Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-245/2025 12.03.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “3100 (üç min bir yüz) manat məbləğdə pul borcu və 300 (üç yüz) manat vəkil xərcinin pul əvəzi, cəmi 3400 (üç min dörd yüz) manat məbləğdə pul vəsaitinin ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona borclu olduğu 3100 (üç min yüz) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, hal-hazırda Gəncə şəhəri, Gülüstan qəsəbəsi ADAU-nun 6 saylı yataqxanasında yaşayır, özü Kəlbəcər rayonundan məcburi köçkündür. Cavabdeh tanıyır, cavabdeh onlarla bir yerdə məcburi köçkünlərin yerləşdiyi keçmiş qərargah adlanan inzibati binada yaşayır. Cavabdeh 13 oktyabr 2022-ci il tarixdə ona bildirmişdir ki, ona borc pul lazımdır və ondan 3000 min manat bir və 100 manat bir olmaqla borc pul istəmişdir. O da 3000 (üç min) manat pulu verəndə cavabdehə qəbzə imza etdirmiş və ona 3000 (üç min) manat borc pul vermişdir və 100 manat da əlavə olaraq anasından alıb ona borc pul vermişdir, cavabdeh ona bildirmişdir ki, bir-iki ayın içində həmin pulu qaytaracaqdır. O da cavabdehə inanmışdır. Ancaq cavabdeh uzun müddətdir ki, ondan borc pul almasına baxmayaraq, aldığı borc pulu geri qaytarmır və ona hər dəfə müxtəlif bəhanələr gətirməklə pulu istədikdə verməkdən imtina edir. O, məcburiyyət qarşısında qalaraq, Kəlbəcər Rayon Məhkəməsində cavabdehdə qarşı pul tələbinə dair iddia qaldırmalı olmuşdur. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə 11 fevral 2025-ci il tarixdə iddia tələbinin artırılmasına dair məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində göstərilən iddia tələbinin tam həcmdə təmin edilməsini və əlavə olaraq vəkil xidmət haqqı üçün ödənilən 300 (üç yüz) manat pulun da cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, İddiaçı Cavabdeh borc olaraq 3100 (üç min yüz) manat pul vermişdir. İddiaçı 3000 (üç min) manat pulu verəndə cavabdehə qəbzə imza etdirmiş və ona 3000 (üç min) manat borc pul vermişdir və 100 manat da əlavə olaraq anasından alıb ona borc pul vermişdir. Cavabdeh ona olan borcundan heç bir məbləğ qaytarmamışdır. Cavabdehin özü də iddiaçıya pul borclu olduğunu etiraf edir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçıdan həqiqətən borca 3000 (üç min) manat pul götürmüşdür. İddiaçıya olan 3000 (üç min) manat borcunu imkanı olduqca hissə-hissə ödəyəcəkdir. Əlavə 100 (yüz) manat borc tələbini qəbul etmir. Belə ki, 100 (yüz) manat pulu iddiaçının anasından almış və anasına da qaytarmışdır. Həmçinin, 300 (üç yüz) manat vəkil xidmət haqqının əvəzi tələbini də qəbul etmir. İddianın qismən təmin edilməsini xahiş edir (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: Cavabdeh tərəfindən 13 oktyabr 2022-ci il tarixdə yazılmış qəbzdən görünür ki, “Cavabdeh İddiaçı 3000 (üç min) manat borca pul almış, borcunu xx.xx.2022-ci il tarixədək bankdan pul götürüb qaytaracağını qeyd etmişdir” (Cavabdeh həmin qəbzi özünün yazmasını məhkəmə iclasında təsdiq etmişdir- hakimin qeydi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən - 3000 (üç min) manat pul borcu və 300 (üç yüz) manat vəkil xərcinin pul əvəzi tələbinə dair hissədə qanuni və əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin ona 3100 (üç min yüz) manat pul borclu olduğunu bildirsə də, cavabdeh iddiaçıya 3000 (üç min) manat borclu olduğunu etiraf etmiş, cavabdehin iddiaçıya 3000 (üç min) manat pul borcunun olması məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmışdır. Belə olan halda, Cavabdeh 3000 (üç min) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Bundan başqa, iddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə ödənilmiş 300 (üç yüz) manat xərcin pul əvəzi də cavabdehdən alınıb iddiaçıya verilməlidir. İddia qalan hissədə - 100 (yüz) manat pul tələbinə dair hissədə əsassız olduğundan-yəni həmin hissədə iddia sübutlarla təsdiq olunmadığından və həmin hissədə etiraf olunmadığından, təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 3000 (üç min) manat məbləğdə pul borcu və 300 (üç yüz) manat vəkil xərcinin pul əvəzi, cəmi 3300 (üç min üç yüz) manat məbləğdə pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-245/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-245/2025
12.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver