Məhkəmə qərarları › İş №2(039)-964/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-964/2020

06.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-964/2020 06.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «şəxsin vəfat etməsi faktının təsdiq edilməsi» haqqında ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «şəxsin vəfat etməsi faktının təsdiq edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X4 xx xxxxxx 1995-ci il tarixdə, qardaşı X1 xx xxxxxxxx 1987-ci il tarixdə və qardaşı X3 xx xxxxxx 1985-ci il tarixdə vəfat etmələri faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, mərhum qardaşları X6 xx xxxxxx 1995-ci il tarixdə, X1 xx xxxxxxxx 1987-ci il tarixdə vəX9 oğlu isə xx xxxxxx 1985-ci il tarixdə vəfat etmişlər. Lakin səhlənkarlıq ucbatından qardaşlarına ölüm şəhadətnaməsi almamışdır. Hazırda da Maraqlı şəxsnə müraciət etsə də, ona məhəkəməyə müraciət etməsi bildirilmişdir. Qardaşlarının ölümü haqqında şəhadətnamə ona mərhum valideyinlərindən qalmış mirasın qəbul edilməsi üçün lazımdır. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmədən ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək göstərdi ki, ərizəçi onun qonşusudur. Onun qardaşları müxtəlif vaxtarda vəfat etmişlər. Hər üçünün yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumudur. Onun qardaşları vəfat etmişlər. Onların yas mərasimində iştirak etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Yevlax RPŞ-si tərəfindən xx xxxxxxx 2012-cü il tarixdə verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1962-ci il tarixdə Qırğıstan Respublikası, Oş vilayətində anadan olmaqla, Yevlax şəhəri, Ş.Qurbanov küçəsi 63-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş, 722 saylı məktubdan məlum olur ki, Ərizəçi məhkəməyə müraciət etməsi bildirilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Varvara Bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli arayışından məlum olur ki, X6 xx xxxxxx 1995-ci il tarixdə, X1 xx xxxxxxxx 1987-ci il tarixdə vəX9 oğlu isə xx xxxxxx 1985-ci il tarixdə vəfat etmişlər. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, şəxsin ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi qardaşları X6 xx xxxxxx 1995-ci il tarixdə, X1 xx xxxxxxxx 1987-ci il tarixdə vəX9 oğlu isə xx xxxxxx 1985-ci il tarixdə vəfat etmişlər. Lakin onların ölümü haqqında şəhadətnamə alınmamışdır. Ərizəçi valideyinlərindən qalmış mirasın qəbul edilməsi üçün ona qardaşlarının ölümü haqqında şəhadətnamə lazımdır. Ölüm faktının başqa formadam təsdiq edilməsi mümkün deyil. Məhkəmə belə hesab edir ki, X4 xx xxxxxx 1995-ci il tarixdə, X1 xx xxxxxxxx 1987ci il tarixdə vəX3 isə xx xxxxxx 1985-ci il tarixdəvəfat etmələri faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X4 xx xxxxxx 1995-ci il tarixdə, X1 xx xxxxxxxx 1987-ci il tarixdə vəX3 isə xx xxxxxx 1985-ci il tarixdə vəfat etmələri faktı müəyyən edilsin. Bu qətnamə Maraqlı şəxs tərəfindən müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar