Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-283/2025 25.02.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi”mərhum ərinin atası X3 ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, mərhum qaytanası X3 26 avqust 1988-ci il tarixdə baş vermiş zəlzələ zamanı Ermənistan Respublikasının Quqark rayonunun Hallavar kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 13 mart 1998-ci il tarixdə X10 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar; birga nikahılarından övladları doğulmuşdur. Onlar ailə qurduqdan sonra 2024-cü ilin sentyabr ayına qədər ər-arvad kimi birgə yaşamışlar. X16 01 sentyabr 2024-cü il tarixdə ürək tutmasından vəfat etmişdir. X16 vəfat etdikdən sonra miras olaraq Göygöl rayonunun Çaykənd kəndində 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən yaşayış evi qalmışdır. O, hazırda mərhum ərinin birinci növbədən olan vərəsəsi olaraq qeyd olunan miras əmlaka vərəsəlik işinin açılması və vərəsəlik şəhadətnaməsi verilməsi üçün notariat orqanına müraciət etmiş, ondan mərhum ərinin doğum haqqında şəhadətnaməsi və ərinin atası X3 ölüm haqqında şəhadətnaməsi tələb olunmuş, həmin sənədləri təqdim edə bilmədiyinə görə notariat orqanı tərəfindən vərəsəlik işinin açılmasından imtina edilmişdir. Mərhum qaynatası (ərinin atasi) X8 26 avqust 1988-ci il tarixdə baş vermiş zəlzələ zamanı Ermənistanın Quqark rayonunun Hallavar kəndində vəfat etmiş və mərhumun adına ölüm şəhadətnaməsi alınmamışdır. Ona görə də mərhum qaynatası Əli Məmmədova ölüm haqqında şəhadətnamə alınması üçün əvvəlcə ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş maraqlı şəxslər Kəlbəcər və Göygöl rayonları qeydiyat şöbələrinin nümayəndələri məhkəməyə gəlməmiş, məhkəmə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında ərizəsini müdafiə edərək və ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid1 ifadəsində özünün 1957-ci ildə Ermənistanın Quqark rayonunun Hallavar kəndində doğulduğunu və ərizəçinin mərhum əri və qananası ilə həmkəndli olduqlarını, 1988-ci ilin dekabr ayında Ermənistandan Azərbaycana qaçqın düşdüklərini, ərizəçinin əri mərhum X5 atası X3 1988-ci ilin avqust ayının 26-da Ermənistanın Quqark rayonunun Hallavar kəndində vəfat etdiyini və özünün də mərhum Əli Məmmədovun dəfnində iştirak etdiyini bildirmişdir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid2 Hüseyn qızı ifadəsində 13 mart 1963-cü ildə Ermənistanın Quqark rayonunun Hallavar kəndində doğulduğunu və ərizəçinin uzaq qohumu olduğunu bildirmiş, digər Şahid1 ilə eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs2 tərəfindən Göygöl rayon Vəkil Bürosunun vəkili olan X2 ünvanlanmış 28 noyabr 2024-cü il tarixli 3-16-5/8-13-771/2024 nömrəli məktubdan görünür ki, X3 ölümü haqqında akt qeydi Maraqlı şəxs2ndə və Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış elektron informasiya sistemi”ndə aşkar edilməmiş, ölüm faktının təsdiq edilməsi ilə bağlı vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan: Xanlar Rayon Çaykənd icra nümayəndəliyi tərəfindən 13 mart 1998 -ci il tarixdə verilmiş Vİ-ЖГ № 467416 nömrəli nikah haqqında şəhadətnamənin surətindən (sənədin əsli ilə düz olması məhkəmə iclasında yoxlanılmışdır) görünür ki, X10 ilə X1 arasında nikah 13 mart 1998-ci il tarixdə 06-cı nömrə ilə qeydə alınmışdır; nikah bağlanıldıqdan sonra ərə- “Məmmədov”, arvada- “Məmmədova” soyadları verilmişdir. İş materiallarında olan: Maraqlı şəxs2 tərəfindən 04 fevral 2025-ci il tarixdə verilmiş 01 nömrəli arayışdan görünür ki, X10 14 sentyabr 1966-cı il tarixdə Ermənistan Respublikasının Qara Kilsə rayonunun Hallavar kəndində doğulmuşdur, atası- X8, anası- X4r; bu barədə Maraqlı şəxs2ndə 01 nömrəli doğum haqqında bərpa akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Laçın rayon qeydiyyat şöbəsi tərəfindən 10 dekabr 2024-cü il tarixdə verilmiş AZ -İİ № 440226 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən (sənədin əsli ilə düz olması məhkəmə iclasında yoxlanılmışdır) görünür ki, X10 01 sentyabr 2024-cü il tarixdə ürəyin dəqiqləşdirilməmiş kəskin işemik xəstəliyi diaqnozu ilə Laçın rayonu Hacısanlı kəndində ölmüşdür; bu barədə ölüm haqqında akt qeydləri kitabında 04 sentyabr 2024-cü ildə 41 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan: JN-544F, kod 50800058 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” nin surətindən (sənədin əsli ilə düz olması məhkəmə iclasında yoxlanılmışdır) görünür ki, Xanlar rayonu Çaykənd kənd sakini X7 Xanlar Rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli 15 saylı qərarı ilə 0,10 ha torpaq sahəsi verilmişdir. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, ərizəçinin əri- 01 sentyabr 2024-cü il tarixdə ölmüş X5 atası X9 26 avqust 1988-ci il tarixdə Ermənistan Respublikasının Quqark rayonunun Hallavar kəndində ölmüşdür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1ci maddəsinin tələbinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övlladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, həmçinin nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəliklərində) qeydiyyatdan keçirilməlidir. Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Mülki Prosessual Məcəllə): -305.1 və 305.1.1-ci maddələrindən görünür ki, məhkəmə xüsusi icraat qaydasında o cümlədən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; -307.1, 307.2 və 307.2.8-ci maddələrindən görünür ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir; -308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; -82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur (o cümlədən Kəlbəcər rayonunun 1993-cü ilin mart-aprel aylarında işğal etməsi hamıya bəlli olan haldır və sübuta ehtiyacı yoxdurhakimin qeydi); -87.2-ci maddəsinə əsasən, məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir; -88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; -217.1- 217.4-cü maddələrindən görünür ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan təmin edilməli, ərizəçinin mərhum əri X5 atası X3 26 avqust 1988-ci ildə Ermənistan Respublikasının Quqark rayonunun Hallavar kəndində ölməsi faktı müəyyən edilməlidir. Həmin faktın digər qaydada müəyyən edilməsi mümkün deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçinin mərhum əri X5 atası X3 26 avqust 1988-ci ildə Ermənistan Respublikasının Quqark rayonunun Hallavar kəndində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə X3 ölümünün aidiyyəti dövlət orqanında qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-283/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-283/2025
25.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver