Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-910/2025 03.03.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» haqqında mülki işə 03 mart 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesində onunla Maraqlı şəxs aralarında bağlanmış 27 may 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi və eyni zamanda cəmi 160 manat məbləğin Maraqlı şəxs alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o Maraqlı şəxs ilə xx.xx.2022-ci il tarixdə faktiki nikah münasibətlərinə girməklə evlənib ailə quraraq ər evinə köçmüşdür. Nikahları xx.xx.2023-cü il tarixdə rəsmiləşmişdir. Həmin nikahlarında xx.xx.2023-cü il təvəllüdlü X6 adında bir övladları anadan olmuşdur. Sonradan cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi üçün aralarında olan nikah qeydi xx.xx.2024-cü il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Azyaşlı övladları yetkinlik yaşına çatanadək saxlanılması ilə bağlı hər ay bir uşaq üçün 235 manat sabit pul məbləğində alimentin ödənilməsi üçün o, Maraqlı şəxs Zakir oğlu ilə qarşılıqlı razılığa gəlmişlər. X1 təsdiq etdiyi sazişi icra etmir. Ərizəçi məhkəməyə teleqram ünvanlayaraq, səhətilə bağlı iştirak edə bilmədiyini məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, o, məhkəmə iclаsınа gəlməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmiş və işə оnun iştirаkı оlmаdаn bахılmаsını хаhiş еtməmişlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı MPM-nin 185.5-ci mаddəsinə əsаsən, işə maraqlı şəxsin iştirаkı оlmаdаn bахılmаsını mümkün sayır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 27 may 2024-cü-cü il tarixli barışıq sazişindən məlum olur ki, ikinci tərəf: Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn yetkinlik yaşına çatmayan övladları xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ikinci tərəf: X2 xx.xx.2024-cü il tarixdən etibarən ona hər ayın 5-dək, hər ay 235 (iki yüz otuz beş) manat aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğini ona məxsus və ikini tərəfə təqdim edəcəyi bank kartı hesabına ödəyəcəyinə dair ikinci tərəf öz üzərinə götürmüş və barışıq sazişinin bağlanması barədə razılığa gəlmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 18 dekabr 2024-cü il tarixli, 2(039)-2528/2024 nömrəli qətnamədən məlum olur ki, iddiaçı Maraqlı şəxs ilə cavabdeh Ərizəçi arasında 5 saylı Bakı Asan Xidmət Mərkəzində Qeydiyyat şöbəsində 26 iyul 2023-cü il tarixdə bağlanmış nikah pozulması qət edilmişdir; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 30 sentyabr 2023-cü il tarixli, AZ-lV 925130 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X6 23 avqust 2023-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzlərdən məlum olur ki, 160 manat mediasiya xərci Mayıl Ə.Ə şəxs tərəfindən ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.4-cü maddəsinə əsasən Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355.26.1-ci maddəsinə əsasən Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-26.2-ci maddəsinə əsasən Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər evlənmişlər. Birgə nikahlarından 26 iyul 2023-cü il təvəllüdlü X6 adlı uşaqları olmuşdur. Ailə münasibətləri baş tutmadığından ayrılıb ayrı yaşayırlar. Tərəflər mediasiya prosesində barışıq sazişi bağlamışlar. Maraqlı şəxs barışıq sazişinin şərtlərini pozmuşdur. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, ərizə qismən təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında 27 may 2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, ərizədə cavabdehdən tutulması göstərilən 160 manat pulun kim tərəfindən ödənilməsi məlum deyildir və belə olan halda ərizə mediasiya xərcinə aid hissədə imtina edilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəmənin “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeləri özündə əks etdirən bir sıra məsələlərə ümumiləşdirilmiş izahın verilməsi ilə bağlı 14 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişində sabit pul məbləğində alimentin tutulması ilə bağlı şərt tərəflərin razılığından asılı olaraq konkret rəqəmlə və ya minimum əmək haqqının müəyyən misli ilə ifadə edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında 27 may 2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs 01 iyun 2024-cü il tarixdən başlayaraq, 26 iyul 2023-cü il təvəllüdlü X3 18 yaşına çatanadək saxlanılması üçün hər ay üçün 235 manat aliment Ərizəçi xeyrinə tutulsun. Maraqlı şəxs 160 manat mediasiya xərcinin tutulması hissəsində imtina edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə İş № 2(039)-2687/2024 İCRAVƏRƏQƏSİ 03 mart 2025-ci il Yevlax Rayon Məhkəməsi Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında 27 may 2024-cü-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs 01 oktyabr 2024-cü il tarixdən başlayaraq, 17 iyun 2013-cü il təvəllüdlü X4 və 23 avqust 2016-cı il təvəllüdlü X5 18 yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat aliment Ərizəçi xeyrinə tutulsun. Maraqlı şəxs 160 manat mediasiya xərci və 100 manat ödənilmiş dövlət rüsumu tutularaq Ərizəçi xeyrinə ödənilsin. Qətnamə 03 mart 2025-ci il tarixdə qanuni qüvvəsini almışdır. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununu 10-cu maddəsinə əsasən icra məmurunun öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarına öz vəzifəsini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurunun qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borcluların adı, ünvanı, bankdakı hesablaşma hesabının N:-si: Maraqlı şəxs – ünvan 1 ünvanı, bankdakı hesablaşma hesabının N:-si: Ərizəçi – Yevlax rayonu, Malbinəsi kəndi İcra vərəqəsi 06 fevral 2023-cü il tarixdə verilmişdir. Məhkəmə möhürünün yeri: HAKİM: AZƏRBAYCAN RESPUBLİKASİ YEVLAX RAYON MƏHKƏMƏSİ AZ-6600, Yevlax şəhəri, C.Cabbarlı küçəsi 9 Tel: (022336) 6-13-80, 6-31-76, 6-31-80, 6-47-66 Faks: (02233) 6-47-66 Elektron ünvan www.yevlakhcourt.gov.az 03 mart 2025-ci il İş № 2(039)-2687/2024 Yevlax rayon İcra və Probasiya Şöbəsinə Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» haqqında 2(039)- 2687/2024 saylı mülki iş üzrə məhkəmənin 03 mart 2025-ci il tarixli icra vərəqəsi icra olunması üçün Sizə göndərilir. İcranın nəticəsi barədə məhkəməyə rəsmi məlumat verməniz xahiş olunur. Qoşma: İcra vərəqəsi, qətnamənin və şəxsiyyət vəsiqələrinin surəti. Məhkəmənin hakimi: Ruslan Əlizadə. İş № 2(039)-2687/2024 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU YEVLAX RAYON MƏHKƏMƏSİ Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» haqqında mülki işə 03 mart 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 11:45-də açıldı. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 178-ci maddəsinə əsasən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Məhkəmə iclasının katibi Azərbaycan Respublikası MPM-nin 179.1-ci maddəsinə əsasən məruzə edərək bildirir ki, Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmaını xahiş etmişdir. Eyni zamanda mediasiya xərci olaraq ödədiyi 160 manat pulu və dövlət rüsumu olaraq ödədiyi 100 manat pulu maraqlı şəxsdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Sədrlik edən məruzə edərək bildirir ki, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesində onunla Maraqlı şəxs aralarında bağlanmış 27 may 2024-cü-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi və eyni zamanda mediasiya xidmətinin göstərilməsi üçün Mediasiya Təşkilatına ödədiyi cəmi 160 manat məbləğin Maraqlı şəxs alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o Maraqlı şəxs ilə mediasiya xidmətlərindən istifadə edərək, qarşılıqlı qaydada razlaşaraq, azyaşlı uşaqları 17 iyun 2013-cü il təvəllüdlü X4 və 23 avqust 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək hər uşaq üçün hər ay 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin ödənilməsi ilə bağlı qarşılıqlı razılığa gəlmişlər. Lakin Maraqlı şəxs təsdiq etdiyi sazişi icra etmir. Sədrlik edən iş materiallarına əlavə edilmiş bəzi sənədləri elan edir. Sədrlik edən qətnamənə çıxarılması üçün müşavirə otağına gedir. Sədrlik edən müşavirə otağından qayıdır və qətnaməni elan edir. Məhkəmə iclası bağlı elan olunur. Sədrlik edən: Məhkəmə iclas katibi:
Məhkəmə qərarları › İş №2(039)-910/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-910/2025
03.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver