Məhkəmə qərarları › İş №2(040)-1014/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1014/2025

23.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1014/2025 23.09.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul borcunun ödənilməsi tələbinə dair” birgə iddiaları üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı birgə iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3000 (üç min) manat məbləğində pulun tutlaraq onlara verilməsi barədə qətnamə qəbul edilməaini xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, onlar cavabdehi uzun müddətdir tanıyırlar; cavabdeh iri və xırdabuynuzlu heyvanların alğı-satqısı ilə məşğul olmuş və həmişə də onlardan heyvanlar almışdır; aldığı heyvanların da pulunu həmişə vaxtlı-vaxtında ödəmişdir. Cavabdeh 2020-ci ilin oktyabr ayında onlara gələrək yenidən heyvan almaq istədiyini bildirmiş, onların də hər birində 3 (üç) baş olmaqla 6 (altı) baş iribuynuzlu heyvanları olmuşdur. Onlar həmin heyvanları cəmi 5000 (beş min) manata razılaşmışlar; cavabdeh malları aparmış və söz vermişdir ki, tezliklə heyvanların pulunu gətirəcək. Cavabdeh malları aparandan sonra bir müddət keçmiş, lakin malların pulunu gətirməmişdir; onlar əlaqə saxlamış, cavabdeh vəd vermişdir ki, tezliklə malların pulunu verəcək. Yenə də cavabdeh onların pulunu verməmiş, bundan sonra onlar dəfələrlə pulu tələb etsələr də, cavabdeh hər dəfə onlara vəd vermiş, lakin pulu verməmişdir. Bundan sonra onlar Goranboy Rayon Polis Şöbəsinə şikayət ərizəsi vermiş, cavabdeh 5000 (beş min) manat borcunun olmasını etiraf etmiş və həmin puldan 2000 (iki min) manatını ödəmiş və yenə də vəd vermişdir ki, qalan 3000 (üç min) manatı ödəyəcəkdir. Polis də cinayət tərkibinin olmamasını əsas gətirərək cinayət işinin baslanmasını rədd etmiş və məhkəmayə müraciət etmələrini tövsiyə etmişdir. Hazırki vaxtda da onlar qalan 3000 (üç min) manatı cavabdehdən ala bilmirlər; cavabdeh hər dəfə vəd verir, lakin ödəniş etmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, iddiaçılara olan 3000 (üç min) manat borcunu ödəyəcəkdir (Bu barədə qısa məzmunlu ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: Goranboy Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin tahqiqatçısı, polis baş leytenantı X2 icraatında olan HK-1/2509 nömrəli material üzrə qəbul etdiyi 05 noyabr 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının surətindən görünür ki, 30 oktyabr 2024-cü il tarixdə icraatına Goranboy Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi, polis baş leytenantı Sabir Musayevin raportu daxil olmuşdur. Həmin raportda 17 oktyabr 2024-cü il tarixdə Goranboy rayon Tapqaraqoyunlu kənd sakini X1 müraciəti əsasında Goranboy rayon Xanqərvənd kənd sakini Cavabdeh övladlarının heyvanlarını alması, lakin 5000 (beş min) manat pulunu verməməsi bildirilmişdir; araşdırma zamanı İddiaçı2 rayon polis şöbəsinə vermiş olduğu izahatında bildirmişdir ki, təxminən dörd il bundan əvvəl Goranboy rayon Xanqərvənd kənd sakini Cavabdeh yaşadığı Tapqaraqoyunlu kəndində yaşadığı evə gələrək ondan üç baş və qardaşı İddiaçı1 üç baş olmaqla, ümumilikdə alrı baş iribuynuzlu heyvan almışdır. Bir neçə dəfə pullarını tələb etsələr də, bu vaxta qədər Cavabdeh etibarlarından sui-istifadə edərək həmin heyvanlar müqabilində verməli olduğu 5000 (beş min) manat pulu nə də heyvanları qaytarmamışdır. Cavabdeh bir neçə şəxsə qeyd olunan qaydada bir neçə şəxslərə pul verməli olduğunu öyrənmişdir. O, heyvanların ya da pulunun qaytarılmasınında ona köməklik göstərilməsini xahiş etmişdir. Araşdırma zamanı İddiaçı1 rayon polis şöbəsinə vermiş olduğu izahatında İddiaçı2 izahatında göstərdiyi xüsusatları təsdiq etmişdir. Araşdırma zamanı Cavabdeh rayon polis şöbəsinə vermiş olduğu izahatında bildirmişdir ki, rəsmi olaraq heç yerdə işləmir, barəsində şikayət edən Goranboy rayon Tapqaraqoyunlu kənd sakinləri Maqsud, İlqar və Şəfiqə Məmmədova adlı şəxsləri 30 ildir ki tanıyır, münasibəti yaxşı olmuşdur. Maqsud və İlqar qardaşdır, Şəfiqə isə onların anasıdır. O mal heyvan alveri ilə məşğul olmuşdur. 2020-ci ilin oktyabr noyabr aylarında o, İlqar və Maqsuddan 25-28 baş iribuynuzlu heyvan almışdır. O həmin heyvanların pulunu razılaşaraq hissə-hissə müxtəlif vaxtlarda ödəmişdir. Lakin hal-hazırda sonunculara 5000 manat borcu qalmışdır. O maddi imkanı zəiflədiyi üçün həmin 5000 (beş min) manat pulu verə bilməmişdir. Maqsud və İlqar ondan pulu son iki il ərzində mütəmadi olaraq istəmişlər. Lakin o 31 iyun 2023-cü il tarixdə Gəncə şəhərində işləyən zaman binadan yıxlaraq xəsarət aldığı üçün iş qabiliyyətini itirmişdir. Buna görə də işləyə bilmədiyindən İlqar və Maqsuda olan 5000 (beş min) manat borcunu verə bilməmişdir. O hazırda evini satdığa qoymasını, ev satılandan sonra həmin 5000 (beş min) manatı verəcəyinə söz verdiyini bildirmişdir. Həmçinin o izahatında İlqar və Maqsuddan 25-28 baş heyvan aldığını, heyvanların pulunu müxtəlif vaxtlarda hissə-hissə ödəsə də, 5000 (beş min) manat hazırda borcu qaldığını, sonunculara olan borcunu nağd şakildə özlərinə verdiyini bildirmişdir. Qərarın nəticə hissəsində: Goranboy Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi, polis baş leytenantı Sabir Musayevin raportu əsasında toplanmış, törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabında 2509 nömrə ilə qeydə alınmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi,X3, İddiaçı2 və İddiaçı1 mülki tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olmasının izah olunması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.1-ci maddəsinə (həmin normanın hüquq münasibətinin yarandığı zaman qüvvədə olan mətninə) əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə (həmin normanın hüquq münasibətinin yarandığı zaman qüvvədə olan mətninə) əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. -740.1-ci maddəsinə (həmin normanın hüquq münasibətinin yarandığı zaman qüvvədə olan mətninə) əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində cavabdehin iddiaçılara 3000 (üç min) manat borclu olduğu təsdiqini tapmışdır, belə ki, cavabdeh iddiaçılara 3000 (üç min) borclu olduğunu etiraf etmişdir. Belə olan halda Cavabdeh 3000 (üç min) məbləğində pul vəsaiti alınaraq birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə 3000 (üç min) manat məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar