Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(040)-347/2025 06.02.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi ilə, Ərizəçi “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair” ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Maraqlı şəxs ilə bağlı xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 14 iyun 2021-ci ildə doğulmuş X6 və 23 yanvar 2023-cü ildə doğulmuş X1 üçün hər bir uşaq üçün 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat alimentin ödənilməsinə dair Maraqlı şəxs ilə aralarında 01 fevral 2024-cü il tarixdə mediasiya prosesində bağlanmış MŞG/1MT00239 saylı barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə nikahlarını 15 yanvar 2021-ci il tarixdə rəsmiləşdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 14 iyun 2021-ci ildə X6 və 23 yanvar 2023-cü ildə X5 adlı iki uşaqları doğulmuşdur. Aralarında narazılıq olduğundan nikahları Kəlbəcər Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2(040)-338/2024 saylı qətnaməsi ilə pozulmuş və uşaqları onun himayəsində saxlanmışdır. Məhkəmədən əvvəl aralarındakı mübahisənin həll edilməsi üçün Gəncə 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. 01 fevral 2024-cü il tarixdə mediasiya prosesində Maraqlı şəxs ilə aliment və digər məsələlər barəsində razılığa gəlmişlər və 01 fevral 2024-cü il tarixli MŞG/1MT00239 saylı barışıq sazişi bağlamışlar. Barışıq sazişinə əsasən Maraqlı şəxs övladlarının onun himayəsində qalması və onların saxlanması üçün hər uşaq üçün hər ay 100 manat olmaqla, cəmi 200 (iki yüz) manat aliment pulunu 15 fevral 2024-cü il tarixdən başlayaraq ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh Cəbrayılov X3 tələblərini pozaraq, cəmi 200 (iki yüz) manat aliment ödəməli olduğu halda, alimenti ödəmir, yəni üzərinə götürdüyü öhdəliyi tam icra etmir. Maraqlı şəxs aylıq aliment ödənişini mediasiya prosesində aralarında bağlanmış barışıq sazişinin tələblərinə uyğun olaraq ödəmədiyindən, barışıq sazişini məhkəmə qaydasında təsdiq etdirmək məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Ərizəçi 06 fevral 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, himayəsində azyaşlı uşağı olduğundan məhkəmə iclasına gələ bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilərək ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 05 iyul 2021-ci il tarixdə verilmiş AZ-İV № 611277 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 14 iyun 2021-ci ildə doğulmuş, atası- Maraqlı şəxs, anası- Ərizəçidır. İş materiallarında olan: 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 09 fevral 2023-cü il tarixdə verilmiş AZ-İV № 857108 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 23 yanvar 2023-cü ildə doğulmuş, atası- Maraqlı şəxs, anası- Ərizəçidır. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 2(040)-338/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında 15 yanvar 2021-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 76 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra, tərəflərin birgə nikahından 14 iyun 2021-ci ildə doğulmuş X6 və 23 yanvar 2023-cü il tarixdə doğulmuş X4 anaları- iddiaçı Ərizəçi yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan: Gəncə 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator X9 tərəfindən təsdiq edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 01 fevral 2024-cü il tarixli MŞG/1MT00239 nömrəli barışıq sazişinin 2-ci bəndindən görünür ki, Maraqlı şəxs övladları X6 və X1 üçün hər ay hər uşağa 100 (yüz) manat, cəmi 200 (iki yüz) manat alimentin 15 fevral 2024-cü il tarixindən başlayaraq Ərizəçi ödənilməsi barədə qarşılıqlı razılıq əldə etmişlər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.7-ci maddəsinə əsasən, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. -26.1-ci maddəsinə əsasən, ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər:26.1.1. nikahın davam etdirilməsi şərtləri;26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası;26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi;26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası;26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. -34.1-ci maddəsinə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. -34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): -355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. -355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. -355-26.1-ci maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. -355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iş materiallarında olan, mediasiya prosesində bağlanmış barışıq sazişindən müəyyən olunur ki, tərəflər birgə nikahından 14 iyun 2021-ci ildə doğulmuş X6 və 23 yanvar 2023-cü il tarixdə doğulmuş X2 üçün ata Maraqlı şəxs hər ay hər uşağa 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat aliment məbləğinin tutularaq ana Ərizəçi ödənilməsi barədə razılığa gəlmişlər- alimentin ödənilməsi ilə bağlı qarşılıqlı razılıq əldə etmişlər. Ərizədən görünür ki, Maraqlı şəxs sazişin tələblərini pozaraq öhdəlikləri könüllü şəkildə icra etməmişdir. Ona görə ərizə təmin edilərək 01 fevral 2024-cü il tarixli MŞG/1/MT00239 nömrəli barışıq sazişi məcburi icra olunması üçün təsdiq edilməlidir. Hazırki qətnamə əsasında alimentin hesablanması 01 fevral 2024-cü il tarixdən-barışıq sazişinin bağlandığı tarixdən hesablanmalıdır. İş üzrə Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsində sadalanmış hallar (barışıq sazişinin və onun bir hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün əsaslar) aşkar edilməmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış 01 fevral 2024-cü il tarixli MŞG/1/MT00239 nömrəli barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilsin. 01 fevral 2024-cü il tarixdən hesablanmaqla, 14 iyun 2021-ci ildə doğulmuş X6 və 23 yanvar 2023-cü il tarixdə doğulmuş X2 üçün hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, iki uşağa görə cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aylıq aliment Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sisteminə elektron qaydada daxil etmək yolu ilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(040)-347/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(040)-347/2025
06.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver