Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-99/2022 12.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdehlər Cavabdeh1 və vəkili X1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mülkiyyətində olan torpaq sahəsindəki qanunsuz hasarların (daş hasar, qarğı və dəmir barmaqcıqlardan) sökülməsi, zəbt olunmuş sahənin boşaldılması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mülkiyyətində olan torpaq sahəsindəki qanunsuz hasarların (daş hasar, qarğı və dəmir barmaqcıqlardan) sökülməsi, zəbt olunmuş sahənin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Azərbaycan Respublikası ƏKDK-nin yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışına əsasən Yevlax rayonu, Havarlı kəndində yerləşən, **********80 reyestr nömrəli 1.10 ha həyətyanı torpaq sahəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən qanunsuz olaraq çəkilmiş hasarların (daş hasar, qarğı və dəmir barmaqcıqlardan) sökülməsi, zəbt olunmuş sahənin boşaldılması, dövlət rüsumu kimi ödədiyi 100 manat və sənədlərin notariat qaydada təsdiqlənməsi üçün ödədiyi 10 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlayaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerqurluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına smetanın hazırlanması üçün onların hesabına ödənilmiş 596 manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izah etdi ki, iddiaçı Yevlax rayonu Havarlı Bəldiyyəsinndə alqı-satqı müqaviləsi əsasında 0.10 ha torpaq sahəsi almışdır. Bu barədə adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** nömrəli, 19 iyul 2014-cü il tarixli çıxarış verilmişdir. Həmin torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilmişdir. Həmin ərazidə müxtəlif növ tikililər inşa etmişlər. Torpaq iddiaçıya məxsus olduğundan, iddiaçı cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxarılmasını, tikililərin sökülməsini və ödənişləri cavabdehlərdən alınaraq iddiaçıya qaytarılmasını istəyir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 iddia tələbini qəbul etməyərək izah etdi ki, istifadə etdiyi torpaq sahəsi onun özünə məxsusdur. O heç kimin torpağını təbt etməmişdir. İddia əsassızdır. Cavabdeh1 və vəkili X3 iddia tələbini qəbul etməyərək izah etdi ki, Cavabdeh1 iddiaçının torpağını zəbt etməmişdir. Cavabdeh1 özünə məxsus torpaqdan istifadə edir. Mütəxəssis rəyi ilə də, iddiaçının torpağının zəbt olunmadığı sübut olunur. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izah etdi ki, Cavabdeh2 özünə məxsus torpaqdan istifadə edir. Zəbtdən söhbət gedə bilməz. Mütəxəssis rəyi ilə də, iddiaçının torpağı zəbt olunmadığı sübut olunur. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh3 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 02 mart 2022-ci il tarixli TT**********120596 saylı qəbzdən məlum olur ki, Əliyev X2 və Yerqurluşu LTM MMC-yə 596 manat rüsum ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** nömrəli, 19 iyul 2014-cü il tarixli çıxarışın surətindən məlum olur ki, İddiaçı Yevlax rayonu, Havarlı kəndi ərazisində 0.10 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 19 oktyabr 2021-ci il tarixli ********* saylı qəbzdən məlum olur ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 19 aprel 2022-ci il tarixli **********07 saylı məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin "xxxx" MMC tərəfindən məhkəməyə göndərilmiş mütəxəssiz rəyindən görünür ki, Yevlax rayonu, Havarlı kəndi ərazisində yerləşən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə liə qeydiyyata alınmış, **********80 reyestr nömrəsi ilə İddiaçı mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsinə tərtib edilmiş A 003044 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədində alınmış koordinatlar daxilindəki torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən naturada istifadə edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçıya Yevlax rayonu, Havarlı kəndi ərazisində 0.10 hektar torpaq sahəsi verilmişdir. İddiaçı cavabdehlərə qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Mütəxəssis rəyi ilə Yevlax rayonu, Havarlı kəndi ərazisində yerləşən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə liə qeydiyyata alınmış, **********80 reyestr nömrəsi ilə İddiaçı mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsinə tərtib edilmiş A 003044 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədində alınmış koordinatlar daxilindəki torpaq sahəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən naturada istifadə etmədikləri müəyyən edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən torpağının cavabdehlər tərəfindən zəbt olunmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mülkiyyətində olan torpaq sahəsindəki qanunsuz hasarların (daş hasar, qarğı və dəmir barmaqcıqlardan) sökülməsi, zəbt olunmuş sahənin boşaldılması» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mülkiyyətində olan torpaq sahəsindəki qanunsuz hasarların (daş hasar, qarğı və dəmir barmaqcıqlardan) sökülməsi, zəbt olunmuş sahənin boşaldılması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-99/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-99/2022
12.05.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver