Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-127/2025 14.01.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “X2nun ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, X2nun 27 iyul 1990-cı il tarixdə Kəlbəcər rayonunun Abdullauşağı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X2 1935-ci ildə Kəlbəcər rayonunun Abdullauşağı kəndində doğulmuş, anası X8 ilə ailə qurmuşlar, onların birgə nikahından 7 uşaqları doğulmuşdur. X2 27 iyul 1990-cı ildə, anası X8 12 aprel 2005-ci ildə ölmüşdür. Atası böyrək xəstəliyindən əziyyət çəkirdi və bununla bağlı müalicələr alırdı. 27 iyul 1990cı ildə Kəlbəcər rayonunun Abdullauşağı kəndində yaşadığı evdə xəstəliyi səbəbindən vəziyyəti ağırlaşmış, həmin vaxt xəstəxanaya aparsalar da heç bir xeyri olmamış, atası vəfat etmişdir. O dövrdə bütün sənədlər işğal olan ərazidə qaldığına görə Maraqlı şəxsnə ölüm akt qeydinin aparılıb-aparılmaması barədə müraciət etdikdə, bununla bağlı heç bir akt qeydinin olmadığını bildirərək şəhadətnamənin verilməsindən imtina edilmişdir. Qeyd olunan ölüm faktını başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki ərizə üzrə faktın məhkəmə qaydasında müəyyən edilməsi mərhum X2nun ölüm sənədini əldə etmək üçün vacibdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında ərizəsini müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirdi ki, X2 1935-ci ildə Kəlbəcər rayonunun Abdullauşağı kəndində doğulmuş, 27 iyul 1990-cı ildə Kəlbəcər rayonunun Abdullauşağı kəndində vəfat etmişdir. X1 rayonunun Abdullauşağı kənd qəbirstanlığında dəfn edilmiş, müvafiq yas mərasimləri də keçirilmişdir. O dövrdə bütün sənədlər işğal olan ərazidə qaldığına görə Maraqlı şəxsnə ölüm akt qeydinin aparılıb-aparılmaması barədə müraciət etdikdə, bununla bağlı heç bir akt qeydinin olmadığını bildirərək şəhadətnamənin verilməsindən imtina edilmişdir. Qeyd olunan ölüm faktını başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki ərizə üzrə faktın məhkəmə qaydasında müəyyən edilməsi mərhum X2nun ölüm sənədini əldə etmək üçün çox vacibdir. Ərizənin təmin edilməsini, atası - 1935-ci ildə Kəlbəcər rayonunun Abdullauşağı kəndində doğulmuş X3 27 iyul 1990-cı il tarixdə Kəlbəcər rayonunun Abdullauşağı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid2 ifadəsində bildirmişdir ki, o, ərizəçi ilə eyni kənddə yaşamışlar, həmçinin, uzaq qohumdurlar. Ərizəçinin X2 27 iyul 1990-cı il tarixdə yaşadıqları Kəlbəcər rayonunun Abdullauşağı kəndində vəfat etmiş, Kəlbəcər rayonunun Abdullauşağı kənd qəbirstanlığında dəfn edilmişdir. O, dəfn mərasimində iştirak etmişdir. Şahid olaraq, X3 27 iyul 1990-cı il tarixdə Kəlbəcər rayonunun Abdullauşağı kəndində vəfat etməsini və Kəlbəcər rayonunun Abdullauşağı kənd qəbirstanlığında dəfn olunmasını təsdiq edir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid1 Cavanşir qızı ifadəsində bildirmişdir ki, o, ərizəçinin uzaq qohumudur. X7 27 iyul 1990-cı il tarixdə yaşadıqları Kəlbəcər rayonunun Abdullauşağı kəndində vəfat etmiş, Kəlbəcər rayonunun Abdullauşağı kənd qəbirstanlığında dəfn edilmişdir. O, dəfn mərasimində iştirak etmişdir. O, şahid olaraq, X3 27 iyul 1990-cı il tarixdə Kəlbəcər rayonunun Abdullauşağı kəndində vəfat etməsini və Kəlbəcər rayonunun Abdullauşağı kənd qəbirstanlığında dəfn olunmasını təsdiq edir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 30 iyul 2024-cü il tarixli 318 nömrəli məktubdan görünür ki, X3 ölümü haqqında akt qeydi Maraqlı şəxsndə və Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış elektron informasiya sistemi”ndə aşkar edilməmiş, ölüm faktının təsdiq edilməsi ilə bağlı vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan: Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Abdullauşağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 27 noyabr 2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, Kəlbəcər rayonunun Abdullauşağı kəndində məcburi köçkün kimi qeydiyyatda olan Ərizəçi hazırda Mingəçevir şəhəri Limonad zavodunda müvəqqəti məskunlaşıb yaşayır. İş materiallarında olan: Kəlbəcər rayon Abdullauşağı kənd soveti tərəfindən 05 fevral 1979-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi) görünür ki, X5 xx xxxxxx 1979-cu ildə Kəlbəcər rayonunun Abdullauşağı kəndində doğulmuşdur. X2, anası X10 qeyd edilmişdir. İş materiallarında olan: Kəlbəcər rayon VVAQ şöbəsi tərəfindən 07 avqust 2000-ci il tarixdə verilmiş “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiqini tapmışdır-hakimin qeydi) görünür ki, X11 ilə X5 arasında nikah 07 avqust 2000-ci il tarixdə 83 nömrə ilə qeydə alınmışdır. Nikah bağlanıldıqdan sonra ərə “Verdiyev”, arvada “Verdiyeva” soyadları verilmişdir. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, 1935-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Abdullauşağı kəndində doğulmuş X7 27 iyul 1990-cı il tarixdə Kəlbəcər rayonunun Abdullauşağı kəndində vəfat etmiş və Kəlbəcər rayonunun Abdullauşağı kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1ci maddəsinin tələbinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övlladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, həmçinin nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəliklərində) qeydiyyatdan keçirilməlidir. Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinin tələbindən görünür ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 307.2.3-cü və 307.2.8-ci maddələrinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını və müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 315.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan təmin edilməli, 1935-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Abdullauşağı kəndində doğulmuş X3 27 iyul 1990-cı il tarixdə Kəlbəcər rayonunun Abdullauşağı kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 1935-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Abdullauşağı kəndində doğulmuş X4 27 iyul 1990-cı il tarixdə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Abdullauşağı kəndində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə X3 ölümünün aidiyyəti dövlət orqanında qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-127/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-127/2025
14.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver