Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-949/2024 27.05.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax rayon Məhkəməsinin Hakimi Əlizadə Ruslan Əliyar oğlu Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölümün faktının müəyyən edilməsi» haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Ərizəçi Maraqlı şəxsnə qarşı «ölümün faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0 və 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikasının MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Hesab edirəm ki, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölümün faktının müəyyən edilməsi» haqqında iş üzrə tərəflər üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədiyindən, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. 16 fevral 2024-cü il tarixli 80527 saylı qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.1 və 260.4-cü maddələrinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra, maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 mart 2011-ci il tarixli, 03 saylı Qərarının 9.2-ci bəndində göstərilir ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı, üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda, məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0, 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ M : Ərizəçi Maraqlı şəxsnə qarşı «ölümün faktının müəyyən edilməsi» haqqında ərizə baxılmamış saxlanılsın. 16 fevral 2024-cü il tarixli 80527 saylı qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Yevlax rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-949/2024
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-949/2024
27.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver