Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(040)-1435/2025 01.12.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi (əri) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əsassız əldə olunmuş pul vəsaitinin qaytarılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əsassız əldə etdiyi 5940 (beş min doqquz yüz qırx) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə hazırlıq iclası 01 dekabr 2025-ci il tarixə təyin edilmişdir. İddiaçı 01 dekabr 2025-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında məhkəməyə ərizə təqdim edərək, Cavabdeh nümayəndəsi (əri) Nümayəndə ilə borcun hissə-hissə ödənilməsi barədə qarşılıqlı razılığa gəldiklərini bildirmiş, iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi (yaxın qohumu) Nümayəndə məhkəmə iclasında işin mahiyyəti üzrə həll olunmasını tələb etməmiş, iddianı qəbul edərək 5940 (beş min doqquz yüz qırx) manat pulu hissə-hissə qaytaracağını, iddia ərizəsinin baxılmadan geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir (bu barədə yazılı ərizəsini də məhkəməyə təqdim etmişdir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçının hazırki ərizəsi nəzərə alınmalı, İddiaçı Cavabdeh qarşı “əsassız əldə olunmuş pul vəsaitinin qaytarılması tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən baxılmadan geri (iddiaçıya) qaytarılmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı “əsassız əldə olunmuş pul vəsaitinin qaytarılması tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmadan geri qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə (elektron formada) Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1435/2025
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №2(040)-1435/2025
01.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver