Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1252/2025 19.09.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi)Heydərov Turxan İsmixan oğlunun katibliyi, Ərizəçi- Ərizəçi və Maraqlı şəxs- Maraqlı şəxs iştirakları ilə, Ərizəçi ”onunla Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış barışıq sazinin aliment ödənilməsi ilə bağlı hissəsinin təsdiq edilməsinə dair” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Maraqlı şəxs ilə bağlı xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, birgə nikahlarından 30 may 2010-cu ildə doğulmuş X1 üçün hər ay 92 (doxsan iki) manat alimentin ödənilməsinə dair Maraqlı şəxs ilə aralarında bağlanmış 14 iyul 2025-ci il tarixli MŞG/1/2025-000209 saylı barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehlə 2004-cü ildə ailə qurmuş, nikahları 22 iyun 2025-ci il tarixdə Kəlbəcər Rayon Vətəndaş X10 Qeydiyyatı Şöbəsində 146 nömrə ilə rəsmiləşdirilmişdir. Birgə nikahlarından uşaqları-25 sentyabr 2005-ci ildə X7, 25 sentyabr 2006-cı ildə X8 və 30 may 2010-cu ildə X9 doğulmuşlar. Uşaqları Lalə və Sənan yetkinlik yaşına çatmışlar. Cavabdehlə sözləri tutmadığına və xasiyyətləri uyğun gəlmədiyinə görə ayrılmaq qərarına gəlmişdir. Məhkəmədən əvvəl aralarındakı mübahisənin həll edilməsi üçün Göygöl 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. 14 iyul 2025-ci il tarixdə mediasiya prosesində Maraqlı şəxs ilə nikahlarının pozulması, uşaqlarının onun himayəsində saxlanması və aliment tələbi barədə razılığa gəlmişlər və 14 iyul 2025-ci il tarixli MŞG/1/2025-000209 saylı barışıq sazişi bağlamışlar. Barışıq sazişinə əsasən cavabdehlə nikahlarının davam etdirilməsi ilə bağlı razılığa gələ bilmədikləri, birgə nikahlarından doğulmuş- 30 may 2010-cu il təvəllüdlü X3 onun himayəsində qalması və onun saxlanılması üçün Maraqlı şəxs 2025-ci ilin avqust ayından başlayaraq hər ayın əvvəli ona məxsus olan bank kartına 92 (doxsan iki) manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh barışıq sazişinin tələblərini pozaraq, aliment ödəməli olduğu halda, alimenti ödəmir, yəni üzərinə götürdüyü öhdəliyi tam icra etmir. Maraqlı şəxs aylıq aliment ödənişini mediasiya prosesində aralarında bağlanmış barışıq sazişinin tələblərinə uyğun olaraq ödəmədiyindən, barışıq sazişini məhkəmə qaydasında təsdiq etdirmək məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək bildirmişdir ki, Maraqlı şəxs ilə mediasiya prosesində aralarında bağlanmış 14 iyul 2025-ci il tarixli MŞG/1/2025-000209 saylı barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, barışıq sazişi bağlanan zaman zavodda işləyirdi; əmək haqqı alırdı, lakin sonradan Ərizəçi zavoda gələrək davadalaş salmış, buna görə də zavodun rəhbəri onu işdən çıxarmışdır. Hal-hazırda işsizdir; barışıq sazişi təsdiq edilsə belə 92 (doxsan iki) manat məbləğində alimenti ödəyə bilməyəcək. İş materiallarında olan: Kəlbəcər Rayon Vətəndaş X10 Qeydiyyatı Şöbəsi tərəfindən 22 iyun 2005-ci il tarixdə verilmiş AZ-İ № 123911 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi ilə X4 arasında nikah 22 iyun 2005-ci il tarixdə 146 nömrə ilə qeydə alınmış, nikah bağlanıldıqdan sonra ərə “Mehralıyev”, arvada “Mehralıyeva” soyadları verilmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Vətəndaş X10 Qeydiyyatı Şöbəsi tərəfindən 12 oktyabr 2005-ci il tarixdə verilmiş AZ-İ № 663044 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 25 sentyabr 2005-ci ildə doğulmuş, atası- Ərizəçi, anası- Maraqlı şəxsdır. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyatı Şöbəsi tərəfindən 05 dekabr 2006-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 25 sentyabr 2006-cı ildə doğulmuş, atası- Ərizəçi, anası- Maraqlı şəxsdır. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyatı Şöbəsi tərəfindən 08 iyun 2020-ci il tarixdə verilmiş AZ-İİ № 453707 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 30 may 2010-cu ildə doğulmuş, atası- Ərizəçi, anası- Maraqlı şəxsdır. İş materiallarında olan: Göygöl 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator X6 (M-00463) tərəfindən təsdiq edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 14 iyul 2025-ci il tarixli MŞG/1/2025-000209 nömrəli barışıq sazişinin 2-ci bəndindən görünür ki, tərəflər arasında əldə edilmiş qarşılıqlı razılığa əsasən, Maraqlı şəxs övladı 30 may 2010-cu il təvəllüdlü X2 üçün 2025-ci ilin avqust ayından başlayaraq hər ayın əvvəli Ərizəçi məxsus olan bank kartına 92 (doxsan iki) manat aliment ödəyəcək. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.7-ci maddəsinə əsasən, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. -26.1-ci maddəsinə əsasən, ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər:26.1.1. nikahın davam etdirilməsi şərtləri;26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası;26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi;26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası;26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. -34.1-ci maddəsinə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. -34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. -355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. -355-26.1-ci maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. -355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 (dörd yüz) manat müəyyən edilmişdir. -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iş materiallarında olan, mediasiya prosesində bağlanmış barışıq sazişindən müəyyən olunur ki, tərəflər birgə nikahlarından 30 may 2010-cu ildə doğulmuş X2 üçün ana Maraqlı şəxs 92 (doxsan iki) manat aliment məbləğinin tutularaq ata Ərizəçi ödənilməsi barədə razılığa gəlmişlər- alimentin ödənilməsi ilə bağlı qarşılıqlı razılıq əldə etmişlər. Ərizədən görünür ki, Maraqlı şəxs sazişin tələblərini pozaraq öhdəlikləri könüllü şəkildə icra etməmişdir. Ona görə ərizə təmin edilərək 14 iyul 2025-ci il tarixli MŞG/1/2025-000209 nömrəli barışıq sazişi məcburi icra olunması üçün təsdiq edilməlidir. Hazırki qətnamə əsasında alimentin hesablanması 14 iyul 2025-ci il tarixdən - barışıq sazişinin bağlandığı tarixdən hesablanmalıdır. İş üzrə Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsində sadalanmış hallar (barışıq sazişinin və onun bir hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün əsaslar) aşkar edilməmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edisin. Ərizəçi ilə Maraqlı şəxs arasında Göygöl 1 saylı Mediasiya Təşkiatında aparılmış mediasiya prosesi zamanı bağlanmış 14 iyul 2025-ci il tarixli “MŞG/1/2025-000209” nömrəli barışıq sazişi aliment ödənilməsi ilə bağlı hissədə məcburi icra üçün təsdiq edilsin. Tərəflərin birgə nikahından 30 may 2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, 14 iyul 2025-ci il tarixdən hesablanmaqla, hər ay 92 (doxsan iki) manat miqdarında sabit pul məbləğində aliment maraqlı şəxs (ana) Maraqlı şəxs ərizəçi (ata) Ərizəçi xeyrinə tutulsun. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1252/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1252/2025
19.09.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver