Məhkəmə qərarları › İş №2(040)-1306/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1306/2025

02.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1306/2025 02.10.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi)Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, Ərizəçi ”onunla Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış barışıq sazinin 4-cü bəndinin məcburi icra üçün təsdiq edilməsinə dair” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Maraqlı şəxs ilə bağlı xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, onunla Maraqlı şəxs arasında 15 mart 2025-ci il tarixində Gəncə şəhəri 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesində bağlanmış barışıq sazişin 4-cü bəndinin “aylıq 200 (iki yüz) manat məbləğində aliment ödəməyi öhdəsinə götürür; aliment hər ayın 30-na qədər, ikinci tərəfin bildirəcəyi bank hesabına nağdsız qaydada ödəməyi öhdəsinə götürür” hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə 05 dekabr 2013-cü il tarixində Gəncə şəhəri Kəpəz Rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuş, həmin nikah, nikahın bağlanması haqqında qeydlər kitabında eyni tarixdə 1145 say ilə qeydə alınmışdır. Bu nikahdan bir övladları-19 sentyabr 2016-ci ildə X4 doğulmuşdur. Qanunvericiliyin tələbinə uyğun olaraq, iddiaçı tərəfindən ilk öncə mediasiyaya müraciət edilmiş və 15 mart 2025-ci il tarixində Gəncə şəhəri 1 saylı Mediasiya təşkilatında tərəflərin, həmçinin iddiaçının nümayəndəsinin və mediatorun iştirakı ilə “Barışıq sazişi” imzalanmışdır. Barışıq sazişinin şərtlərinə görə: “Maraqlı şəxs birgə nikahdan doğulan X3 anası Ərizəçi yanında qalmasına razıdır və uşağın saxlanması üçün 2025-ci ilin aprel ayından başlayaraq hər ayın 30-na qədər Ərizəçi bildirəcəyi bank hesabına aylıg 200 (iki yüz) manat məbləğində alimenti nağdsız qaydada ödəməyi öhdəsinə götürür. Ərizəçi bir ay ərzində qediyyatda olduğu ünvan 1 ünvanından qeydiyyatdan çıxmağı və pul, qızılzinət əşyaları, həmçinin ünvan 2 ünvanında yaşamaq hüququ ilə bağlı gələcəkdə hər hansı iddia irəli sürməyəcəyini öhdəsinə götürmüşdür”. Kəlbəcər Rayon Məhkəməsinin 25 iyun 2025-ci il tarixli 2(040)-635/2025 nömrəli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs ilə cavabdeh Ərizəçi arasında 05 dekabr 2013-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhəri Kəpəz Rayon Qeydiyyat Şöbəsində 1145 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 14 sentyabr 2016-cı ildə doğulmuş X3 nikahın pozulmasından (boşanmadan) sonra anası- cavabdeh Ərizəçi yanında saxlanması qət edilmişdir. Bildirir ki, Maraqlı şəxs digər aylar üzrə aliment öhdəliyini icra etməsinə baxmayaraq, artıq 1 (bir) aydır ki, sazişlə öhdəsinə götürdüyü aliment öhdəliyini könüllü olaraq icra etmir. Hazırda hesab edir ki, barışıq sazişinin uşağın aliment təminatı ilə bağlı 4-cü bəndinin “aylıq 200 (iki yüz) manat məbləğində aliment ödəməyi öhdəsinə götürür. Aliment hər ayın 30-na qədər, ikinci tərəfin bildirəcəyi bank hesabına nağdsız qaydada ödəməyi öhdəsinə götürür” hissəsinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi zəruridir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Gəncə Şəhəri Kəpəz Rayon Qeydiyyat Şöbəsi tərəfindən 05 dekabr 2013-cü il tarixdə verilmiş AZ-İ № 899475 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X1 arasında nikah 05 dekabr 2013-cü il tarixdə 1145 nömrə ilə qeydə alınmışdır. Nikah bağlanıldıqdan sonra ərə “Əmiraslanov”, arvada “Əmiraslanova” soyadları verilmişdir. İş materiallarında olan: Gəncə ASAN Xidmət Qeydiyyat Şöbəsi tərəfindən 19 sentyabr 2016-cı il tarixdə verilmiş AZ-İİİ № 832460 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 14 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş, atası-Maraqlı şəxs, anası-Ərizəçidır. İş materiallarında olan: Gəncə 1 saylı Mediasiya Təşkilatının mediatoru X5 (M-00044) tərəfindən verilmiş 15 mart 2025-ci il tarixli MŞG/00420 saylı “mediasiya prosesinə xitam verilməsi haqqında” protokolun surətindən görünür ki, tərəflər arasında mediasiya prosesinə xitam verilmişdir. İş materiallarında olan: Gəncə 1 saylı Mediasiya Təşkilatının mediatoru X5 (M- 00044) tərəfindən təsdiq edilmiş, Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış 15 mart 2025-ci il tarixli barışıq sazişinin: 2-ci bəndindən görünür ki, Maraqlı şəxs birgə nikahdan doğulan X2 anası Ərizəçi yanında qalmasına razıdır; 4-cü bəndindən görünür ki, Maraqlı şəxs uşağın saxlanması üçün 2025-ci ilin aprel ayından başlayaraq hər ayın 30-na qədər Ərizəçi bildirəcəyi bank hesabına aylıq 200 (iki yüz) manat məbləğində alimenti nağdsız qaydada ödəməyi öhdəsinə götürür. İş materiallarında olan: Gəncə 1 saylı Mediasiya Təşkilatının mediatoru X5 (M- 00044) tərəfindən verilmiş 15 mart 2025-ci il tarixli MŞG/00420 saylı “mediasiya xidmətlərinin göstərilməsi barədə” müqavilənin surətindən görünür ki, mübahisə tərəfləri təsdiq edirlər ki, onlar “Mediasiya xidmətləri üçün haqqın və digər xərclərin ödənilməsinə dair qayda” ilə tanış oldular və bu müqaviləyə əlavə edilmiş mediasiya xərclərini ödəyəcəklər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.7-ci maddəsinə əsasən, barışıq sazişi-tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. -26.1-ci maddəsinə əsasən, ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər:26.1.1. nikahın davam etdirilməsi şərtləri;26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası;26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi;26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası;26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. -34.1-ci maddəsinə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. -34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. -355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. -355-26.1-ci maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. -355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Gəncə 1 saylı Mediasiya Təşkiatında (mediator X6, M-00044) mediasiya prosesində bağlanmış 15 mart 2025-ci il tarixli barışıq sazişindən müəyyən olunur ki, tərəflər birgə nikahından 14 sentyabr 2016-cı ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, 2025-ci ilin aprel ayından başlayaraq 200 (iki yüz) manat miqdarında sabit pul məbləğində aylıq alimentin hər ayın 30-na qədər Ərizəçi bildirəcəyi bank hesabına nağdsız qaydada maraqlı şəxs (ata) Maraqlı şəxs ərizəçi (ana) Ərizəçi xeyrinə ödənilməsi barədə razılığa gəlmişlər- alimentin ödənilməsi ilə bağlı qarşılıqlı razılıq əldə etmişlər. Ərizədən görünür ki, Maraqlı şəxs sazişin tələblərini pozaraq öhdəlikləri könüllü şəkildə icra etməmişdir. Ona görə ərizə təmin edilərək 15 mart 2025-ci il tarixli barışıq sazişinin razılaşma hissəsinin 4-cü bəndi məcburi icra olunması üçün təsdiq edilməlidir. İş üzrə Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsində sadalanmış hallar (barışıq sazişinin və onun bir hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün əsaslar) aşkar edilməmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edisin. Ərizəçi ilə Maraqlı şəxs arasında Gəncə 1 saylı Mediasiya Təşkiatında bağlanmış 15 mart 2025-ci il tarixli barışıq sazişinin razılaşma hissəsinin 4-cü bəndi məcburi icra üçün təsdiq edilsin. Ərizəçi ilə Maraqlı şəxs birgə nikahından 14 sentyabr 2016-cı ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, 01 aprel 2025-ci il tarixdən hesablanmaqla, hər ay 200 (iki yüz) manat miqdarında sabit pul məbləğində aliment maraqlı şəxs- ata Maraqlı şəxs ərizəçi- ana Ərizəçi xeyrinə tutulsun (hər ayın 30-cu günündən gec olmamaqla Ərizəçi müvafiq bank hesabına ödənilməklə). Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar