Məhkəmə qərarları › İş №2(040)-1504/2025

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1504/2025

06.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1504/2025 06.01.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “övladı X3 ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 03 aprel 1987-ci ildə doğulmuş övladı X3 Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun mərhum əri X4 ilə rəsmi nikahlarından beş övladları doğulmuşdur. Həmin övladlarından biri-03 aprel 1987-ci ildə doğulmuş X5 21 aprel 1996-cı il tarixdə 9 yaşında, azyaşlı vaxtında xəstəliyi ilə əlaqədar Gəncə şəhəri Gülüstan qəsəbəsi “Kəlbəcər qərargahı” olaraq tanınan ərazidə, yəni AKTA-6 da vəfat etmişdir. Həmin vaxtı azyaşlı olduğuna və məcburi köçkünlük ərəfəsində olduqlarına görə övladına doğum haqqında şəhadətnamə almamış və onun doğum qeydini qeydiyyat şöbəsində üzrlü səbəbdən qeydiyyata aldırmamışlar. Hal-hazırda isə müəyən sənədləşdirmə işlərində doğum haqqında qeydi olduğuna və ölüm haqqında qeydi olmadığına görə onlara müəyyən süni problemlər yaranmışdır. X1 03 aprel 1987-ci ildə doğulmasına dair arayış almış, bunu ərizəyə əlavə etmişdir. Ölüm aktının qeydə alınması ilə bağlı qeydiyyat orqanından imtina cavabı vermişlər və həmin imtina cavabını da bu ərizəsinə əlavə etmişdir. Məcburiyyət qarşısında qalaraq, o, ölüm aktının, yəni 21 aprel 1996-cı il tarixdə X5 adlı övladının ölməsinə dair ölüm faktının müəyyən olunması və bu barədə qeydin aparılmasına dair Kəlbacər Rayon Məhkəməsinə ərizə verməli olmuşdur. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, Maraqlı şəxs2 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında ərizəsini müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirmişdir ki, qızı X5 03 aprel 1987-ci ildə doğulmuş və doğuşdan xəstə olmuşdur. Övladı Ahu 21 aprel 1996-cı ildə Gəncə şəhərində ölmüş, Xanlar (indiki Göygöl) rayonunda dəfn olunmuşdur. Odur ki, ərizəsinin təmin edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid2 Yunis qızı (ərizəçinin qaynının arvadı) ifadəsində bildirmişdir ki, Ərizəçi 1987-ci ildə Ahu adında qızı doğulmuş, 1996-cı ilin 21 aprel tarixində Gəncə şəhərində ölmüş, Xanlar (indiki Göygöl) rayonunda dəfn olunmuşdur. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid1 (ərizəçinin qaynının arvadı) digər Şahid2 Yunis qızı ilə mahiyyətcə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan: Maraqlı şəxs2 tərəfindən verilmiş 31 oktyabr 2025-ci il tarixli 233 nömrəli arayışdan görünür ki, X5 03 aprel 1987-ci ildə Kəlbəcər rayonunda doğulmuşdur; atası- X4, anası- Ərizəçidır; bu barədə 04 aprel 1987-ci ildə Maraqlı şəxs2ndə 76 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan: 2 saylı Gəncə Regional “ASAN xidmət” X6 tərəfindən 21 oktyabr 2025-ci il tarixdə verilmiş AZ-İİ №535435 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 (ərizəçinin əri) 13 oktyabr 2025-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyindən Gəncə şəhəri Gülüstan qəsəbəsində ölmüşdür; bu barədə ölüm haqqında akt qeydləri kitabında 15 oktyabr 2025-ci il tarixdə 275 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan: Maraqlı şəxs2 tərəfindən Ərizəçi ünvanlanmış 30 oktyabr 2025-ci il tarixli 258 nömrəli məktubdan görünür ki, X1 ölümü Maraqlı şəxs2ndə və Ədliyyə Nazirliyi Vətəndaşlıq X2 İnformasiya sistemində aşkar edilməmişdir; ona X3 ölüm faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, ərizəçinin övladı- 03 aprel 1987-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda doğulmuş X5 21 aprel 1996-cı ildə Azərbaycan Respublikasının Gəncə şəhərində ölmüşdür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1ci maddəsinin tələbinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övlladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, həmçinin nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəliklərində) qeydiyyatdan keçirilməlidir. Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinin tələbindən görünür ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 307.2.3-cü və 307.2.8-ci maddələrinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını və müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 315.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq X2ı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan təmin edilməli, 03 aprel 1987-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda doğulmuş X3 21 aprel 1996-cı ildə Azərbaycan Respublikasının Gəncə şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçinin övladı- 03 aprel 1987-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda doğulmuş X3 21 aprel 1996-cı ildə Azərbaycan Respublikasının Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə X3 ölümünün aidiyyəti dövlət orqanında qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar