Məhkəmə qərarları › İş №2(039)-996/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-996/2023

19.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-996/2023 19.06.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və vəkili X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «əmlak tələbi və məhkəmə xərcinin cavabdehdən tutulması» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «əmlak tələbi və məhkəmə xərcinin cavabdehdən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin predmetini təşkil edən əşyaların, həmin əşyalar olmadıqda isə həmin əşyaların dəyərinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydaa alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəməyə iddia ərizəsinə etiraz ünvanlayaraq, iddianın rədd ediləsini xahiş etmişlər. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələblərini müdafiə edərək izah etmişdir ki, ididaçı ilə Cavabdeh1 ailəli olmuşlar. İddiaçıya rəsmi nikahları olmamışdır. İddiaçıya qızıl hədiyyə olunmuşdur. İddiaçı ilə Cavabdeh1 16 avqust 2022-ci il tarixdə mübahisə etmişlər. İddiaçı valdeyinlərinə zəng etmiş və onlar gəlib iddiaçını öz evlərinə aparmışlar. İddiaçı özünə məxsus bəzi əşyaları aparsa da, iddia ərizəsində göstərilən əmlakları cavabdehlərin evində qalmışdır. Hazırda iddiaçı həmin əşyaları tələb etsə də, cavabdehlər qaytarmaqdan imtina edirlər. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında İddiaçı izah etmişdir ki, 16 fevral 2022-ci il tarixdə ailə qurmuşlar. Həmin vaxt ona qızıl hədiyyə olunmuşdur. 16 avqust 2022-ci il tarixdə Cavabdeh1 ilə mübahisələri oldu. Valdeyinlərinə zəng vuraraq gəlib onu aparmalarını bildirmişdir. Özünə məxsus əşyaları iki çantaya yığmışır. Valdeyinlərin gələndə yığdığı çantaları da götürüb onlarla çıxıb getdi. Bəzi geyim əşyaları və qızılları özü ilə aparmamışdır. Dəfələrlə cavabdehlərdən əmlaklarını tələb etsə də, cavabdehlər qaytarmaqdan imtina etmişlər. Cavabdeh1 məhkəmə iclasında izah etdi ki, 16 fevral 2022-ci il tarixdə ailə qurmuşlar. Həmin vaxt qızıllar hədiyyə olunmuşdur. Qızıllar daima iddiaçının özündə olmuşdur. 16 avqust 2022-ci il tarixdə iddiaçı sərbəst olaraq əşyalarını yığmış və valdeyinlərini bizim evə çağırmışdır. Valdeyinləri gələndə iddiaçı artıq iki çanta ilə onları gözləyirdi. Onlarda iddiaçıya məxsus heç bir əşya yoxdur. İddiaçı bütün əmlaklarını özü ilə aparmışdır. Cavabdeh2 məhkəmə iclasında izah etdi ki, 16 avqust 2022-ci ildə ad günü qeyd edirdilər. Həmin vaxt qudaları onlara gəldilər. Onlar elə bilmişlər ki, ad günü üçün gəlmişlər. Lakin Şərafət özünə məxsus bütün əşyalarını yığıb valdeyinləri ilə getdi. Nə qədər getməməsini, ailəsini dağıtmamasını istəsələr də, Şərafət onları eşitmədi və çıxıb getdi. Cavabdeh3 məhkəmə iclasında izah etdi ki, 15 avqust yoldaşının, 16 avqust isə oğlunun ad günüdür. İkisini bir gündə yəni 16 avqustda qeyd edrilər. 16 avqust 2022-ci ildə ad günü qeyd edirdilər. Həmin vaxt qudaları onlara gəldilər. Onlar elə bilmişlər ki, ad günü üçün gəlmişlər. Lakin qızı aparmağa gəlmişdirlər. Qız özü sərbəst olaraq əşyalarını yığmışdır. Özü ilə yekə içi dolu çanta apardı. Bütün özünə məxsus əşyaları yığmışdır. Həmin vaxt hər hansı bir mübahisə olmamışdır. Gəlinin getməməsini istəsək də, onlara qulaq asmayıb valdeyinləri ilə getdi. Cavabdehlərin vəkili X3 iddia tələbini qəbul etməyərək izah etdi ki, iddiaçı sərbəst şəkildə özünə məxsus əşyalarını yığmışdır. Valdeyinlərinə zəng edərək çağırmışdır. Ona heç kim maneə olmamışdır. Özü sərbəst əmlakları ilə bir yerdə çıxıb getmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək göstərdi ki, Şərafət onun qızıdır. Şərafət ona zəng edərək, yoldaşının onu döyüb təhqir etdiyini və həmin evdə qalmaq istəmədiyini bildirmişdir. Onlar qudaları gilə gedəndə hamısı evdə idi. Qızı ər evinə köçən zaman apardığı paltarlarını yığmışdır. Yəni onlar gələndə Şərafət artıq paltarlarını yığıb onları gözləyirdi. Çatnanı açıb içindəki əşyaları qudasına göstərdi. Lakin qudası baxmadı. Qızılları götürməmişdir. Qızıllar daima qayınanada olurdu. Qızılların qayınanada olmasını ona qızı demişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək göstərdi ki, qızı xəbər göndərmişdir ki, onu həmin evdən aparım, yoxsa özünü öldürəcək. Seymura zəng etdi, lakin o telefonu açmadı. Onlara gələndə heç bir məclis yox idi. Seymurla Şərafət dalaşmışdılar. Evdən çıxan zaman qızı ata evindən apardığı bütün əşyalarını yığdı. Çantanın ağzı açıldı və əşyalar göstərildi. Sonradan icra nümayəndəsi barışıq üçün gəlmişdir. Qızı barışmayacağını bildirdi və qızıl və paltarlarının qaytarılmasını bildirdi. İcra nümayəndəsi qızılların və paltarların məhkəmə qaydasında qaytarılacağını bildirdi. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərdi ki, zəng gəldi ki, yoldaşı Şərafəti döyüb təhqir edib və Şərafət həmin evdə qalmaq istəmədiyini bildirmişdir. Onlara gedəndə hamısı evdə idi. Qızı ər evinə köçən zaman apardığı paltarlarını yığmışdır. Yəni onlar gələndə Şərafət artıq paltarlarını yığıb onları gözləyirdi. Çatnanı açıb içindəki əşyaları qudasına göstərdi. Lakin qudası baxmadı. Qızılları götürməmişdir. Ondan sonra Nübarla yolda qarşılaşanda qızılları məhkəmədə qaytaracaqlarını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 05 yanvar 2023-cü il tarixli 028 saylı arayışdan məlum olur ki, İddiaçı Kəlbəcər rayonundan məcburi köçkündür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 31 yanvar 2023-cü il tarixli MŞŞ/MT018/2023-00196 saylı arayışdan məlum olur ki, İddiaçı əmlak tələbi ilə bağlı mediatora müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 09 dekabr 2022-ci il tarixli AZ-lV 826129 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X7 25 oktyabr 2022-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Əmlakın Qiymətləndirməsi MMC-nin ƏQ-261/2023 saylı rəyindən məlum olur ki, iddiaçının iddia ərizəsində göstərdiyi 1 ədəd İtaliya istehsalı olan 750 əyarlı, 27 qram çəkidə qızıl komplekt dəsti 4509 manat, 1 ədəd İtaliya istehsalı olan 750 əyarlı, 5 qram çəkidə Alyans formasında qızıl nişan üzüyü 900 manat, 1 ədəd Rusiya istehsalı olan 583 əyarlı, 3.5 qram çəkidə qızıl üzük 318.50 manat, 1 ədəd qadın üçün kostyum 35 manat, 1 ədəd qadın üçün kostyum 15 manat, 1 ədəd qadın üçün kostyum 30 manat, 1 ədəd qadın üçün kostyum 25 manat, 1 ədəd qadın üçün kostyum 30 manat, 1 ədəd qadın üçün pencək 40 manat, 1 ədəd qadın üçün don 60 manat, 1 ədəd qadın üçün tək köynək 25 manat, 1 ədəd qadın üçün köynək 25 manat, 1 ədəd qadın üçün köynək 18 manat, 1 ədəd qadın üçün köynək 23 manat, 1 ədəd qadın üçün jilet 25 manat, 1 ədəd qadın üçün jaket 35 manat, 1 ədəd qadın üçün şalvar 15 manat, 1 ədəd qadın üçün şalvar 15 manat, 1 ədəd qadın üçün kofta 15 manat, 1 ədəd qadın üçün kofta 15 manat, 1 ədəd qadın üçün kofta 15 manat, 1 ədəd qadın üçün kofta 20 manat, 1 ədəd qadın üçün ayaqqabı 35 manat, 1 ədəd qadın üçün ayaqqabı 20 manat, 1 ədəd qadın üçün ayaqqabı 25 manat dəyərində qiymətləndirlilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh1 evlənmişlər. Toy zamanı iddiaçıya qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Ailə münasibətləri baş tutmadığından ayrılmışlar. İddiaçı əmlak tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər iddianı qəbul etmirlər. Məhkəmə qeyd edir ki, iddiaçı evdən çıxan zaman özü sərbəst əmlaklarını yığmış və heç bir maneə olmadan valideyinləri ilə evdən çıxmışdır. Yəni iddiaçının özünə məxsus bütün əşyalarını aparmaq imkanı olmuşdur. Yəni evdən mübahisəsis halda için dolu əşyalı çatna ilə çıxmışdır. İddiaçının qızılları həmin çanyata qoyub sərbəst aparmaq imkanı olmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı qızılların qayınana tərəfindən saxlanıldığını bildirsə də, buna dair məhkəməyə sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən geyim əşyalarının mövcudluğuna, iddiaçıya hədiyyə olunmasına və cəvabdehlərə məxsus evdə qalmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «əmlak tələbi və məhkəmə xərcinin cavabdehdən tutulması» tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq, işə obyektiv, qərəzsiz, hərtərəfli, tam baxdıqdan sonra, əldə edilən sübutlara hüquqi qiymət verərək iddiaçının iddia etdiyi tələblər üzrə nəticəyə gələrkən, Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş, bilavasitəlik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «əmlak tələbi və məhkəmə xərcinin cavabdehdən tutulması» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar