Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-234/2025 25.02.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (övladı) Nümayəndə Musa oğlunun iştirakı ilə, Ərizəçi ”qardaşı X6 ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, qardaşı X6 1993-cü ilin 29 mart tarixində erməni silahlıları tərəfindən öldürülməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (ərizəçinin nümayəndəsinin dəqiqləşdirmə ərizəsi də nəzərə alınmaqla). Ərizə onunla əsaslandırılmışdır ki, 28 mart 1993-cü il tarixdə Kəlbəcər rayonu işğal olunarkən qardaşı X2 qalmış və ermənilər tərəfindən öldürülmüşdür. Belə ki, qardaşı 18 aprel 1952-ci ildə Kəlbəcər rayonunun Xallanlı kəndində doğulmuş, anadangəlmə lal, kar, özünü idarə edə bilməyən yataq xəstəsi olmuşdur; valideynləri qoca və yaşlı olduqlarından, xəstə qardaşı Musaya ərizəçinin arvadı X4 baxmışdır. 1993-cü ildə Kəlbəcər rayonu işğal ediləndə qardaşı yaşadıqları kənddə qalmış, gətirilməsi mümkün olmamış, erməni silahlıları tərəfindən öldürülmüşdür. O, əvvəllər ümid edirdi ki, erməni silahlıları nə qədər qəddar olsalar da, qardaşı Musanın lal, kar, birinci qrup əlil olmaqla yataq xəstəsi olması səbəbindən onu öldürməzlər, Azərbaycan tərəfinə təhvil verərlər, lakin belə olmadı. Qardaşı Musanın adına 21 aprel 1952-ci ildə XVİ-JQ № 344783 nömrəli doğum haqqında şəhadətnamə verilib və həmin şahadətnamə hal-hazırda onda qalmışdır; keçmiş SSRİ-nin pasportunu alsa da, pasportu işğal olunmuş ərazidə qalmışdır. Qardaşı Musanın şəhid olması barədə Kəlbəcər Rayon İcra Hakimiyyətinin arayışı da vardır. Qardaşı Musaya ölüm şəhadətnaməsinin alınması üçün Maraqlı şəxs2nə müraciət etmiş, lakin yazılı imtina almışdır. Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 22 yanvar 2025-ci il tarixdə keçirilmiş və məhkəmə baxışı iclası 25 fevral 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxslər Maraqlı şəxs2 və Kəlbəcər Rayon Məhkəməsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər; maraqlı şəxslər ərizəyə qarşı yazılı münasibətlərini də məhkəməyə bildirməmişlər. Məhkəmə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan işin baxılmasını mümkün hesab etmişdir. Ərizəçi nümayəndəsi (övladı) Nümayəndə Musa oğlu məhkəmə baxışı iclasında ərizəni müdafiə edərək və ərizənin dəlillərinə uyğun izahat verərək ərizəçinin qardaşı X6 18 aprel 1952-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Xallanlı kəndində doğulduğunu və anadangəlmə lal, kar, özünü idarə edə bilməyən yataq xəstəsi olduğunu, Musanın subay olduğunu və valideynləri qoca və yaşlı olduqlarından, Musaya o zaman ərizəçinin arvadı X3 baxdığını, 28 mart 1993-cü il tarixdə Kəlbəcər rayonu işğal olunurkən ərizəçinin qardaşı X6 yaşadıqları Kəlbəcər rayonunun Xallanlı kəndində qaldığını və ermənilər tərəfindən öldürüldüyünü; Musanın adına 21 aprel 1952-ci ildə XVİ-JQ № 344783 nömrəli doğum haqqında şəhadətnamə verildiyini və həmin şahadətnamənin halhazırda ərizəçidə qaldığını, Musa keçmiş SSRİ-nin pasportunu da alsa da, pasportun işğal olunmuş ərazidə qaldığını, ərizəçinin qardaşı Musanın şəhid olması barədə Kəlbəcər Rayon İcra Hakimiyyətinin arayışının da olduğunu, Musaya ölüm şəhadətnaməsinin alınması üçün Maraqlı şəxs2nə müraciət edildiyini və yazılı imtina alındığını, ərizəçinin qardaşının ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmiş, ərizəçinin qardaşı-18 aprel 1952-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Xallanlı kəndində doğulmuş X6 29 mart 1993-cü ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Xallanlı kəndində erməni silahlılarının odlu silahdan açılan atəşləri nəticəsində ölməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Şahid2 məhkəmədə verdiyi ifadəsində Kəlbəcər rayonu Başlıbel kənd sakini və məcburi köçkün olduğunu, Kəlbəcər rayonunun işğalı dövründə özünün Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Başlıbel kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işlədiyini, Kəlbəcər rayonu Başlıbel kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Xallanlı kənd sakini X1 yaxşı tanıdığını: Musanın 1952-ci ildə Xallanlı kəndində doğulduğunu və anadangəlmə ruhi xəstə və birinci qrup əlil olduğunu, ailə qurmadığını və şəxsə qardaşı Ərizəçi və İsanın arvadı X4 tərəfindən baxılaraq qulluq edildiyini, 1993-cü ildə mart ayının 28-dən başlayaraq Kəlbəcər rayonu ərazisi işğal olunduğu zaman X6 Xallanlı kəndində qaldığını və 29 mart 1993-cü il tarixdə ermənilər tərəfindən öldürüldüyünü- o, 29 mart 1993-cü il tarixdə öz kəndlərindən gələrək Xallanlı kəndindən keçərkən Musanın öz evlərinin qarşısında yolun qırağında hərəkətsiz uzandığını kənardan gördüyünü və yaxına getməyə imkanın olmadığını, o cümlədən Musanın bədəni üzərində yarasının olduğunu görmək imkanında olmadığını, bununla belə, Musanın ermənilər tərəfindən odlu silahla güllənənərək öldürülməsinə şübhəsinin qalmadığını bildirmişdir. Şahid X10 məhkəmədə verdiyi ifadəsində özünün Kəlbəcər rayonu Başlıbel kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Alırzalar kənd sakini və məcburi köçkün olduğunu, Kəlbəcər rayonu Başlıbel kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Xallanlı kənd sakini X1 yaxşı tanıdığını: Musanın 1952-ci ildə Xallanlı kəndində doğulduğunu və anadangəlmə ruhi xəstə və birinci qrup əlil olduğunu, ailə qurmadığını və şəxsə qardaşı Ərizəçi və İsanın arvadı X4 tərəfindən baxılaraq qulluq edildiyini, 1993-cü ildə mart ayının 28-dən başlayaraq Kəlbəcər rayonu ərazisi işğal olunduğu zaman X6 Xallanlı kəndində qaldığını və 29 mart 1993-cü il tarixdə ermənilər tərəfindən öldürüldüyünü- o, 29 mart 1993-cü il tarixdə öz kəndlərindən gələrək Xallanlı kəndindən keçərkən Musanın öz evlərinin qarşısında ölmüş vəziyyətdə yolun qırağında uzandığını və Musanın bədəni üzərində beş-altı güllə yarasının olduğunu lap yaxından gördüyünü bildirmişdir. Məhkəmə icraatında tədqiq edilmiş sənədlər: -Azərbaycan Respublikası Kəlbəcər rayon Başlıbel kənd sovetliyi tərəfindən 02 iyun 1992-ci ildə təkrar verilmiş XVİ-ЖГ № nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X11 18 aprel 1952-ci ildə Azərbaycan Respublikası Kəlbəcər rayonunun Xallanlı kəndində doğulmuş, atası-X8, anası- X5r; bu barədə 21 aprel 1952-ci ildə 19 nömrəli qeyd aparılmışdır. -Azərbaycan Respublikası Kəlbəcər rayon VVAQ bürosu tərəfindən 30 iyul 1966-cı ildə verilmiş АЗ № ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi 02 avqust 1947-ci ildə Azərbaycan Respublikası Kəlbəcər rayonunun Xallanlı kəndində doğulmuş, atası-X8, anası- X5r; bu barədə 02 avqust 1947-ci ildə 12 nömrəli qeyd aparılmışdır. -Kəlbəcər Rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkil şöbəsinin müdiri Tural Oruczadə tərəfindən Ərizəçi verilmiş 18 noyabr 2024-cü il tarixli 1269 nömrəli arayışda qeyd olunur ki, qardaşı X11 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı şəhid olmuşdur (mülki şəhid); X6 adı Kəlbəcər Rayon İcra Hakimiyyətində mülki şəhidlərin adlı siyahısındadır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs2 tərəfindən ərizəçi X9 ünvanlanmış 27 noyabr 2024-cü il tarixli 538 nömrəli məktubda qardaşı X6 ölümü haqqında akt qeydinin Maraqlı şəxs2ndə və Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı informasiya sistemi”ndə aşkar edilmədiyi qeyd edilmiş, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. -Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Başlıbel kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 fevral 2025-ci il tarixli A-60 nömrəli arayışda Ərizəçi 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı mülki şəhid olmuş qardaşı X6 nikahda olub-olmaması barədə Kəlbəcər rayonu Başlıbel kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində heç bir məlumatın olmadığı göstərilmişdir. -Akt: 1) Kəlbəcər rayonu Başlıbel kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Alırzalar kənd sakini X10, 2) Kəlbəcər rayonu Başlıbel kənd sakini Şahid2 və 3) Kəlbəcər rayonu Başlıbel kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Xallanlı kənd sakini Ərizəçi (ərizəçi) tərəfindən 12 fevral 2025-ci il tarixdə tərtib edilməklə imzalanmış (imzaların həqiqiliyi Kəlbəcər rayonu Başlıbel kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmişdir) aktda Kəlbəcər rayonu Başlıbel kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Xallanlı kənd sakini X6 1952-ci ildə Xallanlı kəndində doğulduğu və anadangəlmə ruhi xəstə və birinci qrup əlil olduğu, ailə qurmadığı və şəxsə qardaşı Ərizəçi və İsanın arvadı X4 tərəfindən baxılaraq qulluq edildiyi, 1993-cü ildə mart ayının 28-dən başlayaraq Kəlbəcər rayonu ərazisi işğal olunduğu vaxt X6 Xallanlı kəndində qaldığı və 29 mart 1993-cü il tarixdə ermənilər tərəfindən öldürüldüyü, bu faktları imzaları ilə təsdiq etdikləri bildirilir. Tətbiq edilməli olan hüquq normaları: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: -158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir; -193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Mülki Prosessual Məcəllə): -305.1 və 305.1.1-ci maddələrindən görünür ki, məhkəmə xüsusi icraat qaydasında o cümlədən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; -307.1, 307.2 və 307.2.8-ci maddələrindən görünür ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir; -308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; -82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur (o cümlədən Kəlbəcər rayonunun 1993-cü ilin mart-aprel aylarında işğal etməsi hamıya bəlli olan haldır və sübuta ehtiyacı yoxdurhakimin qeydi); -87.2-ci maddəsinə əsasən, məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir; -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; -217.1- 217.4-cü maddələrindən görünür ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla təsdiq edilir ki, ərizəçinin qardaşı-18 aprel 1952-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Xallanlı kəndində doğulmuş X11 29 mart 1993-cü ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Xallanlı kəndində erməni silahlılarının odlu silahdan açdıqları atəşlər nəticəsində güllə yarasından ölmüşdür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, ərizəçinin qardaşı-18 aprel 1952-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Xallanlı kəndində doğulmuş X6 29 mart 1993-cü il tarixdə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Xallanlı kəndində erməni silahlılarının odlu silahdan açdıqları atəşləri nəticəsində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, qətetdi: Ərizə təmin edilsin. Ərizəçinin qardaşı-18 aprel 1952-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Xallanlı kəndində doğulmuş X6 29 mart 1993-cü ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Xallanlı kəndində erməni silahlılarının odlu silahdan açılan atəşləri nəticəsində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə X6 ölümünün aidiyyəti dövlət orqanında qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-234/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-234/2025
25.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver