Məhkəmə qərarları › İş №2(040)-1123/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1123/2025

23.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1123/2025 23.12.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “11000 manat pul borcunun ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 11800 (on bir min səkkiz yüz) manat məbləğində pul borcunun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə yaxın münüsibətləri olmuşdur. Cavabdeh "Birlik Kredo" adı altında lombard krediti fəaliyyət ilə məşğuldur; “Birlik Kredo”nun direktoru kimi ondan həmin təşkilata depozit qoymaq məqsədilə borc pul istəmiş, o da razılaşmışdır. 28 dekabr 2023-cü il tarixdə cavabdehə şəxsən 4000 (dörd min) manat pul vermişdir. Cavabdeh həmin pulu depozit adı ilə ondan götürdüyünü bildirmişdir və ona müqaviləyə imza etdirmişdir. Bundan bir neçə ay sonra, o, cavabdehə yenə 3000 (üç min) manat borc vermişdir. Cavabdeh həmin pulu yenə ondan depozit adı ilə almışdır; cavabdeh özünü “Birlik Kredo”nun icraçı direktoru kimi təqdim edərək onunla müqavilə də imzalamışdır. Lakin o, pulları şəxsən cavabdehin özünə vermişdir; cavabdeh pulu ondan borc olaraq alıb. Bu səbəbdən də cavabdehdən borcu tələb edir. 09 oktyabr 2024-cü il tarixdə isə cavbabdehin xahişi ilə “Unibank”dan kredit götürərək ona 4800 (dörd min səkkiz yüz) manat pul vermişdir; o, həmin vaxt "Unibank"'dan 5900 (beş min doqquz yüz) manat pul götürmüş, 1100 (min yüz) manat əvvəlki kreditinin bağlanmasına vermiş, qalan 4800 (dörd min səkkiz yüz) manatı cavabdehə vermişdir. Daha əvvəllər də cavabdehə borc pul vermiş və cavabdeh aldığı borcu geri qaytarmışdır, buna görə də onda cavabdehə qarşı etibar yaranmışdır. Lakin sonradan verdiyi pulları cavabdeh qaytarmamış, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh ona ümumilikdə 11800 (on bir min səkkiz yüz) manat pul verməlidir. Cavabdehlə olan danışıqları əks etdirən səsyazılarda cavabdeh özü də borcunu etiraf edir. Həmin səsyazları olan diski iddia ərizəsinə əlavə edir. Həmin pul məhkəmə qətnaməsi ilə alınıb ona verilməldir. Məcburi köçkün olduğundan dövlət rüsumu ödəməkdən azad edilir. İddiaçı 03 noyabr 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddia ərizəsində onun dövlət rüsumu tələbinin yanlış olduğunu, məcburi köçkün olduğu üçün dövlət rüsumu ödəmədiyini, həmçinin pul tələbini 11000 (on bir min) manata endirdiyini bildirmiş, qeyd etdiklərinin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Kəlbəcər Rayon Məhkəməsinin 03 noyabr 2025-ci il tarixli 2(040)-1123/2025 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh tərəfindən Kəlbəcər Rayon Məhkəməsinin 03 noyabr 2025-ci il tarixli 2(040)-1123/2025 saylı qiyabi qətnaməsinin ləğvinə dair 11 noyabr 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə verilmiş, Kəlbəcər Rayon Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli 2(040)-1123/2025 saylı qərardadı ilə Kəlbəcər Rayon Məhkəməsinin 03 noyabr 2025-ci il tarixli 2(040)-1123/2025 saylı qiyabi qətnaməsi ləğv edilmiş və mülki iş təzələnərək mahiyyəti üzrə baxılması üçün 19 dekabr 2025-ci il tarixə təyin edilmiş və prosessual zərurətlə bağlı olaraq (cavabdehin elektron vəsatəti əsasında) 23 dekabr 2025-ci il tarixə təxirə salınmışdır. 23 dekabr 2025-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan: iddiaçının məhkəməyə təqdim etdiyi elektron daşıyıcıda olan vidogörüntülərdən görünür ki, cavabdeh iddiaçıya pul borcunun olduğunu etiraf edir. İş materiallarında olan: Cavabdeh (borc alan) ilə İddiaçı (borc verən) arasında bağlanmış 28 dekabr 2023-cü il tarixli 00024 nömrəli kredit borc müqaviləsindən (depozit) görünür ki, borc verən borc alana 4000 (dörd min) manat məbləğində pul borc verir. Borc alan borcu 28 dekabr 2023-cü il tarixdən 28 dekabr 2024-cü il tarixinədək (12 ay müddətinə) depozit verənə qaytarmağı öz üzərinə götürür. Borc alan verilən borca (depozitə) uyğun olaraq aylıq 2,5 faiz əlavə faiz ödəməyi öz üzərinə götürür. Borc alan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyırlar. Tərəflərin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydası ilə həll olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin; -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -742.2-ci maddəsinə əsasən, əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Mülki Prosessual Məcəllə): -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci madəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iddiaçı iddiasını müdafiə etmiş və cavabdeh iddiaya qarşı etirazını və əsaslandırılmış dəlillərini məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə araşdırması nəticəsində cavabdehin iddiaçıya 11000 (on bir min) manat borcunun olduğu təsdiq olunmuşdur. Ona görə də, Cavabdeh 11000 (on bir min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 11000 (on bir min) manat məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar