Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1371/2025 09.10.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi)Heydərov Turxan İsmixan oğlunun katibliyi, Ərizəçi- Ərizəçi iştirakı ilə, Ərizəçi “onunla Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış barışıq sazinin təsdiq edilməsinə dair” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Maraqlı şəxs ilə bağlı xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Goranboy 1 saylı Mediasiya Təşkiatında bağlanmış 01 iyul 2025-ci il tarixli MŞG/MT/032-2025-00314 nömrəli barışıq sazişində qeyd edilən bəndlər üzrə barışıq sazişinin təsdiqlənməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 2012-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə 17 iyul 2013-cü ildə X4 adlı uşaqları doğulmuşdur. Maraqlı şəxs ilə birgə yaşamaları mümkün olmadığına görə ayrılmışlar. Goranboy Rayon Məhkəməsinin 06 mart 2017-ci il tarixli qətnaməsinə əsasən nikah qeydləri ləğv olunmuş, azyaşlı uşaqları İslam anasının himayəsinə verilmiş və hər ay sabit pul məbləğində 100 (bir yüz) manat alimentin ondan tutularaq Maraqlı şəxs verilməsi qət edilmişdir. Maraqlı şəxs yenidən ailə qurmuşdur. Ona görə Goranboy Rayon 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş və maraqlı şəxslə öz aralarında razılaşaraq barışıq sazişi imzalamışlar. Barışıq sazişinə görə, Maraqlı şəxs uşaqları- 17 iyul 2013-cü ildə doğulmuş X2 onun himayəsinə verilməsinə razılıq vermişdir. Lakin cavabdeh Maraqlı şəxs barışıq sazişinin 2 və 3-cü bəndinin taləblərini pozur. Yəni üzərinə götürdüyü öhdəliyi tam icra etmir, bəzi vaxtlarda uşağının onun himayəsində olmasına mane olur. Maraqlı şəxs mediyasiya prosessində aralarında bağlanmış barışıq sazişinin tələblərinə əməl etmədiyi üçün barışıq sazişini məhkəmə qaydasında təsdiq etmək məqsədi ilə məhkəməyə müraciət etmək macburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək bildirmişdir ki, barışıq sazişini uşağın onun himayəsində saxlanması hissəsində təmin edilməsini xahiş edir. İş materiallarında olan: Goranboy Rayon İHB-nin Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 25 iyul 2013-cü il tarixdə verilmiş AZ-İİİ № 113636 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 17 iyul 2013-cü ildə doğulmuş, atası- Ərizəçi, anası- X3r. İş materiallarında olan: Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən 25 aprel 2019cu il tarixdə verimiş AZ-İ № 321395 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi X6 ilə olan nikahı ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 10 aprel 2017-ci il tarixdə 38 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra kişiyə “Mamedov”, qadına “Verdiyeva” soyadları verilmişdir. İş materiallarında olan: Goranboy 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator X7 (M-00501) tərəfindən təsdiq edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 01 iyul 2025-ci il tarixli MŞG/MT/032-2025-00314 nömrəli barışıq sazişinin 2-ci bəndindən görünür ki, Maraqlı şəxs Goranboy Rayon Məhkəməsinin 06 mart 2017-ci il tarixli qətnaməsinə əsasən himayəsinə verilmiş övladı-17 iyul 2013-cü ildə doğulmuş X2 atası Ərizəçi himayəsinə verilməsinə razıdır. Ərizəçi 17 iyul 2013-cü ildə doğulmuş X1 üçün ana Maraqlı şəxs aliment tələb etmir və gələcəkdə də aliment tələb etməyəcəyini öhdəsinə götürür. Maraqlı şəxs 01 iyul 2025-ci il tarixdə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək alimentdən imtina edəcəyini öz öhdəsinə götürür. Ərizəçi 17 iyul 2013-cü ildə doğulmuş X2 anası və bacısı Dadaşova Məryəmlə vhatsapp vasitəsilə görüntülü olaraq danışıb ünsiyyətdə olmasına şərait yaradacağını öz öhdəsinə götürür. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.7-ci maddəsinə əsasən, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. -26.1-ci maddəsinə əsasən, ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər:26.1.1. nikahın davam etdirilməsi şərtləri;26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası;26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi;26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası;26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. -34.1-ci maddəsinə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. -34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. -355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. -355-26.1-ci maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. -355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarının 1-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 (dörd yüz) manat müəyyən edilmişdir. -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, ərizə qismən qanuni və əsaslı olduğundan, qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan, mediasiya prosesində bağlanmış barışıq sazişindən müəyyən olunur ki, tərəflər birgə nikahlarından 17 iyul 2013-cü ildə doğulmuş və Goranboy Rayon Məhkəməsinin 06 mart 2017-ci il tarixli qətnaməsi ilə anası Maraqlı şəxs himayəsinə verilmiş X2 atası-Ərizəçi himayəsinə verilməsi barədə razılığa gəlmişləruşağın atasının himayəsinə verilməsi ilə bağlı qarşılıqlı razılıq əldə etmişlər. Ərizədən görünür ki, Maraqlı şəxs sazişin tələblərini pozaraq öhdəlikləri könüllü şəkildə icra etməmişdir. Ona görə ərizə qismən təmin edilərək Goranboy 1 saylı Mediasiya Təşkiatında bağlanmış 01 iyul 2025-ci il tarixli MŞG/MT/032-2025-00314 nömrəli barışıq sazişinin razılaşma hissəsinin 2-ci bəndi məcburi icra olunması üçün təsdiq edilməlidir. Ərizə qalan hissədə- barışıq sazişinin 2-ci bəndinin “Ərizəçi 17 iyul 2013-cü ildə doğulmuş X1 üçün ana Maraqlı şəxs aliment tələb etmir və gələcəkdə də aliment tələb etməyəcəyini öhdəsinə götürür; Maraqlı şəxs 01 iyul 2025-ci il tarixdə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək alimentdən imtina edəcəyini öz öhdəsinə götürür; Ərizəçi 17 iyul 2013-cü ildə doğulmuş X2 anası və bacısı Dadaşova Məryəmlə “Vhatsapp” vasitəsilə görüntülü olaraq danışıb ünsiyyətdə olmasına şərait yaradacağını öz öhdəsinə götürür” hissəsində təmin edilməməlidir. Belə ki, Goranboy 1 saylı Mediasiya Təşkiatında bağlanmış 01 iyul 2025-ci il tarixli MŞG/MT/032-2025-00314 nömrəli barışıq sazişinin razılaşma hissəsinin digər bəndlərinin məcburi icra üçün təsdiq edilməsi tələbindən ərizəçi tərəfindən məhkəmə iclasında imtina edilmişdir. İş üzrə Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsində sadalanmış hallar (barışıq sazişinin və onun bir hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün əsaslar) aşkar edilməmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə qanuni qüvəyə mindikdən sonra icra edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə qismən təmin edisin. Ərizəçi ilə Maraqlı şəxs arasında Goranboy 1 saylı Mediasiya Təşkilatında bağlanmış 01 iyul 2025-ci il tarixli MŞG/MT/032-2025-00314 nömrəli barışıq sazişinin razılaşma hissəsinin 2-ci bəndi məcburi icra üçün təsdiq edilsin. Ərizəçi ilə Maraqlı şəxs birgə nikahından 17 iyul 2013-cü ildə doğulmuş və Goranboy Rayon Məhkəməsinin 06 mart 2017-ci il tarixli qətnaməsi ilə anası Maraqlı şəxs himayəsinə verilmiş X4 atası- Ərizəçi himayəsinə verilsin. Ərizə qalan hissədə təmin edilməsin, Goranboy 1 saylı Mediasiya Təşkiatında bağlanmış 01 iyul 2025-ci il tarixli MŞG/MT/032-2025-00314 nömrəli barışıq sazişinin razılaşma hissəsinin digər bəndlərinin məcburi icra üçün təsdiq edilməsindən imtina edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1371/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1371/2025
09.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver