyməti mütəxəssis rəyində qeyd edilən 22,000 manat likvid dəyəri məbləğində müəyyən edilməlidir. Belə ki, tərəflər həmin rəyin əsassızlığına dair hər hansı sübut təqdim etməmişlər. Mütəxəssisə ödənilməli məbləğ Cavabdeh1 tutularaq "xxxx" MMC-nin müvafiq hesabına ödənilməlidir. İddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması hissəsi ilə bağlı qeyd edilməlidir ki, bu, məhkəmə qətnaməsinin icrası qaydasında həll edilən məsələ olduğundan qətnamədə qeyd edilməsinə zərurət yoxdur. İddia tələbinin əmlak satıldıqdan sonra ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi hissəsi ilə bağlı qeyd edilməlidir ki, qanunvericiliklə ipoteka predmetinin hərracdan satılması nəzərdə tutulmuşdur, xeyrinə yüklü edilmiş şəxsə təhvil verilməsi deyil. Qeyd edilənlərə əsasən iddia qismən təmin edilməldir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 18 iyun 2015-ci il tarixli 115.LN.2004.180615.00002 saylı kredit müqaviləsi üzrə 5,086.81 manat əsas, 379.88 manat faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanan illik 5 % üzrə 584.04 manat, 500 cərimə, habelə 30.40 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 6,581 (altı min beş yüz səksən bir) manat 13 (on üç) qəpik İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6 Qulu oğluna, Cavabdeh2 və Cavabdeh3 məxsus Yevlax şəhəri, Rüstəmli kəndində yerləşən 0.3063 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinə yönəldilməklə həmin yaşayış evi açıq hərracdan satılmaqla satış hesabına əldə edilmiş vəsaitdən borc İddiaçı ASC-yə ödənilsin. Yevlax şəhəri, Rüstəmli kəndində yerləşən 0.3063 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinin ilkin satış qiyməti 22.000 (iyirmi iki min) manat müəyyən edilsin. Həmin ev və torpaq sahəsi satıldıqdan sonra ən geci bir ay ərzində tərk etmədikləri təqdirdə cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6 Qulu oğlu, Cavabdeh2 və Cavabdeh3 həmin evdən və torpaq sahəsindən istifadə hüquqları itirilmiş hesab edilməklə çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. Mütəxəssisə ödənilməli 105 (bir yüz beş) manat Cavabdeh1 "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-892/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-892/2021
23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver