Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1155/2025 07.10.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (yaxın qohumu) Nümayəndə iştirakı ilə, Ərizəçi “X4nun ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, X4nun 19 iyul 2025-ci il tarixdə Kəlbəcər Rayonunun Qamışlı kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, əri-X8 13 mart 1962-ci ildə Kəlbəcər rayonunun Qamışlı kəndində doğulmuşdur. Onlar 22 yanvar 1985-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Onların üç uşaqları doğulmuşdur. Məlum hadisələrlə bağlı Kəlbəcər rayonundan məcburi köçkün düşmüş və Goranboy rayonunun Qaraçinar kəndində məskunlaşmışlar. X4 54 saylı yol-istismarı idarəsində yol ustası vəzifəsində işləyirdi, təqribən iyul ayının əvvəllərində məzuniyyətə çıxdıqdan sonra dincəlmək və doğulub böyüdüyü kəndi görmək üçün Kəlbəcər rayonunun Qamışlı kəndinə gedərək orada çadır qurub bir müddət qalmışdır. 19 iyul 2025-ci il tarixdə baldızının oğlu onlara zəng edərək əri Rəşidin Qamışlı kəndində qayaların üzərində bitən bitkiləri yığan zaman bədbəxt hadisə nəticəsində qayadan yıxılaraq öldüyünü bildirmişdir. Bununla bağlı təcili tibbi yardım çağırılmış, lakin həmin əraziyə təcili tibbi yardım gəlməmiş və ərini orada olan adamlar Gəncə Şəhəri Birləşmiş Xəstəxanasına gətirsələr də, artıq əri Kəlbəcər rayonunun Qamışlı kəndində ölmüşdür. Hadisə ilə bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılmış və 28 iyul 2025-ci il tarixli qərar ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin vaxt başları dəfn işlərinə qarışdığından müddət ötdüyünə görə qeydiyyat şöbəsinə müraciət etməmişdir. O, məcbur olub hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Mərhum əri-X6 ölüm sənədini əldə etmək ona çox vacibdir. Qeyd etdiyi faktı məhkəmə iclasına gətirəcəyi şahidlər də təsdiq edə bilərlər. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmasına baxmayaraq, Ərizəçi və Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Ərizəçi nümayəndəsi vasitəsilə təmsil olunmuş; maqraqlı şəxsin nümayəndəsi iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi nümayəndəsi (övladı) Nümayəndə məhkəmə iclasında verdiyi izahatında ərizəsini müdafiə edərək və ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid1 (ərizəçinin qardaşının oğlu) ifadəsində bildirmişdir ki, 16 iyul 2025-ci il tarixdə Kəlbəcər rayonunun Qamışlı kəndinə getmişdir. Orada bibisinin əri Rəşid Baxışovla birgə səhər saat altı radələrində çiçək yığmaq üçün dağa çıxmışlar. Rəşid Baxışov ondan beş-on metr qabaqda çiçək yığarkən yıxılmış kiçik ağaclara dəyərək dayanmışdır. Həmin ərazi daşlıq deyildi. O, Rəşidə yaxınlaşdıqda Rəşidin ağzından və burnundan qan gəldiyini görmüş, lakin Rəşid ölməmişdi, danışa bilirdi. O, olduqları ərazini tanımadığından telefonla Rəşidin dayısına zəng etmiş, Rəşid ərazini həmin adama izah etmişdir. Rəşid yıxıldıqdan təxminən iki saat sonra Kəlbəcər rayonunun Qamışlı kəndində ölmüşdür. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid2 (Rəşid Baxışovun uzaq qohumudur) ifadəsində bildirmişdir ki, o, Kəlbəcər rayonuna istirahət üçün getmiş, həmin gecə Rəşid onu öz çadırlarına qalmağa dəvət etmiş, o, Rəşidgillə qalmışdır. Ertəsi gün səhər saatlarında Rəşid ona Əzizlə birgə dağa çiçək yığmağa getdiklərini bildirmişdir; o, getməmişdir. Təxminən səhər saat doqquz radələrində Əziz Rəşidin dayısına zəng edərək Rəşidin yıxıldığını bildirmiş, onlar həmin əraziyə getmişlər. Onlar Rəşidi təxminən 500 metr apardıqdan sonra Rəşid dayanmalarını istəmiş, su içmişdir. Dayandıqları ərazi Kəlbəcər rayonunun Qamışlı kəndinin ərazisi olmuşdur. Təxminən bir-iki saat sonra Rəşid ölmüşdür. İş materiallarında olan: Kəlbəcər Rayon Prokurorluğunun müstəntiqi, ikinci dərəcəli hüquqşünas X3 icraatında olan 32C-25 saylı material üzrə qəbul etdiyi 28 iyul 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Kəlbəcər rayonu Qamışlı kənd sakini X8 19 iyul 2025-ci il tarixdə Qamışlı kəndi ərazisində dağlıq ərazidə bitki yığarkən ayağının sürüşməsi nəticəsində yıxılmış və bir müddət sonra almış olduğu xəsarətlərdən ölmüşdür. Qərarın nəticə hissəsində X5 qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış 32C-25 saylı material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan: X1 Qeydiyyat Şöbəsi tərəfindən 22 yanvar 1985-ci il tarixdə verilmiş İİİ-ЖГ № 282377 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi) görünür ki, 13 mart 1962-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qamışlı kəndində doğulmuş X8 ilə xx xxxxxx 1962-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qamışlı kəndində doğulmuş X2 arasında nikah 22 yanvar 1985-ci il tarixdə 02 nömrə ilə qeydə alınmışdır. Nikah balandıqdan sonra kişiyə “Baxışov”, qadına “Baxışova” soyadları verilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının “AA0237411” seriyalı, “3EQP6Q0” fərdi identifikasiya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi) görünür ki, X8 13 mart 1962-ci ildə doğulmuşdur. Azərbaycan Respublikası vətəndaşıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs tərəfindən Nümayəndə ünvanlanmış 08 avqust 2025-ci il tarixli 220 nömrəli məktubdan görünür ki, 13 mart 1962-ci il təvvəllüdlü atası-X5 ölümü haqqında akt qeydi Maraqlı şəxs arxivində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X1 qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. Ölüm faktının təsdiq edilməsi ilə bağlı vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan: Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Qamışlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Ərizəçi 08 avqust 2025-ci il tarixdə verilmiş 138 nömrəli arayışın qeyd hissəsindən görünür ki, Kəlbəcər Rayon Prokurorluğunun verdiyi 2-2-427/**********5 saylı sənədə əsasən X8 19 iyul 2025-ci il tarixdə Kəlbəcər rayonunun Qamışlı kəndi ərazisində bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, ərizəçinin əri- 13 mart 1962-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qamışlı kəndində doğulmuş X5 19 iyul 2025-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qamışlı kəndində vəfat etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1ci maddəsinin tələbinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övlladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, həmçinin nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəliklərində) qeydiyyatdan keçirilməlidir. Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinin tələbindən görünür ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 307.2.3-cü və 307.2.8-ci maddələrinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını və müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 315.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan təmin edilməli, 13 mart 1962-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qamışlı kəndində doğulmuş X5 19 iyul 2025-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qamışlı kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçinin əri- 13 mart 1962-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qamışlı kəndində doğulmuş X5 19 iyul 2025-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qamışlı kəndində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə X5 ölümünün aidiyyəti dövlət orqanında qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1155/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1155/2025
07.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver