Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-298/2024 18.04.2024 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məmmədova Leyla Elnur qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 22150 (iyirmi iki min bir yüz əlli) manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdehi uzun müddətdir tanıyır, onunla qonşu kənddə yaşayır. O, bilirdi ki, Turac müxtəlif şəxslərə pensiya düzəldib; 2017-ci ilin əvvəllərində tanışları olan X3 və digərləri ondan xahiş etmişlər ki, xəstəliklə bağlı özlərinə pensiya düzəltdirmək istəyirlər. O da Turacı tanıdığından həmin şəxsləri Turacla tanış etmiş və sonradan bilmişdir ki, X8, Camal Nəsirlidən, Nazı Bayramovadan, Xankişi Əmrahovdan, Asəf Xıdırovdan vǝ Dilarǝ Orucovadan ümumilikdə 22150 (iyirmi iki min yüz əlli) manat pul almışdır. Sonradan adları qeyd olunan şəxslərin hər biri və ailə üzvləri onun yaşadığı evǝ gələrək onu və ailəsini təhdid etmişlər, səbəbi isə onları Turacla tanış etməsi olmuşdur. O, çarəsiz qalaraq adlarını göstərdiyi 6 nəfǝrǝ 22150 (iyirmi iki min bir yüz əlli) manat pul ödəmişdir. Həmin şəxslər də ərizə təqdim edərək həmin pulun onun tərəfindən ödənilməsini göstərmişlər. Cavabdeh cəza verilsə də, dəymiş maddi zərəri ödəməkdən imtina edir. Ona görə də, o, məhkəməyə müraciət etmişdir. Cavabdeh 15 fevral 2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, sözügedən iddia ərizəsinə etirazını bildirir. Belə ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi Hikmət Zeynalovu, Camal Nəsirlini, Nazı Bayramovanı, Xankişi Əmrahovu, Asəf Xıdırovu və Dilarə Orucovanı tanımır və həmin şəxlərlə onun heç bir əlaqəsi və görüşü olmamışdır. Sözügedən məsələ ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin icratında 1(101)-120/2023 saylı cinayət işinə baxılmışdır. İddiaçı ərizəsində qeyd etdiyi şəxslər həmin cinayət işi ilə bağlı məhkəmə prosesində iştirak edərək öz ifadələrini vermişlər. Həmin ifadələrdə onun həmin şəxlərlə heç bir əlaqəsi və görüşü olmadığı və hər hansı şəxsdən pul vəsaiti almadığı öz əksini tapmışdır. İddiaçı iddiası cəfəngiyyatdır, onun Natiqə heç bir verəcəyi yoxdur. O, İddiaçı cəmi 14800 (on dörd min səkkiz yüz) manat pul almış və həmin pulu ona qaytarmışdır- bunu Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü təsdiq edir. Onu da qeyd edir ki, İddiaçı onunla ədavət apararaq onun adını yalandan bu işlərdə hallandıraraq guya adıgedən şəxslərdən pul aldığını qeyd edir. Lakin bunlar həqiqəti əks etdirməyən iddiadır, bir sözlə absurddur. Onun bu işlə heç bir əlaqəsi yoxdur. Onun İddiaçı heç bir borcu yoxdur. Hesab edir ki, məhkəmə sübutlar və araşdırma həlli ilə qərar çıxardır, bu işdə də lazım olan sübutları məhkəməyə təqdim etdiyi etiraz ərizəsinə əlavə edəcəkdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh vasitəçi kimi on nəfərin pensiyasını düzəltmək üçün 37000 (otuz yeddi min) manat pul vermişdir. Cavabdeh 2016-cı ildə həmin puldan 14800 (on dörd min səkkiz yüz) manatını (dörd nəfərin pulunu) qaytarmış, qalan 22150 (iyirmi iki min bir yüz əlli) manatı- X1 məxsus 3700 (üç min yeddi yüz) manat, X2 məxsus 3700 (üç min yeddi yüz) manat, X4 məxsus 3700 (üç min yeddi yüz) manat, X5 mıxsus 3650 (üç min altı yüz əlli) manat, Əmrahov xankişi Pirverdi oğluna məxsus 3700 (üç min yeddi yüz) manat və X6 məxsus 3700 (üç min yeddi yüz) manat pulu (altı nəfərin pulunu) isə qaytarmamışdır. O, məcbur olub həmin altı nəfərin pulunu, yəni 22150 (iyirmi iki min yüz əlli) manat pulu özü qaytarmışdır. Hazırda cavabdehin ona 22150 (iyirmi iki min yüz əlli) manat borcu vardır. Ona görə də Cavabdeh 22150 (iyirmi iki min yüz əlli) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçıdan 14800 (on dörd min səkkiz yüz) manat pul almış və həmin pulu da qaytarmışdır. İddiaçının söylədiyi altı nəfəri tanımır. İddiaçının qeyd etdikləri yalandır. Hazırda iddiaçıya heç bir borcu yoxdur. Ona görə də iddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli, 1(101)-120/2023 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə verilmiş ittiham üzrə dövlət ittihamçısının ittihamdan imtinası qəbul edilmiş, iş üzrə həmin maddə ilə olan cinayət təqibinə xitam verilmişdir (hökmdə Cavabdeh İddiaçı pul borclu olmasını öz əksini tapmamışdır-hakimin qeydi). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1 - bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2 - əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. -1092.2-ci maddəsinə görə, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -Mülki Prosessual Məcəllənin 82-ci maddəsinin başlığı “Sübut etməkdən azad olmaq üçün əsaslar” adlanır. 82.4-cü maddədə qeyd edilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, iddia tələbinin əsasını təşkil edən hallar iddiaçı tərəfindən sübut edilməmiş, o cümlədən cavabdehin ona 22150 (iyirmi iki min yüz əlli) manat pul borclu olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, cavabdeh tərəf də iddianı qəbul etməmişdir. İddiaçının sübut kimi istinad etdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 1(101)-120/2023 saylı hökmündə də Cavabdeh İddiaçı pul borclu olması öz əksini tapmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “22150 (iyirmi iki min yüz əlli) manat pul tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-298/2024
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-298/2024
18.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver