Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(040)-254/2024 31.01.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi “mediasiya prosesində bağlanmış barışıq sazişinin məcburi icra edilməsinə dair” ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi maraqlı şəxs X2 qarşı xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Maraqlı şəxs barışıq sazişi əsasında ödəmədiyi 360 manat aliment borcunun tutulması, ondan 14 may 2009-cu il təvəllüdlü X3 və 30 may 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində hər birinə 60 manat olmaqla, cəmi 120 manat alimentin, mediasiya xərci olaraq ödədiyi 55 manatın və iddia ərizəsinin tərtibi üçün ödədiyi 50 manat xidmət haqqının alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxış iclası 31 yanvar 2024-cü il tarixə təyin edilmişdir. Ərizəçi məhkəməyə ərizə təqdim edərək, ərizə və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi nəzərə alınmalı, Ərizəçi “mediasiya prosesində bağlanmış barışıq sazişinin məcburi icra edilməsinə dair” ərizəsi və ona əlavə edilmiş sənədlər Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmadan ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi “mediasiya prosesində bağlanmış barışıq sazişinin məcburi icra edilməsinə dair” ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-254/2024
Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №2(040)-254/2024
31.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver