Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1013/2025 15.09.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “X1nın ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, X1nın 23 iyun 2025-ci il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, arvadı-X4 1960-cı ildə Kəlbəcər rayonunun Tövlədərə kəndində doğulmuşdur. Onlar 01 mart 1984-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Onların dörd uşaqları doğulmuşdur. Məlum hadisələrlə bağlı Kəlbəcər rayonundan məcburi köçkün düşmüşlər və Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-nun yataqxanasının ətrafında fərdi yaşayış evində məskunlaşmışlar. X1 əsəb xəstəsi idi və bununla bağlı müalicələr alırdı, lakin səhhətində yüngülləşmə olmurdu. X9 23 iyun 2025-ci il tarixdə axşam saatlarında sirkə turşusu içərək intihar etmiş, səhər saatlarında isə onlar onun cansız bədəninin şahidi olmuşlar. Bununla bağlı təcili tibbi yardım çağırmışlar, həkimin rəyinə görə hakimə qədər arvadı artıq ölmüşdü. Hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılmış və 03 iyul 2025-ci il tarixli qərar ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin vaxt ölüm haqqında tibbi məlumat verilsə də başları dəfn işlərinə qarışdığından müddət ötdüyünə görə qeydiyyat şöbəsinə müraciət etməmişdir. O, məcbur olub hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Mərhum arvadı-X2 ölüm sənədini əldə etmək ona çox vacibdir. Qeyd etdiyi faktı məhkəmə iclasına gətirəcəyi şahidlər də təsdiq edə bilərlər. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmasına baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında ərizəsini müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirmişdir ki, səhər oyandıqda arvadının yerində olmadığını görmüş, digər otaqda uzandığını görmüşdür. Bir müddət sonra qızı gəldikdə qışqıraraq anasının öldüyünü demişdir. Yaxınlaşdıqda dərman içərək özünü ödürdüyünü görmüşlər. Ərizəsinin təmin edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid1 (ərizəçinin oğlu) ifadəsində bildirmişdir ki, o, Bakı şəhərində işləyirmiş. Ona zəng edib anasının öldüyünü bildirmişlər. 23 iyun 2025-ci il tarixdə ölüb, 24 iyun 2025-ci il tarixdə dəfn olunmuşdur. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid2 (ərizəçinin qonşusu) ifadəsində bildirmişdir ki, həmin vaxt o qonşluqda işləyirdi, birdən qışqırıq səsləri eşitmiş, həmin ünvana yaxınlaşdıqda Fiqura kimi tanıdığı qadının öldüyünü ona demişlər; 23 iyun 2025-ci il tarixdə ölmüşdür. İş materiallarında olan: Gəncə şəhər prokurorunun köməkçisi, üçüncü dərəcəli hüquqşünas X3 icraatında araşdırılan 267-C-25 saylı material üzrə qəbul etdiyi 03 iyul 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, 1960-cı il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU 6 ətrafı ünvanında yaşamış X4 23 iyun 2025-ci il tarixdə saat 10:34 radələrində xəstəliklə əlaqədar ağrılarına dözə bildmədiyi üçün yaşadığı evin hamam otağında essens məhlulu içərək vəfat etmişdir. Qərarın nəticə hissəsində X2 özünü öldürməsi faktı üzrə cinayət işinin başlanmasının Azərbaynacn Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığından rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 04 iyul 2025-ci il tarixli 200 nömrəli məktubdan görünür ki, Ərizəçi X1nın ölümü haqqında tibbi şəhadətnaməni təqdim etmədiyi üçün ölüm haqqında akt qeydinin tərtib edilməsi imkanları xaricindədir. Ölüm faktının təsdiq edilməsi ilə bağlı vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan: Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının İstisu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Ərizəçi ünvanlanmış 04 iyul 2025-ci il tarixdə verilmiş 82 nömrəli məktubdan görünür ki, onun arvadı mərhumə X4 23 iyun 2025ci il tarixdə Gəncə şəhəri ADAU-6 ətrafında vəfat etmişdir. İş materiallarında olan: Gəncə şəhər Təcili və X5 Stansiyası tərəfindən verilmiş 01 iyul 2025-ci il tarixli, 1467 nömrəli “Məlumat”ın “A4” formatlı kağız daşıyıcıda əks olunmuş fotosurətindən oxunur ki, həqiqətən 23 iyun 2025-ci il tarixdə saat 10:34-də Gülüstan qəsəbəsi ADAU-6 ərazisi ünvanına X4 adına çağırış olmuş, çağırış yerinə gələn Təcili və X5 Stansiyasının həkimi Məmmədova Mahirə xəstəyə “həkimə qədər ölüm” diqanozu qoymuşdur; meyit polis əməkdaşlarına təhvil verilmişdir (həmin fotosurət lazımi qaydada təsdiq edilmədiyindən, məhkəmə həmin fotosurəti sübut olaraq qəbul etmir-hakimin qeydi). Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, ərizəçinin arvadı- 1960-cı ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Tövlədərə kəndində doğulmuş X4 23 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikasının Gəncə şəhərində vəfat etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1ci maddəsinin tələbinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övlladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, həmçinin nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəliklərində) qeydiyyatdan keçirilməlidir. Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinin tələbindən görünür ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 307.2.3-cü və 307.2.8-ci maddələrinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını və müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 315.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan təmin edilməli, 1960-cı ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Tövlədərə kəndində doğulmuş X2 23 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikasının Gəncə şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçinin arvadı- 1960-cı ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Tövlədərə kəndində doğulmuş X2 23 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikasının Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə X2 ölümünün aidiyyəti dövlət orqanında qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1013/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1013/2025
15.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver