Məhkəmə qərarları › İş №2(040)-261/2024

Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-261/2024

02.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-261/2024 02.04.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “14000 (on dörd min) manat pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 14000 (on dörd min) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, qızı Pərişan Zamanova 2018-ci ilin yayında ailə qurmuş, o da, həm onların həm də özlərinin yaşaması üçün ev axtarışına başlamışdır. Elə həmin ərəfələrdə həmyerlisi Cavabdeh Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbədə özünün yaşadığı 2 nömrəli ünvanda yerləşən 2 otaqlı mənzilini satdığını öyrənmiş və arvadı ilə birgə həmin mənzili almaq məqsədi ilə Cavabdeh yaşadığı mənzilə gedərək 14000 (on dörd min) manat məbləğində pulu sayaraq Cavabdeh vermişdir. Cavabdeh qarşılığında evin sənədi qismində kirayə müqaviləsini ona verərək sözügedən evi qızının adına rəsmiləşdirməyi və evi onların istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Bu məqsədlə Gəncə "ASAN xidmət” mərkəzinə getmişlər və Cavabdeh orada belə bir ərizə verdi ki, guya mənzil qızının adına sənədləşəcək. Lakin, sonradan öyrənmişdir ki, əslində həmin ərizə Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə verilməli imiş. Cavabdeh belə bir ərizənin, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə veriləcəyi təqdirdə həmin qurum tərəfindən evin satıla bilməyəcəyinin bildirilməsindən ehtiyat etdiyindən, dırnaq arası sənədləşməni Gəncə "ASAN xidmət” Mərkəzində həyata keçirmişdir (həmin ərizənin surəti əlavə edilir.) X5 Əliyevin uğurlu siyasəti nəticəsində torpaqlar qayıtdıqdan sonra məcburi köçkünlərin öz yurdlarına qaytarılması mərhələsi başladıqdan sonra Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Gəncə Şəhəri Mənzil Kommunal İstismar Sahəsi tərəfindən onlara məlumat verildi ki, artıq evləri boşaltmalısız, həmin evlər şəhid ailələrinə və Qarabağ qazilərinə veriləcəkdir. Onlar da qarşılığında qaytarılmış əzəli torpaqlardan onlara mənzil verilməsini tələb etdikdə, onlar bildirmişlər ki, yaşadıqları ev adlarına olmadığından onlara ev verilməyəcəkdir. O həmin an başa düşmüşdür ki, aldadılmışdır. Hüquqlarının müdafiəsi üçün müxtəlif orqanlara müraciət etsə də, sonda ona 27 dekabr 2023-cü il tarixli "cinayət işinin rədd edilməsi" barədə qərar verilmiş və məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Həmin qərarda Cavabdeh aldığı pulu etiraf etmiş, lakin anlaşılmayan bəhanələr gətirmişdir ki, guya evi onlara kirayəyə vermişdir. Odur ki, məcbur qalıb hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini, 14000 (on dörd min) manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iştirak etdiyi 27 fevral 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbədə 2 nömrəli binada yerləşən 54 nömrəli mənzil ona məxsusdur. Qızı xəstələndiyindən bina evində yaşaya bilmirdi, onun anasıgil məhlə evində yaşadığından qızı oraya getmiş və sonra vəfat etmişdir. Qızı vəfat edəndən sonra o, Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbədə yerləşən evində yaşaya bilməmiş və qərara gəlmişdir ki, həmin evdən çıxsın. İddiaçı bundan xəbər tutmuş və ona bildirmişdir ki, həmin evi almaq istəyir. O, İlqarla razılaşmış və 2018-ci ilin iyun ayında həmin mənzili 14000 (on dörd min) manata İlqara təhvil vermişdir. Onların hər ikisi də bilirdi ki, həmin evi satmaq və ya kiminsə adına rəsmiləşdirmək olmaz. O, həmin mənzili kirayə olaraq vermişdir və neçə illərdir ki, İddiaçı qızı həmin mənzildə kirayəçi kimi yaşayır. Hazırda 14000 (on dörd min) manatı qaytarmağa imkanı yoxdur (bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir). İş materiallarında olan: 03 aprel 2014-cü il tarixli 2/54 nömrəli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nin surətindən görünür ki, kirayəyə verən Dövlətqaçqınkomun MİD 2 nömrəli evdə 54 nömrəli mənzildə yerləşən 65 kvadratmetrdən ibarət ikiotaqlı yaşayış sahəsinin haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün kirayəçi Cavabdeh sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüş, kirayəçinin ailə üzvləri qismində qızı X2 və oğlu X3 qeyd olunmuşdur. İş materiallarında olan: Kəlbəcər Rayon Polis Şöbəsinin İstintaq qrupunun polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş, 27 dekabr 2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın məzmunundan görünür ki, Cavabdeh Gəncə şəhər 1500 ailəlik yaşayış massivində yerləşən 2 saylı binanın 54 saylı mənzilini hər hansı rəsmiləşdirmə olmadan 14000 (on dörd min) manata İddiaçı satması, hazırda İddiaçı qızı Pərişan Zamanovanın həmin mənzildə yaşaması məlum olduğundan və toplanmış materialda cinayət tərkibinin olmaması müəyyən edildiyindən material üzrə cinayət işinin başlanması rədd edilmiş, tərəflərə tələblərinin mülki xarakterli olması səbəbindən məhkəmədə mülki iddia qaldırmaq hüququ izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1 - bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2 - əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. -1092.2-ci maddəsinə görə, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (bundan sonra: “Mənzil Məcəlləsi”) 96-cı maddəsinə əsasən, məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Mənzil Məcəlləsinin 99.1-ci maddəsinə görə, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Cavabdeh hüquqi əsas olmadan İddiaçı hesabına 14000 (on dörd min) manat varlanmışdır. Odur ki, iddiaçı cavabdehdən hüquqi əsas olmadan əldə etdiklərini geri qaytarmağı tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara və mülki iş üzrə faktiki hallara qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdehdən 14000 (on dörd min) manat məbləğində pul vəsaiti alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 14000 (on dörd min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar