Məhkəmə qərarları › İş №2(040)-146/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-146/2025

11.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-146/2025 11.02.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı-İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4000 (dörd min) manat pulun və ödənilmiş 60 manat dövlət rüsumunun alınıb İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh pensiya düzəltmək adı ilə İddiaçı aldadıb ondan 5000 manat pul almışdır. Ərizəyə əlavə edilmiş Ağdam Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 1(013)-38/2024 saylı hökmünə əsasən, İddiaçı və digərlərini pensiya düzəltmək adı ilə aldadaraq pulunu ələ keçirdiyi üçün 2 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh məhkəmə iclasında İddiaçı 5000 manat aldığını etiraf etmiş və həmin puldan 1000 manatını məhkəmə prosesi zamanı geri qaytarmışdır. Qalan 4000 manat pulun isə pensiyasından tutulmasını xahiş etmişdir. Bütün bunları nəzərə alıb Cavabdeh 4000 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə hazırlıq iclası 08 yanvar 2025-ci il tarixdə keçirilmiş, məhkəmə baxış iclası 11 fevral 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh işə düzəltmək adı ilə onu aldadıb ondan 5000 manat pul almışdır. Ağdam Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 1(013)-38/2024 saylı hökmü ilə cavabdehin ona qarşı etdiyi dələduzluq əməli öz təsdiqini tapmışdır. Cavabdeh ondan aldığı 5000 (beş min) manatdan 1000 (min) manatını məhkəmə prosesi zamanı qaytarmışdır. Qalan 4000 (dörd min) manatı isə bugünə qədər qaytarmamışdır. Ona görə də, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarında olan: Ağdam Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 1(013)-38/2024 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Cavabdeh ev dustaqlığında olduğu 3 ay 4 gün müddət və tutulduğu 2 gün müddətin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla 6 ay 12 gün müddət ona təyin edilmiş ümumi cəza müddətindən çıxılmış və üzərinə qəti olaraq 2 (iki) il (iki) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökmdə qeyd edilmişdir ki, Cavabdeh etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ünvan 1 ünvanında yaşayan İddiaçı pensiya düzəldəcəyi barədə yalan vəd verib aldadaraq 2022ci ilin noyabr ayında cinayətdən xəbərsiz N.İmanovanın yaşadığı Ağdam rayon Zəngişalı kəndində yerləşən fərdi yaşayış evində İddiaçı 3000 manat, daha sonra cinayət əməlinin davamı olaraq vahid niyyətlə xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri, Nizami küçəsi 4-də yerləşən “Qədiroğlu” adlı marketdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə istifadəsində olan "xxxx" ASC-yə aid **********936755 nömrəli plastik karta 2000 manat mədaxil etdirməklə, ümumilikdə 5000 manat məbləğində pulunu alıb ələ keçirməklə İddiaçı maddi ziyan vuraraq dələduzluq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. -1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 82-ci maddəsinin başlığı “Sübut etməkdən azad olmaq üçün əsaslar” adlanır. 82.4-cü maddədə qeyd edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iddia tələbi iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. Belə olan halda, Cavabdeh 4000 (dörd min) manat məbləğində ziyanın əvəzi alınaraq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyinə görə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilən 60 (altmış) manat dövlət rüsumunun pul əvəzi də cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 4000 (dörd min) manat pul və iddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun pul əvəzi, cəmi 4060 (dörd min altmış) manat məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar