Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-1528/2025 23.02.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı Cavabdeh qarşı “9000 manat məbləğdə pul borcunun qaytarılması tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona borclu olduğu 9000 (doqquz min) manat pulun alınaraq ona verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun qonşusudur. Təxminən 2023cü ildə Cavabdeh ondan hissə-hissə olmaqla, ümumilikdə 9000 (doqquz min) manat məbləğində pulu nağd şəkildə borc almışdır. Lakin Cavabdeh onun etibarından sui-istifadə edərək vədinə əməl etməmişdir. Cavabdehin onu aldatdığını hiss etdikdən sonra cavabdehə verdiyi pulu dəfələrlə geri tələb etsə də, cavabdeh həmin 9000 (doqquz min) manatdan bir manat da olsa geri qaytarmamış və müxtəlif bəhanələrlə ödəniş etməkdən boyun qaçırmışdır. Dəfələrlə cavabdehə borcunu ödəməsini tələb etsə də, cavabdeh onu ələ salır, telefon zənglərinə cavab vermir. Bununla bağlı Daxili İşlər Nazirliyinin Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsinə müraciat etmişdir. Cavabdeh 12-ci Polis Şöbəsinə gələrək öz izahatında ona 9000 (doqquz min) manat borclu olduğunu etiraf etmişdir. Lakin oradan ona işin mülki iş olduğu üçün məhkəməyə işin müraciət etməli olduğunu bildirmişlər. Yuxarıda göstərdiyi səbəblərdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq bildirir ki, 06 noyabr 2025-ci il tarixində cavabdehə pretenziya məktubu göndərmiş, lakin cavabdeh pretenziya məktubuna cavab verməmişdir. Cavabdeh 22 dekabr 2025-ci il tarixdə məhkəməyə iddiaya qarşı yazılı etiraz təqdim edərək iddiaçı tərəfindən ona qarşı verilən iddia tələbinin 9000 (doqquz min) manat hissəsində rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən ona qarşı verilən 9000 (doqquz min) manat tələbinə dair iddia tələbləri əsassızdır. İddiaçı müxtəlif vaxtlarda və müxtəlif vətəndaşlara, o cümlədən onun yaxın qohumlarına faizə pul veribdir. Onun keçmiş əri X4 da iddiaçı faizə pul vermişdir və onun Rafiqə 2500 (iki min beş yüz) manata yaxın faiz borcu yaranmışdır. Bundan başqa, onun vəfat etmiş anası X5 da iddiaçı faizə pul vermiş və 2000 (iki min) manata yaxın faiz borcu qalmışdır. Təxminən 2025-ci ilin sentyabr ayının axırlarında onu 12-ci X8 adlı təhqiqatçı çağırmışdır; o, polisə getmiş və orada Kənan adlı təhqiqatçı ona təzyiqlər göstərməyə başlamışdır. O, bildirmişdir ki, o qadər pul almamışdır, lakin onu üç-dörd saat polis bölməsində saxladıqdan sonra onu məcbur etmişlər və o, iddiaçıya 9000 (doqquz min) manat borcu olduğunu yazılıı bildirmişdir. Lakin əslində onun cəmi 4500 (dörd min beş yüz) manat faiz borcu qalmışdır. Beləliklə, İddiaçı X2 2500 (iki min beş yüz) manat faiz borcu, onun vəfat etmiş anası X3 2000 (iki min) manat faiz borcu və onun özünün 4500 (dörd min beş yüz) manat faiz borcu yaranmışdır. Cavabdeh 27 yanvar 2026-cı il tarixdə məhkəmənin elektron poçt ünvanına ərizə göndərərk bildirmişdir ki, İddiaçı onun müxtəlif qohumlarına, keçmiş ərinə kartla faizə pul verib, 2400 (iki min dörd yüz) manatı ödəmək öhdəliyi onun üzərində qalıb. Onun İddiaçı 9000 (doqquz min) manat deyil, cəmi 4500 (dörd min beş yüz) manat borcu vardır. Cavabdeh 21 fevral 2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək, İddiaçı tərəfindən ona qarşı verilən 9000 (doqquz min) manat tələbinə dair iddia tələbinin əsassız olduğunu, X2 ***-***-**-** “Vhatsapp” nömrəsindən olan yazısında “Mən Rafiqdən 3000 pul faizə götürmüşəm, beş ildir ki faiz verirəm, beş ildir ki ödəyirəm, hələ deyir ki, 2400 manat faiz pulu qalıb, ona görə də onun faizini verməmişəm” qeyd olunduğunu, İddiaçı tərəfindən ondan və keçmiş əri X1 tələb edilən pulların hamısının onun tərəfindən hesablanmış faiz pulları olduğunu bildirmiş, İddiaçı tərəfindən ona qarşı verilən iddia tələbinin 9000 (doqquz min) manat hissəsində rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə baxışı iclasına gəlməmiş, İddiaçı 27 yanvar 2026-cı il tarixdə məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı iştirak etdiyi 22 dekabr 2025-ci il tarixli və 27 yanvar 2026-cı il tarixli məhkəmə iclaslarında iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdehlə Bakı şəhərində qonşudurlar. Cavabdehin anasının xəstəliyi ilə əlaqədar müxtəlif vaxtlarda-2023-cü ildən 2024-cü ilədək üç dəfə hissə-hissə olmaqla ümumilikdə 9000 (doqquz min) manat pul vermişdir. Anası rəhmətə getdikdən sonra cavabdeh pulu ödəməmişdir. Belə ki, əri cavabdehə ona olan borcunu ödəmək üçün pul vermiş, cavabdeh həmin pulu ona verməmiş, bir hissəsini bacılarına vermiş, bir hissəsini isə özünə götürmüşdür. Cavabdehə polis şöbəsində ona 9000 (doqquz min) manat borcu olduğunu etiraf etmişdir; cavabdehə heç bir təzyiq göstərilməmişdir. Hazırki vəziyyətdə cavabdehin ona 4500 (dörd min beş yüz) manat ödəməsinə razıdır. Cavabdeh iştirak etdiyi 22 dekabr 2025-ci il tarixli məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, o, Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsində təhqiqatçıya verdiyi izahatında İddiaçı 9000 (doqquz min) manat borcu olduğunu bildirsə də, əslində onun Rafiqə 4500 (dörd min beş yüz) manat borcu vardır; polis şöbəsində 9000 (doqquz min) manat borcunun olduğunu bildirməsinə səbəb Kənan adlı polis əməkdaşının onu üç-dörd saat şöbədə saxlaması və ona təzyiq göstərməsi olmuşdur. 4500 (dörd min beş yüz) manat borcdan 700 (yeddi yüz) manat hissəsi anasının iddiaçıya olan borcudur. Həmçinin, onun keçmiş əri iddiaçı ilə danışmış, daha sonra onu pulu götürmək üçün iddiaçının yanına göndərmişdir. O, əri üçün iddiaçıdan 2500 (iki min beş yüz) manat pul götürmüşdür. O, iddiaçıya olan 4500 (dörd min beş yüz) manat borcunu hissə-hissə ödəyəcəkdir (bu barədə qısa məzmunlu ərizəsini də məhkəməyə təqdim etmişdir). -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.1-ci maddəsinin mübahisəli münasibətinin yarandığı zaman qüvvədə olmuş mətninə əsasən, Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.1-ci maddəsinə (hal-hazırda qüvvədə olan mətninə) əsasən, borc müqaviləsinə görə, bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia qismən- 4500 (dörd min beş yüz) manat pul tələbinə dair hissədə qanuni və əsaslı olduğundan, qismən- 4500 (dörd min beş yüz) manat pul tələbinə dair hissədə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində, o cümlədən tərəflərin izahatları ilə cavabdehin iddiaçıya 4500 (dörd min beş yüz) manat borclu olduğu təsdiqini tapmış, eyni zamanda cavabdeh iddiaçıya 4500 (dörd min beş yüz) manat borclu olduğunu etiraf etmişdir. Belə olan halda Cavabdeh 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə- 4500 (dörd min beş yüz) manat pul tələbinə dair hissədə əsassız olduğundan, yəni həmin hissədə sübutlarla təsdiq olunmadığından, həmin hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 4500 AZN (dörd min beş yüz manat) məbləğdə pul vəsaiti tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-1528/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-1528/2025
23.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver