Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1433/2025 16.12.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “övladı X2 ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 08 fevral 1993-cü ildə ildə doğulmuş mərhum oğlu X2 04 aprel 1996-cı il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, əri X8 ilə 10 fevral 1989-cu ildə rəsmi nikaha daxil olmuşlar. Bu nikahdan 08 fevral 1993-cü ildə doğulmuş övladı X5 04 aprel 1996-cı ildə Goranboy rayonunun Əlirzalı kəndində yaşadıqları evin həyətində su hovuzuna düşərək ölmüş və Goranboy rayonunun Xan Qərvənd kəndində dəfn edilmişdir. O, mərhum övladının ölüm haqqında şəhadətnamənin alınması üçün Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, lakin həmin dövrdə rayon ərazisində hərbi əməliyyatların intensivliyi səbəbindən müvafiq sənədi ala bilməmişdir. Müvafiq arayış olmadığına görə, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qardaşı Şahid1 və digər qardaşının arvadı Şahid2 Tapdıq qızı yuxarıda göstərilən hadisələrin hal şahidləridir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında ərizəsini müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirmişdir ki, X5 08 fevral 1993-cü ildə doğulmuş, 04 aprel 1996-cı ildə Goranboy rayonunun Əlirzalı kəndində yaşadıqları evin həyətində su hovuzuna düşərək ölmüş və Goranboy rayonunun Xan Qərvənd kəndindəki qəbristanlıqda dəfn edilmişdir. Odur ki, ərizəsinin təmin edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid1 (ərizəçinin qardaşı) ifadəsində bildirmişdir ki, bacısı Baharın 1993-cü ildə doğulmuş Şirzad adlı uşağı 04 aprel 1996-cı ildə Goranboy rayonunun Əlirzalar kəndində su hovuzuna düşərək ölmüş, Goranboy rayonunun Xan Qərvənd kəndindəki qəbristanlıqda dəfn edilmişdir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid2 (ərizəçinin digər qardaşının arvadı) ifadəsində bildirmişdir ki, ərizəçinin 08 fevral 1993-cü ildə doğulmuş Şirzad adlı övladı 04 aprel 1996-cı il tarixdə su quyusuna düşərək ölmüşdür. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs1 tərəfindən Ərizəçi ünvanlanmış 18 avqust 2025-ci il tarixli 3-16-5/8-15-287/2025 nömrəli məktubun surətindən görünür ki, onun övladları 10 sentyabr 1991-ci ildə doğulmuş X2 və 08 fevral 1993-cü ildə doğulmuş X2 ölümləri haqqında akt qeydinin şöbənin arxivində və Ədliyyə Nazirliyi “X3”nın “X1 Sistemi”ndə aşkar edilmədiyi bildirilmiş, həmin sənədin əldə edilməsi mümkün olmadığı halda ölüm faktının təsdiq edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs1 tərəfindən 11 avqust 2025-ci il tarixdə verilmiş 05/09/S/093825-25 nömrəli arayışın surətindən görünür ki, “X3” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X6 aid 11 avqust 2025-ci ilədək daxil edilmiş bütün X3 üzrə yoxlama aparılmış və qeyd olunan ailə üzvlərinə dair məlumatlar aşkar edilmişdir: arvadı-xx xxxx 1970-ci ildə doğulmuş Ərizəçi; oğlu-08 oktyabr 1989-cu ildə doğulmuş X9; oğlu-10 sentyabr 1991-ci ildə doğulmuş X5; 08 fevral 1993-cü ildə doğulmuş X5; oğlu-15 noyabr 1998-ci ildə doğulmuş X7. İş materiallarında olan: Maraqlı şəxs1 tərəfindən 18 avqust 2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, X5 08 fevral 1993-cü ildə Kəlbəcər rayonunun Çaykənd kəndində doğulmuş, atası X8, anası Ərizəçidır. İş materiallarında olan: Kəlbəcər rayonu Çaykənd kənd soveti tərəfindən verilmiş 10 fevral 1989-cu il tarixli İV-ЖГ № 393757 nömrəli “Nikahın bağlanması haqqında Şəhadətnamə”nin surətindən görünür ki, X8 ilə X4 nikahı 10 fevral 1989-cu il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə “Bayramov”, arvada “Bayramova” soyadları verilmişdir. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, ərizəçinin övladı- 08 fevral 1993-cü ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çaykənd kəndində doğulmuş X5 04 aprel 1996-cı ildə Azərbaycan Respublikasının Goranboy rayonunun Əlirzalı kəndində ölmüşdür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1ci maddəsinin tələbinə əsasən, X3nın qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övlladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, həmçinin nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəliklərində) qeydiyyatdan keçirilməlidir. Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X3nın dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinin tələbindən görünür ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3nın dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 307.2.3-cü və 307.2.8-ci maddələrinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını və müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 315.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən X3nın qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan təmin edilməli, 08 fevral 1993-cü ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çaykənd kəndində doğulmuş X2 04 aprel 1996-cı ildə Azərbaycan Respublikasının Goranboy rayonunun Əlirzalı kəndində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçinin övladı- 08 fevral 1993-cü ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çaykənd kəndində doğulmuş X2 04 aprel 1996-cı ildə Azərbaycan Respublikasının Goranboy rayonunun Əlirzalı kəndində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə X2 ölümünün aidiyyəti dövlət orqanında qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1433/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1433/2025
16.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver