Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1109/2025 18.08.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, Maraqlı şəxs- Maraqlı şəxs iştirakı ilə, Ərizəçi X2 “mediasiya prosesində sabiq əri Maraqlı şəxs ilə aralarında bağlanmış barışıq sazişinin uşaqların onun yanında saxlanması və alimentlə bağlı hissələrdə təsdiq edilməsinə dair” xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi X4 Maraqlı şəxs ilə bağlı xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, aralarında bağlanmış 07 sentyabr 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə Maraqlı şəxs ilə 02 aprel 2014-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Rəsmi nikahlarından 20 yanvar 2014-cü ildə X7, 08 iyul 2016-cı ildə X8, 21 noyabr 2020-ci ildə X9, 09 iyul 2024-cü ildə X11 doğulmuşdur. Nikahın pozulması uşaqların himayədə saxlanması, aliment və yaşayış hüququnun verilməsi tələbina dair mediasiya şurasına müraciət etmişlər. Aliment tələbinə dair Maraqlı şəxs ilə qarşılıqlı razılığa gəlmiş, bu səbəbdən barışıq sazişi imzalamışlar. Maraqlı şəxs mediasiya prosesində bağladıqları 07 sentyabr 2024-cü il tarixli barışıq sazişinin şərtlərinə əməl etmir və bu səbəbdən sazişin məhkəmə qaydasında rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi X4 iştirak etdiyi 08 avqust 2025-ci il tarixli məhkəmə iclasında məhkəməyə tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək barışıq sazişinin uşaqların onun yanında saxlanması və alimentlə bağlı hissələrdə təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçi məhkəmə iclasına gəlməmiş, Ərizəçi gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs- Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahatında barışıq sazişinin uşaqların ananın yanında saxlanması və alimentlə bağlı hissələrdə təsdiq edilməsi xahiş etmişdir. İş materiallarında olan: Bərdə Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli 2(021)- 908/2025 saylı qətnaməsi ilə iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “nikahın pozulması” tələbinə dair iddiasının təmin edilməsi, Maraqlı şəxs ilə Ərizəçi arasında Bərdə Rayon Qeydiyyat Şöbəsində 02 aprel 2014-cü il tarixdə 148 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir . İş materiallarında olan: Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi verilmiş 26 may 2025-ci il tarixli AZ-İ № 505270 nömrəli “nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi), Maraqlı şəxs və Ərizəçi nikahı Bərdə Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 26 may 2025-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 26 may 2025-ci il tarixdə 65 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə “Rəhimov”, qadına “Bayramova” soyadları verilmişdir. İş materiallarında olan: Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən 02 aprel 2014-cü il tarixdə verilmiş AZ-İİİ № 261612 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 20 yanvar 2014-cü ildə doğulmuş, atası- Maraqlı şəxs, anası- X3r. İş materiallarında olan: Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən 01 avqust 2016-cı il tarixdə verilmiş AZ-İİİ № 804530 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 08 iyul 2016-cı ildə doğulmuş, atası- Maraqlı şəxs, anası- X3r. İş materiallarında olan: Bərdə regional “ASAN xidmət” Mərkəzi Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən 07 dekabr 2020-ci il tarixdə verilmiş AZ-İV № 529095 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 21 noyabr 2020-ci ildə doğulmuş, atası- Maraqlı şəxs, anası- Ərizəçidır. İş materiallarında olan: Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən 30 iyul 2024-cü il tarixdə verilmiş AZ-V № 013413 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 09 iyul 2024-cü ildə doğulmuş, atası- Maraqlı şəxs, anası- Ərizəçidır. İş materiallarında olan: Bərdə 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator X10 (M-00117) tərəfindən təsdiq edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 07 sentyabr 2024-cü il tarixli MŞB/MT039-2024-01003 nömrəli barışıq sazişinin 2-ci bəndindən görünür ki, tərəflərin birgə nikahlarından olan 20 yanvar 2014-cü ildə doğulmuş X7, 08 iyul 2016-cı ildə doğulmuş X8, 21 noyabr 2020-ci ildə doğulmuş X9, 09 iyul 2024-cü ildə doğulmuş X5 Ərizəçi yanında saxlanması və Maraqlı şəxs tərəfindən övladları X7, X8, X9 və X1 üçün hər ay hər uşağa 50 (əlli) manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Ərizəçi ödənilməsi barədə qarşılıqlı razılıq əldə etmişlər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.7-ci maddəsinə əsasən, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. -26.1-ci maddəsinə əsasən, ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər:26.1.1. nikahın davam etdirilməsi şərtləri;26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası;26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi;26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası;26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. -34.1-ci maddəsinə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. -34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. -355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. -355-26.1-ci maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. -355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iş materiallarında olan, mediasiya prosesində bağlanmış barışıq sazişindən müəyyən olunur ki, tərəflər birgə nikahından 20 yanvar 2014-cü ildə doğulmuş X7, 08 iyul 2016-cı ildə doğulmuş X8, 21 noyabr 2020-ci ildə doğulmuş X9, 09 iyul 2024-cü ildə doğulmuş X5 Ərizəçi yanında saxlanması və Maraqlı şəxs tərəfindən övladları X7, X8, X9 və X1 üçün hər ay hər uşağa 50 (əlli) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Ərizəçi ödənilməsi barədə razılığa gəlmişlər- uşaqların ananın yanında saxlanması və alimentin ödənilməsi ilə bağlı qarşılıqlı razılıq əldə etmişlər. Ərizədən görünür ki, Maraqlı şəxs sazişin tələblərini pozaraq öhdəlikləri könüllü şəkildə icra etməmişdir. Ona görə ərizə təmin edilərək 07 sentyabr 2024-cü il tarixli MŞB/MT039/2024- 01003 nömrəli barışıq sazişinin razılaşma hissəsinin: 2-ci bəndinin “b” yarımbəndi- “tərəflərin birgə nikahından 20 yanvar 2014-cü ildə doğulmuş X7, 08 iyul 2016-cı ildə doğulmuş X8, 21 noyabr 2020-ci ildə doğulmuş X9, 09 iyul 2024-cü ildə doğulmuş X5 anaları Ərizəçi yanında saxlanmaları barədə valideynlər arasında qarşılıqlı razılaşma” və 2-ci bəndinin “c” yarımbəndi- “20 yanvar 2014-cü ildə doğulmuş X7, 08 iyul 2016-cı ildə doğulmuş X8, 21 noyabr 2020-ci ildə doğulmuş X9 09 iyul 2024-cü ildə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 50 (əlli) manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin ata Maraqlı şəxs ana Ərizəçi xeyrinə ödənilməsinə dair qarşılıqlı razılaşma” məcburi icra olunması üçün təsdiq edilməlidir. Hazırki qətnamə əsasında alimentin hesablanması 07 sentyabr 2024-cü il tarixdən-barışıq sazişinin bağlandığı tarixdən hesablanmalıdır. İş üzrə Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsində sadalanmış hallar (barışıq sazişinin və onun bir hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün əsaslar) aşkar edilməmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi X4 ilə Maraqlı şəxs arasında 07 sentyabr 2024-cü il tarixdə Bərdə 1 saylı Mediasiya Təşkilatında bağlanmış “MŞB/MT039/2024-01003” reyestr nömrəli barışıq sazişinin razılaşma hissəsinin: 2-ci bəndinin “b” yarımbəndi- “tərəflərin birgə nikahından 20 yanvar 2014-cü ildə doğulmuş X7, 08 iyul 2016-cı ildə doğulmuş X8, 21 noyabr 2020-ci ildə doğulmuş X9, 09 iyul 2024-cü ildə doğulmuş X5 anaları Ərizəçi yanında saxlanmaları barədə valideynlər arasında qarşılıqlı razılaşma” və 2-ci bəndinin “c” yarımbəndi- “20 yanvar 2014-cü ildə doğulmuş X7, 08 iyul 2016-cı ildə doğulmuş X8, 21 noyabr 2020-ci ildə doğulmuş X9 09 iyul 2024-cü ildə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 50 (əlli) manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin ata Maraqlı şəxs ana Ərizəçi xeyrinə ödənilməsinə dair qarşılıqlı razılaşma” məcburi icra üçün məhkəmə qaydasında təsdiq edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1109/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1109/2025
18.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver