Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-253/2024 31.01.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair” ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Maraqlı şəxs ilə bağlı xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 20 may 2019-cu ildə doğulmuş X1 üçün 50 (əlli) manat alimentin ödənilməsinə dair Maraqlı şəxs ilə aralarında 20 dekabr 2022-ci il tarixdə mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahlarından 03 dekabr 2009-cu il tarixdə X12 və 15 dekabr 2010-cu ildə X9 adlı uşaqları doğulmuşdur. Maraqlı şəxs oglu ilə birgə yaşamaları mümkün olmadığından Kəlbəcər Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli 2(040)- 221/2018 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Ayrıldıqdan bir müddət sonra ailəsi ilə münasibətləri normallaşmış və barışmışlar. Faktiki nikahlarından 20 may 2019-cu ildə X13 adlı daha bir uşaqları doğulmuşdur. Sonradan Maraqlı şəxs ailəsinə diqqət və qayğı göstərməmişdir. Bu səbəbdən aliment tələbi ilə bağlı mübahisənin həll edilməsi üçün mediasiya təşkilatına müraciət etmişdir. 20 dekabr 2022-ci il tarixdə mediasiya prosesində Maraqlı şəxs ilə bir sıra məsələlər barəsində razılığa gəlmişlər. Barışıq sazişinə əsasən Maraqlı şəxs övladları X1 üçün hər ay 50 (əlli) manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh Əfəndiyev X3 tələblərini pozaraq, hər ay 50 (əlli) manat aliment ödəməli olduğu halda, alimenti ödəmir, yəni üzərinə götürdüyü öhdəliyi tam icra etmir. Maraqlı şəxs aylıq aliment ödənişini mediasiya prosesində aralarında bağlanmış barışıq sazişinin tələblərinə uyğun olaraq ödəmədiyindən, barışıq sazişini məhkəmə qaydasında təsdiq etdirmək məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək bildirmişdir ki, Maraqlı şəxs aliment tələb etmək üçün qanunvericiliyin tələbinə görə Gəncə 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. O və Maraqlı şəxs 20 dekabr 2022-ci il tarixdə mediasiya prosesində iştirak etmişlər. Onlar övladları X10 təyin olunacaq alimentin miqdarı barədə ümumi razılığa gəlmişlər. Maraqlı şəxs övladları 20 may 2019-cu il təvəllüdlü X1 üçün 50 (əlli) manat aliment ödəməyi öhdəsinə götürmüşdür və onlar bu barədə 20 dekabr 2022-ci il tarixli MŞG/1-06580 saylı barışıq sazişi bağlamışlar. Lakin cavabdeh Əfəndiyev X3 tələblərini pozaraq demək olar ki, alimenti ödəmir. Ona görə də 20 dekabr 2022-ci il tarixdə Maraqlı şəxs ilə aralarında mediasiya prosesində bağlanmış MŞG/1-06580 saylı barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Ərizəçi ilə aralarında bağlanmış 20 dekabr 2022-ci il tarixli barışıq sazişini alimentlə bağlı hissədə qəbul edir. Övladına görə ayda 50 (əlli) manat aliment ödəməyə razıdır. Barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir. İş materiallarında olan: Gəncə “ASAN xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən 22 iyul 2019-cu il tarixdə verilmiş AZ-İV № 310232 nömrəli doğum haqqında şəhadətnamənin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmiş, əsli ilə düz olması təsdiq edilmişdir- hakimin qeydi) görünür ki, X13 20 may 2019-cu ildə doğulmuş, atası- Maraqlı şəxs, anası- Ərizəçidır. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli 2(040)-221/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, iddiaçı X5 ilə cavabdeh Maraqlı şəxs arasında 02 may 2009-cu il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının Bayan inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən 6 nömrə ilə qeydə alınmaqla bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından 03 dekabr 2009-cu il tarixdə doğulmuş X12 və 15 dekabr 2010-cu ildə doğulmuş X6 anaları- iddiaçı X4 yanında saxlanılması, tərəflərin birgə nikahından 03 dekabr 2009-cu il tarixdə doğulmuş X12 və 15 dekabr 2010-cu ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Maraqlı şəxs hər ay hər uşağa 50 (əlli) manat olmaqla, iki uşağa görə cəmi 100 (yüz) manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X4 xeyrinə verilməsi qət edilmişdir. İş materiallarında olan: Gəncə 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator X14 tərəfindən təsdiq edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 20 dekabr 2022-ci il tarixli MŞG/1-06580 nömrəli barışıq sazişinin 2-ci bəndindən görünür ki, Maraqlı şəxs uşaqları – X12, X9 və X7 analarının yanında qalmasına, onların yaşadıqları evin içində qalmasına, ata Maraqlı şəxs uşaqları ilə daim görüşməsinə, telefonla danışmasına, övladı X1 üçün 50 (əlli) manat alimentin Ərizəçi ödənilməsi barədə qarşılıqlı razılıq əldə etmişlər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.7-ci maddəsinə əsasən, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. -26.1-ci maddəsinə əsasən, ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər:26.1.1. nikahın davam etdirilməsi şərtləri;26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası;26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi;26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası;26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. -34.1-ci maddəsinə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. -34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. -355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. -355-26.1-ci maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. -355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iş materiallarında olan, mediasiya prosesində bağlanmış barışıq sazişindən müəyyən olunur ki, tərəflər birgə münasibətlərindən 20 may 2019-cu ildə doğulmuş X2 üçün ata Maraqlı şəxs hər ay 50 (əlli) manat aliment məbləğinin tutularaq ana Ərizəçi ödənilməsi barədə razılığa gəlmişlər- alimentin ödənilməsi ilə bağlı qarşılıqlı razılıq əldə etmişlər. Ərizədən görünür ki, Maraqlı şəxs sazişin tələblərini pozaraq öhdəlikləri könüllü şəkildə icra etməmişdir. Ona görə ərizə təmin edilərək 20 dekabr 2022-ci il tarixli MŞG/1-06580 nömrəli barışıq sazişi məcburi icra olunması üçün təsdiq edilməlidir. Hazırki qətnamə əsasında alimentin hesablanması 20 dekabr 2022-ci il tarixdən-barışıq sazişinin bağlandığı tarixdən hesablanmalıdır. İş üzrə Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsində sadalanmış hallar (barışıq sazişinin və onun bir hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün əsaslar) aşkar edilməmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış 20 dekabr 2022-ci il tarixli MŞG/1-06580 nömrəli barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilsin. 20 dekabr 2022-ci il tarixdən hesablanmaqla, 20 may 2019-cu ildə doğulmuş X2 üçün hər ay 50 (əlli) manat sabit pul məbləğində aylıq aliment Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sisteminə elektron qaydada daxil etmək yolu ilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-253/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-253/2024
31.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver