Məhkəmə qərarları › İş №2(040)-1359/2023

Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №2(040)-1359/2023

30.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(040)-1359/2023 30.11.2023 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Ərizəçi İddiaçı “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair” ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 05 sentyabr 2022-ci il tarixdə Cavabdeh ilə aralarında mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxış iclası 30 noyabr 2023-cü il tarixə təyin edilmişdir. Ərizəçi İddiaçı məhkəməyə ərizə təqdim edərək, ərizə və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi nəzərə alınmalı, ərizəçi İddiaçı “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair” ərizəsi və ona əlavə edilmiş sənədlər Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmadan ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi İddiaçı “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair” ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar