Məhkəmə qərarları › İş №2(039)-936/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-936/2025

23.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-936/2025 23.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 20 aprel 1983-cü ildə doğulmuş X1 29 iyun 1983-cü ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, 11 aprel 1981-ci ildə X11 ilə ailə qurmuşlar və birgə nikahlarından dörd uşaqları doğulmuşdur. 20 aprel 1983-cü ildə doğulmuş övladı X2 29 iyun 1983-cü ildə sepsis səbəbindən Yevlax rayonu Malbinəsi kəndində yaşadıqları evdə ölmüşdür. Uşağı Yevlax rayonu Malbinəsi kənd qəbirstanlığında dəfn etmişlər. Ölümün qeydə alınması barədə müvafiq icra hakimiyyəti orqanına müraciət etmədiklərindən uşağa ölüm haqqında şəhadətnamə alınmamışdır. Ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, uşağın ölümü haqqında tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamış və məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Faktın təsdiq olunması uşağa ölüm haqqında şəhadətnamə alınması üçün zəruridir. Buna görə də, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Marqlı şəxs Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, işə həmin şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dinlirmiş X7 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi ilə həmkəndli və qonşudurlar. Ərizəçini və ailə üzvlərini uzun müddətdir ki, tanıyır. Ərizəçi İsmayıl Vəlievlə ailəli olmuş və birgə nikahlarından dörd uşaqları doğulmuşdur. Ərizəçinin Rafayıl adlı uşağı 1983-cü ildə körpə vaxtı Yevlax rayonu Malbinəsi kəndində yaşadıqları evdə xəstəlik səbəbindən ölmüş və Malbinəsi kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi qardaşı X5 həyat yoldaşıdır. Özü (şahid) 1989cu ildə ailə qurmuş və ailə qurub köçənədək Yevlax rayonunun Malbinəsi kəndində ərizəçi ilə bir evdə yaşamışlar. Ərizəçi ilə mərhum qardaşı İsmayıl Vəlievin dörd uşaqları olmuş, Rafayıl adlı uşaq 29 iyun 1983-cü ildə Yevlax rayonu Malbinəsi kəndində yaşadıqları evdə xəstəlik səbəbindən ölmüş və Malbinəsi kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan Yevlax rayonu Malbinəsi kənd soveti tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X6 03 aprel 1982-ci ildə nikahlarını bağlamışlar və arvada Vəliyeva soyadı verilmişdir. İşdə olan Yevlax rayon Malbinəsi kənd soveti tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 05 sentyabr 1984-cü ildə doğulmuşdur, atası X11, anası Ərizəçidır. İşdə olan Yevlax rayon Malbinəsi kənd soveti tərəfindən verilmiş xx.xx.1986-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 14 yanvar 1986-cı ildə doğulmuşdur, atası X11, anası Ərizəçidır. İşdə olan Yevlax rayon Malbinəsi kənd soveti tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 21 mart 1988-ci ildə doğulmuşdur, atası X11, anası Ərizəçidır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 17 iyul 2024-cü ildə ölmüşdür. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X2 20 aprel 1983-cü ildə doğulmuşdur, atası X11, anası Ərizəçidır. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X1 ölümünü təsdiq edən tibbi şəhadətnamə olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin oğlu X12 29 iyun 1983-cü ildə xəstəlik səbəbindən Yevlax rayonu Malbinəsi kəndində ev şəraitində ölmüş və Yevlax rayon Malbinəsi kənd qəbirstanlığında dəfn edilmişdir. Müvafiq icra hakimiyyəti orqanına müraciət edilmədiyindən ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamışdır. Faktın müəyyən edilməsi ərzəçiyə mərhum oğluna ölüm haqqında şəhadətnamə almaq üçün zəruridir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 20 aprel 1983-cü il təvəllüdlü X1 29 iyun 1983-cü ildə Yevlax rayonu Malbinəsi kəndində xəstəlik səbəbindən vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar